Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə54/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   50   51   52   53   54   55   56   57   ...   196
Milli Kitabxana

127


Q a f a r. O Püstə arvad xırp yalan deyir. Buna birinci və axırıncı sübut odur ki,

yalan  dediyinə görə qurban  olduğum  imam  Cəfər  Sadıq  onun  ağzını əyibdir.  Bu

imam özü düz danışan adam olduğuna görə, yalan deyəni sevmir. O arvad görəsən,

kimi görübsə bizə oxşadıbdır.

Ş a h s ə n ə m. A Qafar, yəni sən bilmirsən ki, mən haraya getmək istəyirəm?

Q a f a r. Ziyarətə.

Ş a h s ə n ə m. Hə, o ziyarəti də tratirdə göstərirlər?

Q a f a r. Nə mənə? Səni teatra aparım? Oyunbazxanaya? O möhtərəm axund-

mollalarımızın təqlidini çıxaran yerə?

Ş a h s ə n ə m. Hə, nə var? Nə üçün gözlərini bərəldirsən. Belə tratira getmək

istəyirəm.

Q a f a r. Arvad, görürəm ağlın çaşıbdır. Bu axşam vaxtı bizi günaha batırma.

Dur, ağzını suya çək. Dur, lüleyin eşikdə doludur. Arvad nədir, teatra getdi nədir?

Arvadlar gərək evdə otursun, pitisini bişirsin, cəhrəsini əyirsin, vəssalam.

Ş a h s ə n ə m.  Qafar,  mən  özgə şey  bilmirəm.  Bu  saat  durub  məni  "Eşq və

intiqam" tratrina apararsan.

Q a f a r. Arvad, görürəm, sən dəli olmusan. Mən necə səni eşqbazlıq teatrına

aparım. Orada bacı qardaşa aşiq olur. Axırda da hər ikisi ölür... Onu görən gündən

bəri az qalmışam on yeddi rükət namaz əvəzinə, yüz on yeddi rükət qılam.

Ş a h s ə n ə m.  Bax,  Qafar,  adamın  boynuna  beləcə qoyarlar  ha.  Bəs  sən

deyirdin ki, oraya getmirəm. Dur bu saat dinməz-söyləməz məni tratiraya apar.

Q a f a r.  Arvad,  yaxşısı  budur  ki,  sənin  qol-qabırğanı  sındırmamış  buradan

gedim.

Geyinib gedir.



Ş a h s ə n ə m. Cəhənnəmə get, gora get. İndi  mən də tratira gedəndə görüm

sən nə deyəcəksən.

Gülpəri daxil olur.

G ü l p ə r i.  Salaməleyküm,  ay  Şahsənəm  bacı.  Şahsənəm. Əleyküməssəlam,

ay Gülpəri. Arvad, çarşafını yerə qoy, otur, Qafardan söyləyəcəyəm.



Milli Kitabxana

128


G ü l p ə r i. Bəs özü hanı? Teatra getdi?

Ş a h s ə n ə m. Ay arvad, onu haradan bildin?

G ü l p ə r i. Dünən Qafar bizdəydi. Mirzə Fərəc ilə söz qoydular ki, bu  gecə

teatra  getsinlər.  Mənim  kişim  soruşdu  ki,  Qafar,  hansı  teatra  gedək,  o  da  dedi:

bulvarın yanındakı... Şoqəribin adı yadımdan çıxdı. Hə, satır-alır.

Ş a h s ə n ə m. Ay qız, elə deyil. Mənim yaxşı yadımdadır ki, onda bir it sözü

də var. Hə, yadıma düşdü. Satır ağ it. (Satiragit).

G ü l p ə r i. Hə deyəsən, sən düz deyirsən. Dur ora gedək.

Ş a h s ə n ə m. Qafargil bizi görsələr necə olsun?

G ü l p ə r i. Çarşafa bürünərik, tanıya bilməzlər. Deyirlər  o teatra çox arvad-

uşaq gəlir, onların içində bizi haradan tanıya bilərlər.

Ş a h s ə n ə m. İndi ki, belə oldu, qoy tanısınlar. Bəs başqa arvadlar nə üçün

gedirlər?

G ü l p ə r i.  Doğru  deyirsən.  O  günü  Nabat  deyirdi  ki, ərim  ilə oraya

getmişdim. Orada cinlər yerin içindən çıxıb şeytan ilə danışırlar.

Ş a h s ə n ə m. Ay arvad, nə əcəb qorxmamış?

G ü l p ə r i. Necə qorxmamış, bərk qorxubdur. Hətta istəyibdir durub qaçsın,

əri əlindən  tutub  saxlayıbdır.  Deyibdir  ki,  qorxma,  onlar  cin  deyil,  adamlardır,

onların oyunlarını çıxardırlar.

Ş a h s ə n ə m. Daha durma, vaxt keçir, gedək. Yoxsa oyunu başlarlar.

G ü l p ə r i. Gedək.

Gedirlər.



Pərdə

İKİNCİ ŞƏKİL

Əhvalat  Satiragit  teatrının  zalında  vaqe  olur.  Teatrın  səhnəsi pərdə ilə qapalı.

Sıralar  teatra  gələnlər  ilə doludur.  Mirzə Fərəc  dal  sırada  oturmuş.  Qafar  birinci

sırada baxa-baxa Mirzə Fərəci axtarır.

Q  a f  a r.  Adə,  görəsən,  mənim  yoldaşım  harada  oturubdur.  (Birdən  gözü




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin