Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə78/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   74   75   76   77   78   79   80   81   ...   196
Milli Kitabxana

187


Y a s ə m ə n. Çünki Əlimərdanı sevirdim. Biz müsəlmanca oxumuşuq. Onlar

kimi elmimiz yoxdur. (Qəmər daxil olur.) Qızım, gəl otur, çayın soyuyur.

Q ə m ə r (çay içərkən). Baba, indi tap görüm, bu çiçəkləri nə edəcəyəm?

P i r i b a b a. Dəstə tutub otağına qoyacaqsan.

Q ə m ə r. Yox, baba, bilmədin. Bunlardan tac hörüb sənin başına qoyacağam.

Səni bu meşənin, bu bağların sultanı edəcəyəm.

Gülüşürlər.

P i r i  b a b a. A qızım, mənim bu qoca qulaqlarıma gahdan bir gəlib çatır ki,

rəiyyətlər  üsyan  edib  padşahlarını  taxtdan  salırlar.  Sən  də təzədən  mənim  başıma

tac qoymaq istəyirsən.

Q ə m ə r. Onlar öz rəiyyətlərilə ədalətlə rəftar etməyiblər, onlara zülm ediblər,

onun  üçün  də taclarını  itiriblər.  Fəqət  sən  öz  vəzifəni  çox  yaxşı  ifa  etmisən.  Ona

görə də meşə əhli məni öz tərəflərindən vəkil seçib hüzurunuza göndəriblər ki, bu

tacı qəbul edib onlara sultan olasan.

Gülüşürlər.

P  i  r  i    b  a  b  a. Qızım,  bu  gətirdiyin  vəkalətnaməyə tülkülər,  dovşanlar,

kəkliklər, qırqovullar da qol çəkirlərmi?

Q ə m ə r.  Onlar  tərəfindən  bir  qədər  narazılıq  oldu,  fəqət əksəriyyət səni

özlərinə sultan seçdilər.

P i r i  b a b a. Qızım, bu meşənin sultanlığını qəbul edirəm, bu şərtlə ki, sən də

mənə vəliəhd olasan.

Gülüşürlər.

Q ə m ə r. Mən qəbul edirəm. (Qapı döyülür.) Birdən Çingiz ola.

Gedib qapını açır. Həcər xanım, Zöhrə xanım, Şəmsi bəy daxil olurlar.

H ə c ə r x a n ı m. Qəmər, nə gözəl, nə göyçək qız olmusan. (Onu öpür.)

Y a s ə m ə n.  Ah,  nə əziz  qonaqlarım  gəlmiş.  (Həcər  xanım  ilə görüşürlər.)

Buyurunuz, buyurunuz, Piri baba çox şad olacaqdır.



Milli Kitabxana

188


H ə c ə r x a n ı m. Qəmər, bu mənim oğlum Şəmsi bəy, bu da qızım Zöhrədir.

Tanış olunuz.

Qəmər onlara əl verir, qonaqlar Piri baba tərəfə gəlirlər.

P i r i  b a b a. Həcərxanım, çox xoş gəlmişsiniz, səfa gətirmişsiniz, mən qocanı

yad etmisiniz, buyurun əyləşin.

Otururlar.

H ə c ə r  x a n ı m. Züleyxa xalama qonaq gedirik, dedim dönüb sizlə görüşüm.

Çoxdan  bəridir  ki,  sizdən xəbərim  yoxdur.  Yaxşı  oldu  ki,  Qəməri  də gördüm,

maşallah, gözəl qız olubdur.

Y a s ə m ə n. Qəmər on gündür ki, dərslərini qurtarıb gəlibdir. Dedi ana, gedək

bu yay da Piri babaya qonaq olaq, o da təkdir.

P  i  r  i    b  a  b  a. Xalisə vəfat  edəndən  bəri  burada  Topal  ilə ikimiz  oluruq.

Yasəmən istədi məni də kəndə öz yanına aparsın, razı olmadım, çünki balıq susuz

yaşaya bilməyən kimi, mən də meşəsiz ömür sürə bilmərəm.

H ə c ə r  x a n ı m. Çingizdən nə xəbər var?

Q ə m ə r. Mənə yazmışdı ki, iki gündən sonra çıxacağam, gərək bu gün-sabah

gəlib çıxsın.

Ş ə m s i b ə y. Çingiz həkimlikmi oxuyur?

Q ə m ə r. Bəli.

Z ö h r ə x a n ı m. Yenə Kiyev şəhərində oxuyur?

Q ə m ə r. Bəli, orada oxuyur.

H ə c ə r  x a n ı m. Uşaqlar, durun gedin bir az meşədə gəzin.

Y a s ə m ə n. Qoyun çayı təzələyim, içsinlər, sonra gedərlər.

H ə c ə r  x a n ı m. Zəhmət çəkməyin, bir azdan sonra gedəcəyik. Xalam bizi

gözləyir.

P i r i  b a b a. Nə tələsirsən? Buradan Züleyxa xanımgilə yarım saatlıq yoldur,

bir az rahat olub çörək yeyərsiniz, sonra gedərsiniz. Ona kimi də cavanlar meşədə

gəzərlər.  Qəmər  də bu  gün  məni  meşə sultanı  təyin  edibdir. Təzə sultanın  hökmü

belədir, gərək tabe olasınız.

Gülüşürlər.

Ş ə m s i b ə y. Meşə sultanı Piri babadan rica edirəm ki, mənə öz ormanında

bir qədər ov etməyə izin versin.





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin