Milli Kitabxana
189
P i r i b a b a. İzin verirəm, ancaq mənim tüfəngim ilə çətin ov edə biləcəksən.
Ş ə m s i b ə y. Öz tüfəngim odur faytonda, sizinkinə ehtiyac yoxdur. Xanımlar,
buyurunuz.
H ə c ə r x a n ı m. Şəmsi, Heydərquluya de ki, atları açıb rahat etsin, bir azdan
sonra gedəcəyik.
Ş ə m s i b ə y. Yaxşı, deyərəm.
Gedirlər.
Y a s ə m ə n. Xudaya, Çingizi de bunlar ilə belə mehriban görsəydim dünyada
bir qəmim olmazdı.
H ə c ə r x a n ı m. Yasəmən, iyirmi ildir ki, mən bədbəxt ana, oğlum Çingiz
üçün göz yaşı tökmüşəm. Sən Yasəmənə həsəd aparmışam ki, Çingizi bağrına
basıb əzizləmisən, ona süd vermisən, oğlum demisən. Amma mən yad kimi
kənardan baxmışam. Ah, ana üçün dünyada bundan artıq əzab olarmı?
P i r i b a b a. Həcər xanım, bugünə kimi səbir etmisiniz, yenə də etməlisiniz.
Yoxsa cümlənizi böyük bəlaya salarsınız. İndiyə kimi sirr açılmayıbdır, bundan
sonra da açılmamalıdır.
Y a s ə m ə n. Həcər xanım, mən də sizdən rica edirəm ki, məni bəlaya
salmayasınız, məgər mən Çingizə doğma ana kimi baxmamışam?
H ə c ə r x a n ı m. Dogru deyirsən, sən Çingizə həqiqi analıq etmisən. Ölənə
kimi sənə qul olsam, yenə də borcundan çıxa bilmərəm.
P i r i b a b a. Həcər xanım, indi bizim seyimiz onda olmalıdır ki, ataları kimi
cavanların da arasına ədavət düşməsin.
H ə c ə r x a n ı m. Piri baba, Çingizin burada olmasının xətası çoxdur, Şahbaz
bəyin qohum-əqrəbası dinc durmayacaqdır. Qorxuram onu da Əlimərdan kimi tələf
edələr.
Y a s ə m ə n. Nə qədər ki, Əlimərdan tutulmamışdı, sağdı, onun qorxusundan
Çingizə əziyyət verə bilmirdilər, amma indi mən də qorxuram.
P i r i b a b a. Həcər xanım, Çingizin gələcəyi üçün heç fikirləşmisinizmi?
H ə c ə r x a n ı m. Bəli, o barədə xalam ilə danışmışam. Onun fikri odur ki,
dayısı oğlu Əli bəyin qızını ona ala və cəmi mülkünü də
Milli Kitabxana
190
onların adına keçirə. Əli bəyin qohum-əqrəbası çoxdur, ona heç kəs bata bilməz.
Yasəmən, sən bu fikrə nə deyirsən?
Y a s ə m ə n . Mən nə deyəcəyəm? Çox gözəl fikirdir.
Qəmər, Zöhrə və Şəmsi bəy daxil olurlar.
Q ə m ə r. Ha-ha-ha...
Z ö h r ə. Ha-ha-ha...
H ə c ə r x a n ı m. A qızlar, deyin görüm, nəyə gülürsünüz?
Q ə m ə r. Piri baba, bu saatdan sən sultanı əzl edib yerinə Şəmsi bəyi təyin
edirəm.
P i r i b a b a. A qızım, buna səbəb nə olmuş?
Q ə m ə r. Şəmsi bəyin bimisl ovçu olmağı.
Zöhrə gülür.
Ş ə m s i b ə y. Qəmər bəyim, rica edirəm məni Piri babanın yanında xəcil
etməyəsiniz.
Z ö h r ə x a n ı m. Xeyr, gərək nağıl oluna, yoxsa mən Piri babanın əzlinə razı
deyiləm.
Ş ə m s i b ə y. Onda qoyun mən özüm söyləyim.
Z ö h r ə x a n ı m. Xeyr, mən razı deyiləm. Qoy Qəmər söyləsin.
Ş ə m s i b ə y. Nə etməli, siz iki, mən tək, Qəmər bəyim, söyləyiniz.
Q ə m ə r. Piri baba, meşəyə girdikdə qarşımıza dovşan çıxdı. Bunu gördükdə
Şəmsi bəy, bizim ölkənin birinci ovçusu, xeyli nəzakət ilə qoşalüləsini çiynindən
çıxarıb...
P i r i b a b a. Ov etdikdə, ovçunun tüfəngi əlində hazır olmalıdır.
Z ö h r ə x a n ı m. Buda onun özünə arxayın olmasına bir sübut.
Q ə m ə r. Dovşan dayanıb durmuşdu. Şəmsi bəyin gülləsi açıldı, dovşan
yerindən tərpəndi. Güllənin biri də açıldı, dovşan yenə qaçmadı. Burada Zöhrə
xanım ilə inən elə qəhqəhə etdik ki, dovşan ildırım kimi götürüldü.
Gülüşürlər.
P i r i b a b a. Görünür, dovşan uzaqda durmuşmuş.
Z ö h r ə x a n ı m. Xeyr, Piribaba, sonar ölçdük, bizim ayağımız ilə dovşan on
iki addımda durmuşdu.
|