Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə36/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   32   33   34   35   36   37   38   39   ...   196
asılmış  zinətli  xəncəri əlinə alır.)  Babamın  bu  şanlı  silahı  ilə onun  xain  qəlbini

yırtmalıyam.  (Cahangir  ağa  daxil  olur.)  Ah,  gəldi!  (Xəncəri  sıyırıb  ona tərəf



yönəlir.)

C a h a n g i r a ğ a (döşünü gərib). Vur!

P ə r i c a h a n x a n ı m. Sən nə ixtiyarla buraya qədəm basdın?

C a h a n g i r a ğ a. Bura mənim yurdum deyilmi?

P ə r i c a h a n x a n ı m. Yox. İrəlidə sən bu sarayın,bu yerlərin sahibi Hidayət

ağanın nəvəsi, Əmiraslan ağanın vahid varisi Cahangir ağa idin, fəqət indi vətən və

millət xaini - bolşevik, yoldaş Cahangirsən.

C a h a n g i r a ğ a. Dediklərinin hamısı düzdür, lakin bir şeydə səhv edirsən.

Pəricahan, mən sən deyən kimi şanlı-şöhrətli bir ağa idim. Lakin indi qırmancın ilə

döydüyün  Həsənqulu  kimi  zəhmətkeş  yoldaş  Cahangirəm.  Bəli,  burası  doğrudur,

fəqət  mən  vətənimin,  millətimin  düşməni deyiləm.  Onun  məzlum,  miskin,  səfil,

çılpaq əməkçilərini ən  səmimi  qəlblə sevən  yoldaş  Cahangirəm.  Onları əsrlərcə

zülm və cəhalətdə saxlayan  zalımlardan  azad  etmək  yolunda  çalışan  yoldaş

Cahangirəm.




Milli Kitabxana

81

P ə r i c a h a n x a n ı m. Vətənin o zalımları kimdir?



C a h a n g i r a ğ a. Birincisi, belə saraylar sahibi ağalar.

P ə r i c a h a n x a n ı m. Xeyr, sənin kimi vətenine xəyanət edən alçaqlar.

C a h a n g i r a ğ a. Pəricahan, alçaq o şəxsə deyərlər ki, başqalarının zəhməti

ilə yaşaya, zalım o kəsdir ki, öz mənfəəti üçün başqalarını sıxa, əzə, məhv edə. Bu

saat orada, bir azdan sonra burada tökülən qan, kim və nə üçündür?

P ə r i c a h a n x a n ı m. Millət və vətən üçün.

C a h a n g i r a ğ a. Yalan!  Mənim  atam Əmiraslan  ağa  kimi  mülkədarın

ağalığını  saxlamaq  üçün.  Torpaqlarını  mühafizə etmək  üçün.  Məgər  millət  yalnız

bəylərdən ibarətdir? Bəs bu milyonlarla kəndli, işçi, yoxsullar? Yoxsa onlar vətən

övladları  deyil?  Pəricahan,  ağalıq  daha  bitdi,  çünki  onu  mühafizə edən,  onun

yolunda  qanlarını  sel  kimi  axıdan  kəndli və fəhlə indi  hüququnu  daha  anlamış.

Buna  sübut  kəndlilərin  bizim  tərəfə keçməsidir.  Bu  gün  iki  qüvvə bir-biri  ilə

toqquşur. Biri haqqı müdafiə edir, digəri zülmü. Pəricahan, səni bu haqq yola dəvət

edirəm.


P ə r i c a h a n x a n ı m. Mən sən tərəfdə haqq görmürəm. Kəndlilərin sizin

tərəfə keçmələri  buna  sübut  ola  bilməz.  Onlar  bəylərin  torpağına,  belə gözəl

saraylarına sahib olmaq istəyirlər.

C a h a n g i r a ğ a. Doğrudur. Buna da haqları var.

P ə r i c a h a n x a n ı m. Hansı qanunla?

C a h a n g i r a ğ a. Təbiətin qanunu ilə.  İşləməyən yeməz.  Torpaq,  onu

becərib zəhmət çəkənlərindir.

P ə r i c a h a n x a n ı m. Mən elə qanun eşitməmişəm.

C a h a n g i r a ğ a. İrəlilərdə mən də sənin kimi eşitməmişdim. Bu torpaqların

sahibi  olmağımı  göylər  təsdiq  etmiş  sanırdım.  Rəiyyətləri  özümüzün  qulu  hesab

edirdim.  Fəqət  Karl  Marksın əsərlərini  oxuduqdan  sonra  anladım,  haqq  yolunu

tapdım.


P ə r i c a h a n x a n ı m. Sonra da bolşevik oldun.  Özün  kimi  zalımlara

qoşulub  böyük  Rusiyanı  tarmar  etdiniz.  İndi də bu  gözəl  ölkəni  o  hala  salmaq

istəyirsiniz.

C a h a n g i r a ğ a. Pəricahan,  zülm  yuvaları  dağılmasa,  məzlumlar  azad

olmazlar.  İndi  yıxarıqsa,  sonra  tikəcəyik.  Nə etməli? Əmiraslan  ağalar  öz

ixtiyarları  ilə tabe  olmurlar.  Pəricahan,  atamın bizim  tərəfə gəlməyinə ümidim

yoxdur, çünki həmişə buyurmada, vurmada,



Milli Kitabxana

82

kəsmədə ömür  sürmüş,  qartlaşmış  ağa  bunların  hamısındaıı əl  çəkib  işçi-kəndli



tərəfdarı  olmaz,  fəqət  bizim  müqabilimizə çıxıb  qovğa  etməsin  niyyəti  ilə sənə

Hadi lələ ilə o məktubu göndərdim. Cavabın da söylədi.

Sən  niyə zülm  tərəfdarı  olursan?  Biz  o  zülmü  insanlar  arasından  götürmək

istəyirik.  Bax,  gör  bu  nə böyük,  nə yüksək  bir  idealdır  ki,  məni  öz əlimlə bu

mülkümüzü  tapdayıb  məhv  etdirməyə məcbur  edir,  atamın  müqabilinə çıxardır.

Mehriban  anamı  unutdurur,  tam  üç  il  həsrətini  çəkdiyim  sən  sevgili əmizadəmi

mənə düşmən  etdirir.  Pəricahan,  sevgilim,  gəl  mənimlə birlikdə vətənimizin

məzlumlarını cəlladlar əlindən xilas edək.

P ə r i c a h a n x a n ı m. Cəlladları mən, sən tərəfdə görürəm.

C a h a n g i r a ğ a. Son sözümü dinlə, fikirləş, cavabını ver. Bax gör, bizmi

cəlladıq,  yoxsa  siz  ağalar?  Milyonlarla  işçi-kəndlilər, əsrlərcə sitəmkarlar əlində

didilir,  çeynənir,  ayaqlar  altında  tapdalanıb əzilir.  Hamısı  ac,  çılpaq  zillətdə,

əziyyətdə, fəryadları əflaka çıxmış. Əsarət zənciri altında bədənləri incəlib üzülür.

Bax bu biçarələr indi bizdən nicat gözləyirlər. Pəricahan, gedək, onların fəryadına

çataq. Əsarət zəncirlərini kəsib xilas edək. Pəricahan, bu şərəfi başqasının öhdəsinə

atma.  Şərq  aləminin  pərisi  ol  ki, əsrlərcə adın dünyada  baqi  qalsın.  Qırmızı  Ordu

içində nə qədər  nəcib  qəhrəman  qadınlar  var.  Sən  də Şərq  məzlumlarının

qəhrəmanı ol.

P ə r i c a h a n x a n ı m. Elə böyük vəzifəni, elə yüksək şüarı özün üçün bəslə.

Mən  isə bu  gün  ufaçıq  bir  vəzifə qəbul  edirəm.  O  da  "Laçın  yuvası"nı  sənin

ordundan müdafiə edib, onun "Orlean xanımı" olmaq istəyirəm.

C a h a n g i r a ğ a. Daha  bitdi.  Sən  də atam  kimi  belə saraydan,  belə cah-

cəlaldan  öz  ixtiyarınla əl  çəkmək  istəmirsən,  fəqət  mən  zor  ilə çəkdirərəm.  Bu

zülmlə bina olmuş saraydan bir əsər qoymaram! (Çıxır.)

P ə r i c a h a n x a n ı m (tək).  Ah!  Cahangirdə nə böyük  təğyir!  Sabiqdə

mənim kimi, babalarımızın şan-şöhrəti ilə fəxr edərdi, ancaq indi isə, onlara zalım

deyib,  nifrət  edir.  Mənim də qəlbimə şübhə saldı.  Görəsən  hansı  yol  doğrudur...

(Əmiraslan ağa daxil olur.) Ah, əmücəm gəldi.

Ə m i r a s l a n a ğ a. Qızım,bolşeviklər üzərimizə hücuma başlamış. Bu saat

Mehrəli bəyin dəstəsi ilə vumşurlar. Ümidim budur ki, igid





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin