Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə24/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   20   21   22   23   24   25   26   27   ...   196
Milli Kitabxana

53

C ə b i (səsini dəyişdirir.) Doqquzluq napi pee... Yenə üzə düşdü. Atanti.



S ə f d ə r q u l u b ə y. Ha-ha-ha... Siz öləsiniz lap Mehdi bəyin özüdür. Adə,

Ovanes, sən de görüm, Saşa bəy nə tövr oynayır?

O v a n e s. Altılıq uqol, xalına da üç manat.

S ə f d ə r q u l u b ə y. Ha-ha-ha... (Barmağı ilə qorxudur.) Əlbət Saşa bəyi,

vot tebe na, görərəm. Bəs sizdən kim uddu?

C ə b i. Ağa, pulumuz haradaydı ki, puldan oynayaq.

S ə f d ə r q u l u b ə y (onlara pul paylayır.) Ala, bu sənin, bu sənin, bu da

sənin. (hərəsinə bir manat verir.)

Ü ç ü d ə. Sağ olsun Səfdərqulu ağa!

S ə f d ə r q u l u b ə y. Bu gün məni seçsələr, hərənizə bir xələt verəcəyəm.

C ə b i. Ağa, sizdən artıq kim var ki, onu seçələr.

N ə b i. Bu doğrudur, bizim ölkədə ikinci Səfdərqulu ağa tapılmaz.

O v a n e s. Ağa, çox sağ ol, kela allah sizi bizim üstümüzdən əskik etməsin.

C ə b i. Ağa, izin ver gedək.

S ə f d ə r q u l u b ə y. Yaxşı, gedin.

C ə b i və O v a n e s baş endirib çıxırlar.

S ə f d ə r q u l u b ə y. Nəbi, biz də gedək, bəylər üçün içkidən-zaddan alım,

gətir. Aşpazın hər şeyi hazırdırmı?

N ə b i. Bəli. Səfdərqulu bəy. Onda gedək.

Çıxırlar.



Pərdə

İKİNCİ ŞƏKİL

Birinci pərdənin səhnəsi. Pərdə qalxdıqda Səfdərqulu bəy görünür.

S ə f d ə r q u l u b ə y. (saata baxır.) İndi seçki gərək qurtara. Nəbi! Nəbi!..

Nəbi daxil olur.



Milli Kitabxana

54

N ə b i. Nə buyurursan, ağa?



S ə f d ə r q u l u b ə y. Ədə, oxuyan-çalanlara xəbər vermisənmi?

N ə b i. Bəli, vermişəm.

S ə f d ə r q u l u b ə y. Bəs niyə gəlməmişlər? Bu saat bəylər gələcəklər, vot

tebe na. Get gör nə üçün gecikmişlər.

Nəbi çıxır, sonra Mehdi bəy. Vəli bəy. Rüstəm bəy. Məşədi Səməd,  Saşa bəy  səs-

küylə daxil olurlar.

H a m ı. Urra... Urra... Sağ olsun Səfdərqulu bəy! Sağ olsun bizim deputat!

Səfdərqulu bəyi götürüb yuxarı atıb-tuturlar.

S ə f d ə r q u l u b ə y. Qospada! Bir dayanın, vot tebe na, nəfəsimi alım.

V ə l i b ə y. Ədə, bu oxuyan, çalanlar harada qaldılar?

Rəhim və Kərim daxil olurlar.

M e h d i b ə y. Yaxşı vaxtda gəlmişsiniz, tez bir "Uzundərə" çalın.

Çalırlar.

V ə l i b ə y. Mehdi bəy, Səfdərqulu bəyin havası o deyil.

M e h d i b ə y. Vəli bəy, rica edirəm, iki dostun arasına girmə. (Oynayır, sonra

Səfdərqulu bəyin əlindən tutur.) Gəl oynayaq, vəfalı dostum.

Oynayırlar, qeyriləri də çırtıq çalırlar, sonra otururlar.

R ü s t ə m b ə y.  Qospada,  səhərə kimi  buradayıq.  Yeyəcəyik,  içəcəyik,

oynayacağıq.  Qumar  vuracağıq.  Ancaq  gərək  qabaqca  işimizi qurtaraq.  Ruslarda

bir məsəl var, deyərlər: Kuy, jelezo poka qoryaco.

M ə ş ə d i S ə m ə d. Rüstəmbəy, mənasını deyinizki, məndə başa düşüm.

R ü s t ə m b ə y.  Yəni  dəmiri  qızğın ikən  yastıla.  Məşədi  Səməd,  indi  başa

düşdünmü?

M ə ş ə d i S ə m ə d. Bəli, çox yaxşı başa düsdüm. Siz deyirsiniz ki, Məşədi

Səməd,  belə fürsət ələ düşməz,  Səfdərqulu  bəydən  Qırx  manat  dükan borcunu

almaq vaxtı gəlmişdir.



Milli Kitabxana

55

R ü s t ə m b ə y. Rəhmətliyin oğlu, sən Nuhinəbinin borcundan dəm vurursan.



Mən hal-hazırdan danışıram. Bu adamlar şahiddir ki, mən Səfdərqulu bəyin deputat

seçilməsi yolunda nə qədər çalışmışam. Qospada, doğrudurmu?

H a m ı. Doğrudur.

R ü s t ə m b ə y.  Ona-buna  mən  ölüm  demişəm.  Cürbəcür  hiylə qurmuşam,

axırı  özümü

onun seçki  qutusuna  nəzarətçi  təyin  etdirmişəm.  Qospada,

doğrudurmu?

H a m ı. Doğrudur.

R ü s t ə m b ə y. Özünüz bilirsiniz ki, bizim adamların əksəri seçki işinə bələd

deyillər.  Bundan  istifadə edərək  xam  adamları  belə aldatmışam: Əmi,  heç  seçki

görmüsən? - xeyr,  oğlum,  görməmişəm.  Al  bu  yumru  şeyi  özün  sal. - Xeyr, əmi

onu  eləmək  olmaz,  ancaq  sənə kömək  elərəm, - onun əlindən  tutub  qutunun

pərdəsini  qaldıraraq, - bax, əmi,  şarı belə salarlar,  deyə kişinin əli  ilə ağ  şar

saldırmışam. Bax,  imanımı  belə satmışam.  (Gülüşürlər.)  Bu  üsul  ilə nə qədər  şar

salmışam, özüm də hesabını itirmişəm.

M e h d i b ə y. Sənin dediyindən belə çıxır ki, hamı işləri sən görmüsən?

R ü s t ə m b ə y. Xeyr, Mehdi bəy, mən haqqı itirən adam deyiləm. Hamınız

işləmisiniz. Xüsusən siz, Mehdi bəy.

S a ş a b ə y.  Rüstəm  bəy,  kela  çox  uzun  danışmaq  lazım  deyil.  Borcunu  de

görüm.


Gülüşürlər.

R ü s t ə m b ə y. Hər ağ şara bir manat istəməyə haqqım var, onu da dedim ki,

hesabını itirmişəm, ona görə 80 manata iktifa

1

edirəm.



V ə l i b ə y. Çox insaflı adamsan, mən çalışmağımı hesab etmirəm, çünki dost,

dost  yolunda  canını  qoyar.  Lakin  Səfdərqulu  bəydən  halalca  altmış  manat  qumar

borcunu istəyirəm.

M e h d i b ə y. Qospada, sizdən sual edirəm, bu işin banisi kimdir və bu yolda

hamıdan artıq çalışan kim olmuş?

H a m ı. Siz.

M e h d i b ə y. Vəli bəy, sən vəkilsən, belə işlərdə məharətin var, məsələn, bir

belə işi götürüb sudda udsan neçə alardın?

Kifayətlənmək




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin