Milli Kitabxana
83
bəylər onları pozub bu tərəfə keçməyə qoymayacaqlar. Pəricahan, bu gün oğlum
burada olmalı idi. Qəhrəmananə müharibə edib, "Laçın yuvası"nı düşməndən
müdafiə edəydi. Onu fələk əlimdən aldı. Yerində sən qalmısan. İgidlikdə heç bir
oğlandan geri qalmazsan. Qəhrəman qızım, babalarımız yurdunun müdafiəsini sənə
həvalə edirəm. Bu gün bizim üçün başqa yol yoxdur. Ya zəfər, ya ölüm. Qızım,
səni məyus görürəm, yoxsa düşməndən xof edirsən? Ona əsir olmaq istəyirsən?
P ə r i c a h a n x a n ı m. Heç vaxtı. Məni məyus edən şey başqadır. Ah,
Cahangir...
Ə m i r a s l a n a ğ a. Qəm etmə, qızım, inşallah düşmənə qalib gələcəyik. Get
hərbi libasını gey, hazır ol. (Pəricahan xanım çıxır.)
Ə m i r a s l a n a ğ a. (tək). Pəricahan anadan olanda mərhum qardaşım
Kamran çox məyus oldu ki, oğlan deyil, lakin mən bu igid qızı min oğula
vermərəm.
Mehrəli bəy sol əli sarınmış daxil olur.
M e h r ə l i b ə y. Əmiraslan ağa, sol cəbhəni düşmən aldı.
Ə m i r a s l a n a ğ a. Nə deyirsən? Məgər sənə əmr etməmişdim ki, onu
möhkəm saxla? Bir adamın qalıncaya qədər vuruşmada davam et?
M e h r ə l i b ə y. Mən nə edim? Tərəfdarlarımız kəndlilər fürsət tapdıqca
bolşeviklər tərəfinə keçdilər. Bir də baxıb gördüm ki, ətrafımda az bir qüvvə qalıb.
Yenə də vuruşmadan çəkilmədim. Bu vaxt güllə dəydi. O az qüvvə də pozulub
dağıldı. Ancaq onu qənimət bildim ki, arvad-uşağı götürüb buraya qaçdım.
Ə m i r a s l a n a ğ a. Qorxuram Ədilbəyin dediyi doğru ola. Kəndlilərin
cümləsi bolşevik tərəfinə keçə. Sol cəbhənin alınması Səlim bəyin halını
ağırlaşdırdı. Bu saat Kollu dərənin üstünü tutmaq lazımdır. Yoxsa qırmızılar Səlim
bəyin arxasına keçib onu pozacaqdır.
Heydər bəy təngnəfəs daxil olur.
H e y d ə r b ə y. Əmiraslan ağa, qırmızılar Kötüklü kəndini aldı. Bizimkilər
qaçırlar.
Ə m i r a s l a n a ğ a (qəzəbnak). Siz onlardan geriyə qalmazsınız. Dovşan
kimi, bir səs çıxdıqda qoyub qaçırsınız.
H e y d ə r b ə y. Mən nə edim? Allah arvad tayfasını müsəlman üçün bir
böyük bəla yaratmışdır. Ağlaşma qurub, ərlərinin ətəklərindən
Milli Kitabxana
84
yapışıb davaya getməyə qoymurlar. Başqa millətin qadınları tüfəng götürüb ərləri
ilə bərabər düşmənlə vuruşur, bizimkilər isə şaxsey deyə üzlərini cırır, saçlarını
yolurlar.
Ə m i r a s l a n a ğ a. Bu onların təqsiri deyil. Siz kimi ərlərin, ataların
təqsiridir. Ləzgi qadınları düşmən ilə müharibədə ərlərindən geri qalmır.
Pəricahana mən tərbiyə vermişəm, hansınızdan qoçaq deyil?
Səlim bəy daxil olur.
S ə l i m b ə y. Əmiraslan ağa, Güllücə kəndini düşmən zəbt etdi.
Ə m i r a s l a n a ğ a. Nə pis xəbər! Onun alınması ilə yol buraya açıldı.
Heydər bəy, mənim adamlarımdan otuz tüfəngli götürüb Uçurum dərəsinin
keçidini kəs. Daha durma!
H e y d ə r b ə y. (Cəld çıxır.)
Ə m i r a s l a n a ğ a (Səlim bəyə). Söylə görüm. Nə tövr olduki, elə möhkəm
yeri boşladın?
S ə l i m b ə y. Heydər bəyin dəstəsi pozulduqdan sonra sol cəbhə açıldı. Mən
Muxtar bəydən kömək istədim. Cavab verdi ki, özüm iki tərəfdən əhatə
olunmuşam, tez Əmiraslan ağadan həm özün üçün və həm də mənim üçün kömək
istə. Bu vaxt düşmən arxama keçib məni pozdu.
Ə m i r a s l a n a ğ a. Kollu dərədə qüvvə qoymuş olsaydın, qırmızılar arxana
keçə bilməzdilər.
S ə l i m b ə y. Necə qoymamışdım? Qoymuşdum. Onlara ümid bağlayıb geri
çəkilmədim. Atışmada davam etdim. Bir də xəbər tutdum ki, onlar da qaçıb
dağılmışlar, düşmən də arxama keçmişdir.
Ə m i r a s l a n a ğ a. Səlim bəy, onda dayanma, mənim atlılarımdan lazım
bildiyin qədər götürüb Muxtar bəyin köməyinə get. Onu təhlükədən qurtar, sonra
Qayadibi kəndinə çəkiliniz.
S ə l i m b ə y. Baş üstə. (Çıxır.)
Ə m i r a s l a n a ğ a. Mənim Qaya dibi kəndim nə qədər davam edərsə,
buranın qorxusu yoxdur. Onun dar və gizli yollarını, ancaq oranın əhli bilir.
Bələdçi olmasa, qoşun bir şey edə bilməz.
Molla Sadıq və Hacı İmamqulu daxil olurlar.
H a c ı İ m a m q u l u. Bu nə bəladır? Bu nə tufandır?
M o l l a S a d ı q. Tutduğunuz əməlin cəzasıdər ki, xudavəndi-aləm verir. Biz
ruhanilərə qulaq asmayıb övladlarınızı rus məktəblərinə
|