Milli Kitabxana
41
G ü l z a r. Bibi, məni də apar. Burada qoyub getmə.
Ş ə r ə f x a n ı m. Səni hara qoyub gedirəm. Belə zalımın evində bir saat da
qoymaram. Dur gedək.
H a c ı M u r a d (Gülzarın əlindən tulub özünə tərəf çəkir.) Haraya aparırsan?
Qoymaram.
Ş ə r ə f x a n ı m. Çəkil kənara. Hörümçək kimi yazıq qızın qanını sorub bu
hala salmısan. Belə kafir ataya gözəl balanı vermərəm.
Pərdə
DÖRDÜNCÜ PƏRDƏ
Səhnə Hacı Muradın bağçasını göstərir. Aydınlıq bir gecə,
İmran gəzinərkən söylənir.
İ m r a n. Ay zalım, ey biinsaf kişi, əhdindən dönüb səni dövlətli edəni evindən
qovursan. Dünya malından ötrü Gülzar kimi qızı bir qocanın puluna satırsan? Yox,
zor ilə də olsa, gərək bu gecə aparam. Nabatdan bir xəbər çıxmadı. Yoxsa qoca
kaftar güclə Gülzarın nigahını oxutdu? Ya Gülzar naəlac qalıb razı oldu? Yox, yox
elə iş ola bilməz. Gülzar özünü öldürər, Məhərrəm bəyə getməz... Deyəsən, qaraltı
görünür. Arvaddır.
Nabat gəlir.
N a b a t. İmran ağa, başına dönüm, yavaş danış, hamı oyaqdır. Qoca kaftar
yenə sandıqlarını yoxlayır. Qara köpək də sən gedəndən bəri hacının hökmünə görə
nə mənə, nə də Gülzar xanıma göz verib, işıq vermir. Bir az səbir elə, görək bir
yerə gedərmi ki, Gülzar xanımı qaçırdam.
İ m r a n. Yox, Nabat, daha təngə gəlmişəm. Səbir edə bilmərəm. Bu saat zor ilə
də olsa, aparacağam.
N a b a t. Qurbanın olum, İmran ağa, məni xataya salma. Bu gecə nə tövr olsa,
Gülzar xanımın əlini əlində görəcəksən. Ancaq bir az səbir elə. Gülzar xanım
Əliquludan fürsət tapan kimi buraya qaçacaqdır...
İ m r a n. Dayan, xışıltı gəlir...
N a b a t. Odur, odur, Gülzar xanımın özüdür.
Milli Kitabxana
42
Gülzar qaçaraq gəlir.
İ m r a n ( tez onun əlindən tutub).Gülzar, sənsən?
G ü l z a r. İmran, daha dayanmaq vaxtı deyil, qaçaq. Nabat, ala bu üzük
məndən sənə yadigar olsun (verir.)
İ m r a n (Nabata pul verir.) Ala, Nabat, allah qoysa yenə bir yerdə olacağıq.
Gülzar gedək. Nabat, xudahafiz.
N a b a t. Gedin, Allah sizi salamat etsin, xoşbəxt olasınız.
İmran və Gülzar gedirlər
N a b a t (tək). Qocanın murdar üzündən yaxşı qurtardılar. Qaldım mən
bədbəxt. Bundan sonra şəksiz məni də qovacaqdır. İndi bir allah bəndəsi tapılaydı,
məni də bu ilanın ağzından qurtaraydı.
Qulu ağacın dalından çıxır.
Q u l u. Bu allah bəndəsi mən.
N a b a t. Uy, kimsən?
Q u l u. Nabat xanım, deyəsən məni tanımırsan. Paltarımın dəyişilməsinə
baxma. Ürəyim yenə sənnəndir.
N a b a t. Qulu, sənsən? Nə heybətli olmusan. Lap quldura oxşayırsan. Bu
xəncər nədir?
Q u l u. Səfeh qızı hələ soruşur da. Görmürsən ki, səni göturüb qaçmağa
gəlmişəm.
N a b a t. Heç zarafatdan əl götürməyəcəksən? Burax, gedirəm. Gülzar xanım
məni axtarar.
Q u l u. A hilləmətənə, mənə kələk gəlirsən? İndi Gülzar xanımı İmranla
qaçırmadınmı? Mən gözləyirdim, əvvəl yol xanımındır, sonra qulluqçunun. Ancaq
mən onlar kimi səfeh deyiləm ki, tədarüksüz gedəm. Gərək qabaqca gedib Hacı
Muraddan yeddi illik məvacibimi alam, sonra səni aparam.
N a b a t. Qulu, sən allah doğru deyirsən, yoxsa məni aldadırsan?
Q u l u. Vallah, doğru deyirəm. Mən gedəndə sənə nə demişdim, niyə yadından
çıxarmısan? Tez get, nə şeyin varsa yığ. Uçuq hamamın yanına get. Məni orada
gözlə.
N a b a t. Bəs sən nə edəcəksən?
|