Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə70/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   66   67   68   69   70   71   72   73   ...   196
Milli Kitabxana

169


bunlar nə gözəl qızlardır. Sanki göydən enmiş pərilərdir. İsminiz nədir, mələklər?

G ü l p ə r i. Mənimki Gülpəri.

N a z p ə r i. Mənimki Nazpəri.

Ş a h p ə r i. Mənimki də Şahpəri.

Ş e y t a n.  Demədimmi  siz pərisiniz?  Simalarınız buna şahiddir.  Siz  kimi

pərilərə belə işlər  yaraşarmı?  Toxda,  gözəlim.  (Nazpərinin əlini əlinə alıb.)  Bu

şümşad kimi barmaqlara nə yaraşar, gözəlim?

G ü l p ə r i. Xına yaxmaq.

Gülüşürlər.

Ş e y t a n. Bunların nə gözəl səsləri var? Sanki səma  musiqisidir, bu sədalar.

(Bir yaqut üzük Nazpərinin barmağına taxır.) İndi baxınız.

G  ü l p ə r  i. Ah, nə gözəldir?  Necə parlaqdır?  Kaş  mənim  elə bir  üzüyüm

olaydı!

Ş e y t a n. Səbir et, gözəlim, sənin barmağına başqa bir qaş yaraşar, bax, o da

bu! (Almaz üzüyü onun barmağına taxır.)

Ş a h p ə r i. Doğrudanda nə yaraşıqlıdır!

Ş  e y  t a n. Mənim  qutumda  sizlərə layiq  şeylər  çoxdur.  (Rəngbə-rəng  şüşə

muncuqları göstərir.)

G ü l p ə r i. Ah, nə gözəl şeylərdir!

Ş e y t a n. İndi siz pərilərə nə lazımdır?

Ş a h p ə r i. O  şey  ki,  bizim  kəndli  atalarımızda  yoxdur.  Pul  lazımdır  ki,  bu

şeyləri sizdən alaq.

N a z p ə r i. Şahpəri düz deyir. Bizim atalarımız kasıbdır.

G ü l p ə r i. Kaş bu şeyləri bizə göstərməyəydin, baba!

Ş  e y  t a n. Gözəl  şey  görmək  savabdır.  Görürəm  bunları  almağa  sizdə pul

yoxdur, lakin  mən də sizin köməyinizə möhtacam. Hərgah  mənim təklifimi qəbul

edərsinizsə, bu üzükləri sizə bağışlaram.

G ü l p ə r i. Mən qəbul edərəm.

N a z p ə r i. Mən də.

Ş  e y  t a n. Çox  sağ olun!  İndi  dediyimə yaxşı  fikir veriniz.  Mən böyük

təbibəm.  Qədim  bir  tibb  kitabında  oxumuşam  ki,  sizin  bu  dağlarda  bir  növ  çiçək

bitir. Bu çiçək indiyə kimi müalicəsi tapılmayan vərəm xəstəliyinə dərmandır. Mən

bu məqsədlə uzaq vətənimdən buraya gəlmişəm. Bu daşları da satıb özümə yemək

və yol xərci düzəldirəm.



Milli Kitabxana

170


Mən  sizin  bu dağlarınıza  nabələdəm.  Gözlərim  də siz  cavanlarınkı  kimi  iti  deyil.

Əgər mənə kömək edib, o çiçəyi tapa bilsək, göstərdiyim cavahirlərdən sizə peşkəş

verərəm  və yazdığım  tibb  kitabında  siz  pərilərin  adlarını  da  qeyd  edərəm.  Görün,

insanlara nə böyük  xidmət  edirsiniz?  Adlarınız  da  min  illərcə dillərdə söylənər.

Razı olursunuzmu?

C ü m l ə s i. Razıyıq.

G ü l p ə r i. Ancaq atalarımızdan izin almaq lazımdır.

Ş e y t a n. Yox, onu etməyin. Qorxuram sizi qoymayalar və bu sirr öz aramızda

qalmalıdır.  Çox  gəzməyəcəyik.  Bəlkə,  bəxtimiz  gətirdi,  tez  tapdıq.  Gedək,

qızlarım.

Q ı z l a r. Gedək.

Ayağa qalxırlar. Bu halda Rizvan daxil olur.

Ş e y t a n. Yenə bu şiş papaq nə pis vaxtda gəldi!

R i z v a n. Bacılar, işlərinizi qurtardınızmı?

G ü l p ə r i. Xeyr, bir az qalıbdır.

R i z v a n. Yoldaşlar, tənbəllik etməyin. Özünüz bilirsiniz ki, alman proletarları

acından  qırılırlar,  çılpaq  balaları  sizin  köməyinizə

möhtacdır.  Bir  saat

gecikməyiniz  neçə məsum  uşaqların ölümünə bais  olar.  Bu  barmaqlarınızdakı

üzüklər haradandır?

Ş a h p ə r i. Bu kişidən almışıq.

Rizvan diqqətlə Şeytana baxır.

R i z v a n. Hə, tanıdım, həmin hərif. Üzüklərinizə baxım. (Göstərirlər. Şeytan

qaçır.) Bunlar qiymətli daşlar deyil, şüşədir.

G ü l p ə r i. Vay sənə lənət, şeytan kişi! Biz də elə bilirik ki, qiymətli daşlardır.

Nə yaxşı hələ pul verməmişik.

N a z p ə r i. O çiçək axtarması da hiylədir.

R i z v a n. Nə çiçək?

G  ü l p ə r  i.  Deyirdi  ki,  bizim  dağlarda vərəm  naxoşluğuna  dərman  bir  çiçək

bitir. Bizi, onu aramağa aparırdı.

R i z v a n. Onun tələsindən yaxşı qurtardınız. Bu sizə bir dərs olsun. Bundan

sonra belə şeytan şəxslərə aldanmayınız. Bu adam dəmirçi yoldaşları da aldatmaq

istəyirdi.  Daha  durmayın,  iş  dalınca.  Bir  azdan  sonra  gələcəyəm, ona  kimi  siz  də

işlərinizi  qurtarınız.  Sadıq  babaya  deyin  ki,  ianə şeylərini  buraya  toplasın,  gəlib

siyahı edəcəyəm. (Gedir.)





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin