C ə b i. Ədə, gedib əlin ilə durquzsana.
elə etmişdim. Diksinib atlandı və mənə elə sillə çəkdi ki, gözlərimdən od parladı.
C ə b i. A balam, mən nə kömək edim? Belə ki, Səfdərqulu ağa yatıbdır, heç
Tez gəl, ay evi yıxılmış.
C ə b i. İndi sən bir sallama bayatı çal, gör mən necə oyadıram.
Çeşməli, sulu dağlar.
Göy kişnər, bulud ağlar.
N ə b i. Xeyr a.
Milli Kitabxana
50
N ə b i. Hardan ölübdür, xorultusunu eşitmirsən? Ay Cəbi, nə edək? (Fikrə
gedir.) Hə tapdım, yaxşı tapdım.
C ə b i. De görüm, nə tapdın?
N ə b i. Qumarbazı qumar oyadar. Cəbi lələ, indi gəl bəylərin qumar
oynamaqlarının təqlidini çıxardaq. Onda görərsən necə durar. Kürsünü çək otur.
(Otururlar.) Bax, mən Vəli bəyəm, sən ağan Mehdi bəy. Ah, bir adam da olsaydı,
işimiz düzələrdi.
Ovanes daxil olur.
O v a n e s. Nəbi, Saşa bəyin ağacı burada qalıb. Ona gəlmişəm.
N ə b i. Kirvə, yaxşı vaxtda gəlmisən, bir adamımız çatmırdı. (Durub onun
əlindən tutub stola tərəf çəkir.) Hələ buyur otur.
O v a n e s. Yox, kirvə, mən qumar oynamıram.
N ə b i. A kişi, otur.
O v a n e s. Mən qumarı toba etmişəm.
N ə b i. Otur, pul ilə oynamırıq. Zarafat edirik.
O v a n e s. Kela, qabaqda da məni o cür öyrədib evimi yıxdılar.
N ə b i. Adə, qumar oynamırıq, oyun çıxardırıq. Sən otur, bu saat deyim.
(Ovanes oturur.) Bax, sən Saşa bəy...
O v a n e s. Mən Ovanesəm.
N ə b i. Adə, a qanmaz ayı, mən bilirəm ki, sən Ovanes kirvəsən. Biz ağaların
qumar oynamalarının təqlidini çıxardırıq. Bax, Cəbi Mehdi bəydir, mən Vəli bəy,
sən də ağan Saşa bəy... İndi başa düşdünmü?
O v a n e s. Kela, başa düşdüm, ancaq bu nə üçündür?
N ə b i. Sonra deyərəm.
C ə b i. Bax, Ovanes, Saşa bəy kimi oyna.
O v a n e s. Arxayın ol, kela, lap özü kimi oynayacağam.
C ə b i. Nə oynayaq?
N ə b i. Ştos (gedib Səfdərqulu bəyin otağının qapısını açır, sonra gəlib bir
kalod kartı əlinə götürür. Vəli bəy rolunda). Bax, qospoda, bu yüz manat bankdır,
kart deyil.
C ə b i (Mehdi bəy rolunda). Xeyr, olmaz, gərək tuz vuraq, kimə çıxsa o, bang
qoysun.
O v a n e s (
Saşa bəy rolunda). Mehdi bəy düz deyir, gərək tuz vuraq.
N ə b i. Pəh, yenə Mehdi höcətə saldı. Yaxşı tuz vururam. (Kartı bir-bir üç yerə
Dostları ilə paylaş: