Milli Kitabxana
85
qoydunuz. İndi dindən, məzhəbdən çıxıb öz vətənlərini, ata-analarını atəşə tutub
qırırlar. Dünyanın axırıdır. Üləma buyurmuşlar ki, vay o zamandan ki, aradan
şəriət, din, böyük-kiçiklik, ağa-nökərlik götürülə. Bax, indi həmin zamandır ki,
gəlmişdir.
Ə m i r a s l a n a ğ a. Molla Sadıq, sən bizə nəsihət verməyəmi gəlmisən?
M o l l a S a d ı q. Xeyr, Əmiraslan ağa, məni əfv et, ürəyim yanır, onun üçün
danışıram. Mən arvad-uşağımı götürüb sizə pənah gətirmişəm.
Ə m i r a s l a n a ğ a. Çox xoş gəlmişsən. Gözüm üstə yerin var. Bu gün
mənimlə bərabər tüfəng götürüb o dediyin dinimizi, şəriətimizi düşməndən
mühafizə edəcəksən. Yoxsa, boş yerə nə vəz edirsən?
M e h r ə l i b ə y. Əmiraslan ağa düz buyurur.
M o l l a S a d ı q. Mən ömrümdə əlimə silah almamışam.
H a c ı İ m a m q u l u. Mən də arşından başqa əlimə heç zad götürməmişəm.
Ə m i r a s l a n a ğ a. İndi götürərsiniz.
M o l l a S a d ı q. Başına dönüm, Əmiraslan ağa, məni o tək balan Cahangir
ağanın başına çevir, azad et. Mən də bu yolda ölənlərimizi dəfn edərəm ki, allah
onların günahlarından keçsin.
H a c ı İ m a m q u l u. Məni də arvad-uşaqların keşiyini çəkməyə təyin et.
Bu halda Səlim bəy və Heydər bəy daxil olurlar.
Ə m i r a s l a n a ğ a. Səlimbəy, nə üçün qayıtdın?..
S ə l i m b ə y. Heydər bəy qaytardı.
Ə m i r a s l a n a ğ a. Heydər bəy? Nə üçün?..
H e y d ə r b ə y. Muxtar bəyin dəstəsi qırmızılar tərəfindən əhatə olunub
təslimə məcbur olmuşdur.
Ə m i r a s l a n a ğ a. Ah, nə fəna xəbər?! Bəs Muxtar bəyin özü necə olubdur?
H e y d ə r b ə y. Bir rəvayətə görə əsir düşüb, başqa rəvayətə görə nökərləri
onu yaralı halında Qayadibi kəndinə aparmışlar. Xülasə, onun barəsində heç bir
düz xəbər yoxdur.
Ə m i r a s l a n a ğ a. Uçurum dərəsini boşaltmamısan ki?
H e y d ə r b ə y. Xeyr, lakin qırmızılar cəmi qüvvəsini Qayadibi kəndinə
atmış. Mənim müqabilimdə heç kəs yoxdur.
Milli Kitabxana
86
Ə m i r a s l a n
a ğ a. Ona baxma,vaxt ki,qırmızılar Qayadibini almaq
fikrindədir, Uçurum dərəsinin böyük əhəmiyyəti var. İndi sənin qüvvəni daha da
artırmaq lazımdır. Uçurum dərəsini möhkəm saxlamağı əmr edirəm.
H e y d ə r b ə y. Əmrini bitirməyə hazıram. Uçurum dərəsindən özümü atıb
həlak edərəm, fəqət geriyə çəkilmərəm.
Ə m i r a s l a n a ğ a. Elə də lazımdır. Daha durmaq yeri deyil. Mehrəli bəy,
sən yaralısan burada qal. Arvad-uşaqları "Laçın yuvası"na topla. Səlim bəy, biz də
Qayadibinin köməyinə gedək.
Qalxırlar. Bu halda Cəfərqulu daxil olur.
C ə f ə r q u l u. Ağa, Qayadibi kəndini bolşeviklər aldı.
Qorxurlar.
M o l l a S a d ı q. Buradan qaçmaq! İndi buraya gələrlər.
H a c ı İ m a m q u l u. Durun, arvad-uşaqları götürüb dağlara qaçaq.
Ə m i r a s l a n a ğ a. Sakit! Qorxaq yassarlar! Cəfərqulu, Qayadibi çox
möhkəm, yolları da sərt qayalıq, onu necə aldılar? Yoxsa, dönüklük olmuşdur?
C ə f ə r q u l u. Xeyr, ağa, bizimkilər çox mərdanə vuruşurdular, ancaq iki
səbəb təslimə bais oldu. Biri, kəndin qaya tərəfi tutulub atəş açılması...
Ə m i r a s l a n a ğ a. Qoşuna bələdçi olmasa, o yolu kimsə bilməz. Yəqin
kəndçilərdən bir binamus çıxmışdır.
C ə f ə r q u l u. Xeyr, ağa, elə şəxs bizdən çıxmamış.
Ə m i r a s l a n a ğ a. Bəs kimdən çıxmış?
C ə f ə r q u l u. Orduya yol göstərən Hacının oğlu bolşevik Həsən olmuşdur.
B ə y l ə r. Ay binamus!
M o l l a S a d ı q. Hacı, gördünmü, dediyim necə düz oldu? Sənə demədimmi,
bu uşağı Rusiyaya göndərmə? Sözümə baxmadın.
H a c ı İ m a m q u l u. Ah, oğlum sağ imiş, gəlib çıxdı.
M e h r ə l i b ə y. Elə biqeyrət oğul heç gəlib çıxmayaydı.
Ə m i r a s l a n a ğ a. İkinci səbəb?
C ə f ə r q u l u. Ağa, soruşma, deməyə cürət etmirəm.
Ə m i r a s l a n a ğ a. Sənə əmr edirəm, de!
|