Milli Kitabxana
147
M o l l a R ə h i m təğyiri-libas daxil olur.
M ə ş ə d i S ə f d ə r q u l u. A kişi, gəldə, kərbəlayının xeyir işində də içməyib
haçan içəcəksən?
M o l l a R ə h i m. Adə, məni kərbəlayının yanında biabır etmə.
Ş i r ə l i. A kişi, kərbəlayı əhli-ruhdur, işlərdən baxəbərdir, buyur.
Molla Rəhim əyləşir.
M ə ş ə d i S ə f d ə r q u l u. İndi mollanın payını meydana çıxar.
K ə r b ə l a y ı N ə b i. Ədə, bəs nə fikir edirsən? Nə qədər içirsən, iç, dalı
bağlıdır.
M ə ş ə d i S ə f d ə r q u l u. Ha, belə de, mən də gülə-gülə içim. Şirəli,
mollanın piyaləsini doldur.
Şirəli doldurur.
M ə ş ə d i S ə f d ə r q u l u. Bu piyaləni də içək o gözəl xanımın sağlığına.
K ə r b ə l a y ı N ə b i. Şair bu sözləri yəqin mənim məzəlicə gözəlimə
deyibdir:
Əzizim, gözlərim, canım, üzün göstərgilən ayə,
O düşsün torpağa, merac elə sən ərşi-əlayə.
M o l l a R ə h i m. Əhsən, əhsən.
İçirlər.
Ş i r ə l i. Kərbəlayı, şərab, nə şərab, adama ruh verir. Sağ ol.
K ə r b ə l a y ı N ə b i. Nuşican.
Piyalələri doldururlar.
M ə ş ə d i S ə f d ə r q u l u. Bu piyaləni də dostumuz əhli-ruh Molla Rəhimin
sağlığına içək, arzu edək ki, belə-belə hiləyi-şərdən çox düzəltsin və belə keflərdən
də bizi məhrum etməsin.
M o l l a R ə h i m. Əzizlərim, dünyanın ləzzəti iki şeydir: biri bu şərabdır, biri
də zənən. Əbəs yerə şair bunları tərif etmir, bu iki şeyi
Milli Kitabxana
148
dünyadan götür, gör yerdə nə qalır. Şərabın nəhyi biz ürəfa üçün deyil, avam
üçündür.
Ş i r ə l i. Kişi haqq söz deyir. Şərab, qadın, fəqət şərab Kərbəlayının şərabı
kimi köhnə və qadın da onun zövcəsi kimi on yaşında olmalıdır.
M o l l a R ə h i m. Sağ ol!
İçirlər.
K ə r b ə l a y ı N ə b i. ( oxuyur.)
Zahid, çox eyləmə məni təklifi-cənnətə,
Mən qoymaram behiştə qədəm nazlı yarsız.
M o l l a R ə h i m.
Saqi kərəm eylə cam gəzdir,
Durma, qədəhi müdam gəzdir.
Dövrana çox etibar qılma.
Gəzdir qədəhi, qərar qılma.
Ş i r ə l i. Belə mənim başım üstə.
Piyalələri doldurur.
M ə ş ə d i S ə f d ə r q u l u. Bu piyaləni içək bizim Şirəlinin sağlığına və
təvəqqə edək ki, bir az bizim üçün çalsın.
Ş i r ə l i. Ancaq bu şərt ilə ki, mən çalım, Molla Rəhim də oynasın.
M o l l a R ə h i m. Xeyr, xeyr, mən bacarmaram. O, kərbəlayının işidir, eşq
başına vermuş. Sən çalsan o davam etməyəcəkdir.
Pəricahanla Şövkət daxil olur.
P ə r i c a h a n. Gəl, gəl vallah mən də oynayacağam. İstəyirsən mən qabaqca
oynayım.
Ş ö v k ə t. Vay dədə, vay, burada çaxır içirlər. Yox, mən istəmirəm, mən
gedirəm.
K ə r b ə l a y ı N ə b i. Gəl mənim gözəlim, mənim məzəlim. Bu çaxır deyil,
qırmızı şərbətdir. Görmürsən, Molla Rəhim də içir. Molla
Milli Kitabxana
149
da heç çaxır içərmi? ( Ayaq üstə qalxır, pyan kimi yırğalanır.) Gəl mənimlə
oynayaq, gözəlim.
Ş ö v k ə t. Sən piyansan, mən sənnən oynamaram.
K ə r b ə l a y ı N ə b i. Düzdür, mən piyanam, ancaq çaxırdan yox, sənin
eşqindən, mənim gözlərim. Adə Şirəli, çal. (Şirəli çalır.) Ay qız Pəricahan, gəl
mənnən oynayaq, Şövkət baxsın.
Oynayırlar, çırtıq çalır, Kərbəlayı Nəbi Şövkəti qucaqlayıb çəkir, Şövkət qışqırır.
Ş ö v k ə t. Burax məni, burax məni, sən piyansan, səndən qorxuram. Bu halda
Maral xanım, Qızxanım, Əli və iki milis nəfəri daxil olur.
H a m ı. Vaxsey.
Ş ö v k ə t. Maral xanım, məni bunların əlindən al.
M a r a l. Qorxma qızım, qorxma, ay alçaqlar, ay sitəmkarlar, bu məsumə
qızcığazın başına nə iş gətirirsiniz. Söylə, qoca məlun!
K ə r b ə l a y ı N ə b i. Biz bir balaca kef edirdik.
M a r a l. Bəli, bir balaca, yetim qızı da aldadıb özünə gəlin gətirmisən, eləmi?
K ə r b ə l a y ı N ə b i. Biz onu aldatmamışıq. Öz ixtiyarı ilə mənə gəlibdir.
Bunlar da şahiddir. Kəbini də bu Molla Rəhim kəsibdir.
Ş ö v k ə t. Maral bacı, vallah yalan deyirlər, bunlar məni aldatdılar ki, sənə dua
oxuyuruq ki, üzü açıq kərbəlayının yanına girib-çıxa biləsən.
M a r a l. Bilirəm, qızım, hamısını bilirəm, mənə bu Qızxanım söyləyibdir.
M ə ş ə d i S ə f d ə r q u l u. A gorbagorun qızı, gör sənin başına nə iş
getirəcəyəm?
M a r a l. Sus, alçaq! Sənin cəzan bunların hamısından artıq olacaqdır. Gör, öz
zəhmətilə sən binamus əri saxlayanı nə hala salıbsan?
Q ı z x a n ı m. Başına dönüm, Maral bacı, məni bu əjdahanın əlindən al.
M a r a l. Qorxma, bacım, bu əjdahaları mən bir hala salacağam ki, sən özün də
əhsən deyəsən.
M o l l a R ə h i m. Başına dönüm, Maral xanım, bu işdə mənim təqsirim
yoxdur. Bu şahidlərin şəhadəti ilə, şəriət üzrə mən kəbin
Milli Kitabxana
150
kəsmişəm. Hərgah indi qız inkar edir, burada da mənim təqsirim yoxdur.
Ş ö v k ə t. Mən haçan sənə izin verdim ki, mənə kəbin kəsəsən, mən siğə
oxumağa razı oldum.
M a r a l. Ay alçaqlar, görmürsünüz ki, bu məsumə qızcığaz heç siğə nə
olduğunu da anlamır. Onu aldadanın biri də bu Pəricahan olubdur.
P ə r i c a h a n. Cəmi taqsır bu qoca kaftardadır. Məni yoldan çıxardan o oldu.
Deyir, mən Şövkətə aşiq olmuşam. Onun eşqindən dəli olmuşam.
M a r a l. Onu ağla gətirərlər. Ay alçaq binamuslar, siz unutmayınız ki, indi
Şura hökumətidir. İndi qadınlar azaddır. İxtiyarları öz əllərindədir. (Milislərə.) Alın
bunları.
P ə r i c a h a n. Məni də?
M a r a l. Səni də, haydı.
H a m ı. Vay, atamızın evi yıxıldı.
Dostları ilə paylaş: |