Milli Kitabxana
140
K ə r b ə l a y ı N ə b i. Əleküməssəlam.
M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, bizə görə qulluq?
K ə r b ə l a y ı N ə b i. Qulluq deyil, buyruqdur. Atam, siz mənim ilə bu
xarabaya şəriksiniz? Sən Molla Rəhim üç aydır ki, kirayə vermirsən, bu da beş
aydır.
M o l l a R ə h i m. Kərbəlayı, and içirəm o hərəmi möhtərəminizin pak olan
ruhuna, heç gəlirim yoxdur. Tükəzbanı satıb paltarı çılpaq qoymuşam.
Səfdərqulu qəhqəhə ilə gülür.
K ə r b ə l a y ı N ə b i. Ədə bu nə deyir? Tükəzbanı satıb paltarı çılpaq
qoymuşam.
M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, biyol bil ki, Molla Rəhim çox səhv
vurandır. O demək istəyirdi ki, paltarı satıb Tükəzbanı çılpaq qoymuşam. O gecə
evinə bir qonaq gəlib gedəndə deyib, arvad, tez ol başmağı tut qoanq lampanı
geysin.
Gülüşürlər.
K ə r b ə l a y ı N ə b i. Yazıq nə etsin, kitaba baxmaqdan başı xarab olubdur.
Xub, deyək ki, mollanın işi xod deyil, gəliri yoxdur. Bəs, Məşədi Səfdərqulu, sən
nə deyirsən? Özün görürsən ki, bir gün ev naloqunu kassaya gec verəndə
kommunxoz adamın atasını yandırır. Sənin arvadın Qızxanım səhərdən-axşama
kimi o evdə, bu evdə çörək bişirib, paltar yuyub, pul qazanır; hamısını gətirib sənə
verir. Sən də onun hamısını şəraba verirsən, heç mənzil kirayəsi dərdinə qalmırsan.
Yəni bu zəhrimarı içməsən olmaz? A kişi, sən niyə buna nəsihət etmirsən?
M o l l a R ə h i m. Etməkdən yorulmuşam, tərk edə bilmir.
M ə ş ə d i S ə f d ə r q u l u. Ay kərbəlayı, biyol bunu bil ki, hər kəs bir şeyə
eşq bağlar. Biri arvada, biri ata, biri quşa, biri qoça, biri nə bilim nəyə. Mən başı
daşlı da bu şəraba eşq bağlamışam.
M o l l a R ə h i m. Mən də pula aşiqəm, amma onun üzünü heç görmürəm.
M ə ş ə d i S ə f d ə r q u l u. Əsil aşiq sənsən. Aşiq gərək məşuqəsini az-az
görsün.
K ə r b ə l a y ı N ə b i. Molla Rəhim, sən mənim işimi düzəlt, mən də sənin o
məşuqəni belə ciblərinə doldurum. Həm kirayə pulunu da bağışlayım.
Milli Kitabxana
141
M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, bəs bu xeyir işdən mənim xeyirim nə
olacaqdır?
K ə r b ə l a y ı N ə b i. Sənin kirayəni bağışlayıb, o qədər pul verəcəyəm ki, o
məşuqən şərabın küpünə girib nə qədər istəsən içəsən.
M ə ş ə d i S ə f d ə r q u l u. Ay sağ ol kərbəlayı, mən də bu yolda başımdan
keçərəm.
M o l l a R ə h i m. İndi əmrinizi buyurun.
K ə r b ə l a y ı N ə b i. Mən istəyirəm qulluqçum Şövkəti alam. Qız hərçəndi
kiçikdir, amma on iki yaşı var, şəriət ilə kəbin düsər. Mən bilirəm ki, qız öz ixtiyarı
ilə mənə gəlməyəcəkdir. Ona görə gərək burada hiyləyi-şər oluna. Onun da yolunu,
Molla Rəhim, siz bilirsiniz.
M o l l a R ə h i m. Madam ki, qız razı deyil, nə etmək olar?
K ə r b ə l a y ı N ə b i. A Molla Rəhim,bunu mənə deyirsən? Hansı qızın
razılığı ilə kəbinini kəsmisən? Hansı qızı özünüz danışdırıb razılığını almısınız?
Yalançı şahid də dünyada çox.
M ə ş ə d i S ə f d ə r q u l u. A kişi, kərbəlayı düz deyir, şahidin biri də mən.
K ə r b ə l a y ı N ə b i. Ay sağ ol,Məşədi Səfdərqulu, fikrimi anlamısan.
M o l l a R ə h i m. Məncə qızın yanında nə nigah, nə kəbin sözü açılmamalı,
nə qədər kiçik olsa da bu sözləri anlar. Gərək onu çağırıb deyək ki, kərbəlayını
sənə siğə edirik, çünki şəriətimizdə qız xeylağı gərək gizlənsin, o da qulluqçu üçün
çətindir. Ancaq Pəricahan da təsdiq etsin ki, o da kərbəlayıya siğədir.
K ə r b ə l a y ı N ə b i. Çox gözəl fikirdir. Pəricahandan arxayın olunuz. Onun
ilə bu barədə danışmışam. Molla sonra?
M o l l a
R ə h i m. Daha bunun sonrası yoxdur. Kəbini kəsərik, basqa
razılığını almaq, o sizin xüsusi işinizdir.
K ə r b ə l a y ı N ə b i. Çox əcəb, Pəricahan! Pəricahan!
P ə r i c a h a n (daxil olur.) Nə buyurursan?
K ə r b ə l a y ı N ə b i. Şövkəti buraya çağır, özün də gəl.
Pəricahan gedir.
M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, neçə gündür ayıqlıqdan başım lap
çatlayır.
K ə r b ə l a y ı N ə b i. A kişi, sən nə səbirsiz adamsan, elə bu gecə sənnən
məxsusi kef edəcəyəm. Ancaq gərək qız üçün də bir vəkil hazır edəsən.
|