Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə25/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   21   22   23   24   25   26   27   28   ...   196
Milli Kitabxana

56

V ə l i b ə y. İki mindən az almazdım.



M e h d i b ə y. Mənciyəz yüzcə manat istəyirəm.

S ə f d ə r q u l u b ə y. Qospada, hamınızı razı edəcəyəm, hələ kef zamanıdır.

R ü s t ə m bəy. Yox, yox, şərti belə kəsdik ki, əvvəl borc, sonra kef. Qospada,

belədirmi?

H a m ı. Bəli, bəli... (Onu əhatə edirlər.) Tez ol ver.

S ə f d ə r q u l u  b ə y. Qospada, bir dayanın, vot tebe na.

H a m ı. Tez ol ver.

S ə f d ə r q u l u  b ə y. Görünür, bir Saşa bəyə borcum yoxdur.

S a ş a b ə y. Kela, necə yoxdur. Ağlamayan uşağa süd verməzlər? Dünən gecə

özün  demədinmi,  Saşa,  bu  bangi  aparsam,  sənə əlli manat  dəsxoş verəcəyə.

Apardın, amma vermədin. Kela, kişinin sözü bir olar.

Gülüşürlər.

M e h d i b ə y.  Saşa  bəy  doğru  deyir,  hamımız  şahidik.  Dünən  bizdən dörd

min manat pul aparmısan.

S ə f d ə r q u l u b ə y. (cibindən  portmonetini  çıxardır.)  Ala,  bu  sənin,  bu

sənin, bu sənin, bu sənin, bu da sənin.

N ə b i (yemək otağından qaçaraq gəlir.) Ağa, mən qaldım.

S ə f d ə r q u l u b ə y. Ala, bu da sənin.

H a m ı. Sağ olsun Səfderqulubəy! Sağ olsun bizim deputat! Urra...

M ə ş ə d i

S ə m ə d.  Rüstəm bəy,  ura-ura  deməkdən  boğazım  qurudu.

Yaşlamaq lazımdır.

S a ş a b ə y. Məşədi Səməd, kela lap ürəyimdən dəm vurdun.

Doktor Azad bəy paltolu, əlində əsa daxil olur.

A z a d b ə y. Qospada, bu nə ura-uradır. Yoxsa Səfdərqulu bəyə toy edirsiniz?

M e h d i b ə y (kənara). Nə pis vaxtda gəldi.

S ə f d ə r q u l u b ə y. Həkim, xoş gəlmisən, buyurunuz. Nəbi, Nəbi... (Nəbi

yemək otağından gəlir.) Adə, doktorun paltosunu tut.

A z a d b ə y. Xeyr, xeyr, gedəsiyəm. Küçədə Nağı bəyin oğlu gözləyir. Atası

ağır xəstədir, dalımca gəlmiş, vaxtım yoxdur.

S ə f d ə r q u l u b ə y. Mənim  sağlığıma  bir  stəkan  şampanski  içməyə də

vaxtın yoxdur? Vot tebe na!



Milli Kitabxana

57

M e h d i b ə y. Yox,  yox,  mən razı deyiləm. Doktoru  yoldan eləməyin. Nağı



bəy ölər, cavabdeh biz olarıq.

R ü s t ə m b ə y. Mehdi bəy doğru deyir,  qoy  Azad bəy gedib  naxoşuna

baxsın, sonra gəlib bizimlə səhərə kimi kef edər.

A z a d b ə y.  Mən  özüm  Zeynal  bəyin qonaqlığından  gəlirəm.  Orada  məni

buraxmırdılar.  Söz verdim  ki,  Nağı  bəyə baxıb  qayıdaram.  Səfdərqulu bəy,

doğrudan da, bu nə qonaqlıqdır? Hələ orada Zeynal bəyi padşahlıq dumasına vəkil

seçmək  münasibəti  ilə şampanski  içib  ura-ura  qışqırırlar.  Buradakı  ura-ura  kim

üçündür?


S ə f d ə r q u l u b ə y. Qospoda, bu nə deyir? Vot tebe na! Mənəm deputat,

yoxsa Zeynaldır?

V ə l i b ə y. Həkim səhv edir, vəkil sənsən.

R ü s t ə m b ə y.A pir olmuş, azarlı orada can verir. Sən burada bizə leksiya

oxuyursan.

M e h d i

b ə y.  Azad  bəy,  Rüstəm  bəy  doğru  deyir,  yolunla  düz  gedə

bilmirsən? Sənə nə borcdur ki, burada nə qayırırıq.

A z a d b ə y. A lotular, bu nə kələkdir?Nə üçün kişini aldadırsınız?

M  e  h  d  i b ə y.  Rica  edirik  ki,  bizlə Səfdərqulu  bəyin  arasına  girməyəsiniz,

vəssalam.

A  z  a  d b ə y.  Mən  də sizdən  rica  edirəm  ki,  sabah  Səfdərqulu bəy həqiqəti

bilib baş-gözünüzü əzdikdə, mən həkimin üstə yüyürməyəsiniz, vəssalam. (Çıxır.)

S ə f d ə r q u l u b ə y. Qospada, bu nə işdir? Vot tebe na!

M ə ş ə d i S ə m ə d. Səfdərqulu bəy, əslinə baxsan bizim işimizin hamısı vot

tebe nadır.

Gülüşürlər.

M e h d i b ə y. Dostum, diqqətlə mənə qulaq asmağını rica edirəm. Əgər mən

deyən fikrə şərik  olmasan,  Azad bəy buyurduğu  kimi,  qol-qabırğamızı  qır.  İndi

qulaq as, Zeynal bəy və qeyri bəyin bu işə girişməkdə məqsədi nədir? Məncə bircə

şeydir: ona dibdat bəy desinlər, vəssalam. Madam ki, iş belədir, mən öz tərəfimdən

və bu dostlarım  tərəfindən  sənə söz verirəm  ki, elə bir tədbir görüm  ki, bu dibdat

bəy  ləqəbi  sən ölənə kimi,  xeyr,  yüz  illərcə,  daha  doğrusu,  min  illərcə üstündə

qalsın.  Şübhə edirsən?  Qospada,  bu  52 vərəqdən  düzəlmiş  kart  nə vaxt  məhv

olacaqdır?



Milli Kitabxana

58

R ü s t ə m b ə y. Bütün bəşəriyyət məhv olanda.



M e h d i b ə y. Doğru.

V ə l i b ə y. Kart, bəşəriyyət, dibdat bəy... anlamıram.

M ə ş ə d i S ə m ə d. Sən anlamırsansa, mən çox gözəl anlayıram. Mehdi bəy,

dalını söylə.

M e h d i

b ə y.  Qospada,  bu  andan  bizim  aramızdan  valetsaldat  ləfzləri

götürülür...

M ə ş ə d i S ə m ə d. Yerinə bir dibdat bəy qonur.

R ü s t ə m b ə y. Bravo!

V ə l i b ə y. A... indi başa düşdüm. Məncə şahın yerinə dibdat bəy qoyaq.

M e h d i b ə y. Xeyr, xeyr, şahların yerləri möhkəm deyil. Saldat hər zaman

olacaqdır.

S  a  ş  a b ə y.  Səfdərqulu  bəy,  sənin  kela,  o  qarlı,  şaxtalı  Peterburqda  nə işin

var?


V ə l i b ə y. Bundan əlavə padşahlıq dumasının vəkili olmaq çox xatalı işdir.

R ü s t ə m b ə y.  Doğrudur,  birdən  artıq-əskik  söz  söylədin,  bəlaya  düşdün.

Zarafat deyil, həmişə vəzirlər qabağında, bəzən padşah hüzurunda danışacaqsan.

M e h d i b ə y. Ağızdır, bir xatalı söz buraxdı, içindən qəmbərqulu çıxdı.

M ə ş ə d i S ə m ə d.  Biriniz  soyuqdan  dəm  vurursunuz,  o  biriniz  danışıq

qorxusundan, lakin heç biriniz əsli mətləbə yaxın düşmürsünüz. Səfdərqulu bəy bir

gün plovsuz olmaz. Hələ bunun turşulu qovurması, dolması var.

V ə l i b ə y. Küftəsi var.

R ü s t ə m b ə y. Dovğası var.

S a ş a b ə y. Bozbaşı var.

S ə f d ə r q u l u b ə y.  Sizin  deməyinizə görə o  yekəlikdə şəhərdə bunları

bişirən tapılmayacaqdır?

Gülüşürlər.

M  e  h  d  i  b ə y.  Gəlsənə aşpaz  Qolubyakin  sənə bir  piti  də qoysun.  Ya  şam

kababı da bişirsin?!

S ə f d ə r q u l u b ə y. Zakaz verərəm, bişirər. Vot tebe na.




Milli Kitabxana

59

M e h d i b ə y. O da sənə dəyər: mən qovurmaçı Cəbi deyiləm, vot tebe na.



Gülüşürlər.

V ə l i b ə y.  Rusiyada  bir  bişmiş  tapmazsan  ki,  ona  donuz əti  qatmasınlar.

Canım, allahın kələm suyu borşu istəyirsən, içindən sosiska çıxır.

S ə f d ə r q u l u b ə y. Siz öləsiniz, şoqəribin adını çəkəndə ürəyim bulanır.

Nə yaxşı  məni  secməyiblər.  Vsyo k  çortu.  Vot  tebe  na.  Nəbi,  aşpaza  de  plovu

çəksin.


H a m ı. Sağ olsun bizim deputat bəy!

M  e  h  d  i b ə y.  Qospada,  cümə axşamı  bu  günkü  kefin  mabədi  bizdədir.

Rəhim, Kərim, siz də gələrsiniz.

R ə h i m. Mehdi bəy, mən də sizə söz verirəm ki, ona kimi bir rəng (hava) icad

ediın, orada çalaram, xoşunuza gəlsə, adını "Rəngi-dibdat bəy" qoyarıq.

R ü s t ə m b ə y. Ay sağ ol!

K ə r i m. Mən də bir təsnif düzəldərəm, oxuyaram. Bəyənsəniz, adını "Təsnifi-

dibdat bəy" qoyarıq.

M  e  h  d  i b ə y.  Dostum,  eşidirsənmi,  daha  sənin  üçün  ölüm  yoxdur.  Zeynal

bəy müvəqqəti deputat bəydir, sən isə dünya durunca... Sağ olsun Səfdərqulu bəy!

H a m ı. Sağ olsun Səfdərqulu bəy! Ura...

N ə b i. Ağa, süfrə hazırdır.

S ə f d ə r q u l u b ə y. Qospada, süfrəyə buyurunuz.

Rəhim çalır, Kərim qaval vurur, hamı yemək otağına keçir.




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin