Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə13/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   9   10   11   12   13   14   15   16   ...   196
Milli Kitabxana

29

nökər tutmuşam, bir düzgün, yaxşı qulluq  yetirən fağırın biridir. Göndərim  gəlsin



pulsuz-zadsız sizə qulluq etsin.

H a c ı  M u r a d.  Çox  sağ  olun.  Mərhəmətin  artıq  olsun.  Göndər  gəlsin,  ta

Qulunun  murdar  üzünü  görməyim. Məhərrəm  bəy,  buyur  çay  iç,  ağzını  şirin  et.

Çay  özü  də şirin  kimi  bir  şeydir.  A  kişi,  deyirlər  ki,  çayın əsli  yerində ki,  ibarət

olsun  Çindən,  çayı  qəndsiz  içirlər.  Amma  bizim  adamlar  müəllimlərindən  ağıllı

çıxmışlar. Qəndi istəkana doldurub doşab edirlər. Nədi, nədi, mən çay içirəm. Yeni

əslində bir şey deyil. Artıq xərcdir də...

M ə h ə r r ə m b ə y. Ondan əlavə bədənə də zərərdir, ürəyi bişirib tərk edir.

Bəli,  bir  çox  bu  kimi  izafə xərclər  aramızda  adət  olmuşdur.  Məsələn:  toy  işində,

vay işində məsrəf olan xərclər kimi.

H a c ı M u r a d.  Yox,  onlar  da dədə-babadan  qalma  adətlərdir. Tərk  etmək

lazım  deyil.  Ancaq  bu  kürsü,  çəngəl-bıçaq  və qeyri-izafə şeylər  ki,  yenilər  adət

etmişlər,  qızın  cehizində verilsin,  bax  bu  bir  şey  deyil.  Allah əl veribdir  yeməyə,

diz veribdir əyləşməyə.

M ə h ə r r ə m  b ə y  (kənara).  Bəli,  işarəsini  anladım.  (Hacı  Murada)  Hacı,

indi qulluğunuzdan mürəxxəs olum və özüm də tədarükdə olum.

H a c ı M u r a d. Çox əcəb, get mən də vaxtında sənə məlum edərəm.

M ə h ə r r ə m b ə y (qalxır.) Hacı, xudahafiz.

H a c ı M u r a d.  Xudahafiz.  Get,  allah  amanında  olasan.  (Məhərrəm  bəy

çıxır.) Afərin sənə Hacı Murad, işi elə tutdum ki, Məhərrəm bəy özü gəlib qızıma

elçi  düşdü,  amma  o  da  hərifdir,  özünü  o  yerə qoymuşdu  ki,  guya  heç  bir  zaddan

xəbəri  yoxdur.  İndi  qaldı  İmranın  bir  cür  başını əkib  İrana  göndərmək.  (Çağırır.)

Qulu, Qulu!

Q u l u (daxil olur.) Nə buyurursan, ağa can?

H a c ı M u r a d.  Canına  dərd  buyururam.  Məni  Məhərrəm  bəyin  yanında

biyabır etdin.

Q u l u. Ağa, mən nə elədim?

H a c ı M u r a d. Hələ nə elədin? O nə cavab idi verirdin? Çay verməkdə də

qabiliyyətin yoxdur.

Q  u l u.  Ağa,  adam  gərək  doğru  danışsın,  sən  soruşursan,  mən  də düzünü

deyirəm.  O  ki  qaldı  çayın  tökülməyi,  onda  da  təqsirim  yoxdur,  çünki  padnos elə

köhnədir ki, ortası qozbel adamın beli kimi qalxıbdır. İçində istəkan da durmur.



Milli Kitabxana

30

H a c ı M u r a d. Səsini kəs. Ayı oğlu ayı, hər şeyə bax belə cavab verirsən.



Daha  məni  təngə gətirmisən.  Sənə söz  kar  eləmir.  (Ağacı  götürür.)  Ayını,  bax,

bunnan öyrədərlər.

Döyür, Qulu da qışqırır.

Pərdə

ÜÇÜNCÜ PƏRDƏ

Səhnə Hacı Muradın otağını göstərir.

H a c ı M u r a d (yalqız). Hərçəndi Məhərrəm bəyə söz verdim ki, qız mənim

itaətimdən  çıxa  bilməz,  amma  görürəm  çətin  olacaqdır,  çünki  Gülzarın könlü

İmrandadır. Görüm, Məhərrəm bəyin mal-dövlətinə aldada bilərəmmi? Hərgah bu

mümkün olmasa, atalıq ixtiyarımı əlimə alaram.

Q u l u (daxil olur.) Ağa, bir həmşəri gəlib səni soruşur.

H a c ı  M u r a d.  De gəlsin.  Məhərrəm bəy  göndəribdir.  Mənə qulluq

edəcəkdir. Daha bu gündən murdar üzünü hər saat görməyəcəyəm.

Q u l u. Ağa, mənim üzüm heç olmasa ağdır, amma onunku qap-qaradır.

H a c ı M u r a d. Di itil get. Yenə çərənnəməyə başlama. (Qulu çıxır.) Görək

Məhərrəm  bəy  göndərdiyi  nökər  necə adamdır.  O  da  Qulunun  tayı  isə heç  çörək

vermək  lazım  deyil.  (Əliqulu  daxil  olur  və əllərini  döşünə qoyub  qayda  ilə Hacı



Murada təzim edir.) Buyur əyləş.

Ə l i q u l u. Cənabınızın hüzurunda əyləşməyi bəndə özünə cürət edə bilməz.

H a c ı M u r a d (kənara). Bax, nökər belə olar, nəinki Qulu kimi, zalım oğlu

üç saat çərənnəməsə, adamdan əl çəkmir. (Əliquluya) Buyur əyləş, izin verirəm.

Əliqulu ədəbanə diz üstə əyləşir.

Ə l i q u l u.  Bəndənizi  sərkar  Ağa  Məhərrəm  bəy  göndəribdir  ki,  cənabınıza

xidmət edəm.




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin