Milli Kitabxana
180
P i r i b a b a. Nədir?
Y a s ə m ə n. Sizi gözləyir, gediniz desin. (Piri baba girir. Yasəmən Həcər
xanımın oğlunu qucağına götürür.) Ah, nə gözəl uşaqdır, mən oğul həsrəti
çəkirdim, allah verdi. Bunu öz balam kimi sevəcəyəm. Əlimərdan da məndən razı
qalacaqdır. Allahın sirrini bilmək olmaz, gör kimi Əlimərdana oğul göndərdi.
Cəbi daxil olur.
C ə b i. Gözləriniz aydın olsun, oğlandır, qız?
Y a s ə m ə n. Oğlandır.
C ə b i. Onda sahib şad olacaqdır.
Y a s ə m ə n. Topal, biri də var.
C ə b i. O kimdir?
Y a s ə m ə n. O da mənimdir, əkiz doğmuşam, biri oğlan biri qız.
C ə b i. Sahib bu saat özü gələcəkdir.
Y a s ə m ə n (özünü itirir.) Ah, ürəyim nə döyünür. Cəbi, o sudan tök, mənə
ver içim.
C ə b i (su verərkən). Sahibin gəlməsindən niyə qorxursan?
Y a s ə m ə n. Qorxuram ki, ona burada bir xətər yetə.
C ə b i. Sahibin dəstəsi meşədədir.
Piri baba komadan çıxır.
P i r i b a b a. Topal, bu üç gündə harada qalmışdın?
C ə b i. Kəndə anamı yoxlamağa getmişdim. Bərk naxoş olduğuna görə qoyub
gələ bilmədim. İndi bir az yaxşıdır.
P i r i b a b a. Xalisə çağanın əsgisini yuyanda birini orada unudubdur, get onu
gətir, gəl.
Cəbi gedir.
Y a s ə m ə n. Baba, böyük bəlaya düşdük. Cəbinin deməyinə görə, Əlimərdan
bu saat buraya gələcəkdir. Mən çox qorxuram.
P i r i b a b a. Özünü itirmə, toxdaq saxla, hər bir şey allahın əlindədir, nə
istərsə, o olacaqdır. Xalisə, Xalisə!
X a l i s ə n ə n ə (komadan çıxır, Yasəmən uşağı beşiyə qoyub cuna ilə üzünü
örtür.) Nə var?
P i r i b a b a. Cəld Həcər xanımı Həsənqulu ağanın otağında gizlət, özün də
yanında ol.
Milli Kitabxana
181
X a l i s ə n ə n ə. Nə var, nə olubdur?
P i r i b a b a. Danışıq yeri deyil, Əlimərdan bu saat gələcəkdir.
X a l i s ə n ə n ə. Vay, evimiz yıxıldı.
Qapı bərk döyülür.
P i r i b a b a. Arvad, cəld ol.
Xalisə nənə otağa girir.
Ə l i m ə r d a n (qapının dalından qışqırır.) Topal!
Piri baba gedib qapını açır, Əlimərdan və İbad üstlərində əsləhə daxil olurlar.
Ə l i m ə r d a n. Əmi!
P i r i b a b a. Can!
Ə l i m ə r d a n. Hamı salamatmı?
P i r i b a b a. Salamat!
Yasəmən onun boynunu qucaqlayır.
Ə l i m ə r d a n. Kürd qızı, toxda, oğlandır, ya qız?
Y a s ə m ə n. Qız.
Ə l i m ə r d a n. Qız?
P i r i b a b a. Qəm etmə, allah hər ikinizin istəyini veribdir. Yasəmən əkiz
doğubdur, biri oğlan, biri qız.
Ə l i m ə r d a n. Bu yaxşı. Kürd qızı, oğlan mənim, qız sənin. Gətir baxım.
Y a s ə m ə n (cunanı götürüb). İkisi də yatıbdır.
Ə l i m ə r d a n. Onda tərpətmə, qoy yatsınlar. Kürd qızı mən oğlumun adını
Çingiz qoydum... Sən qızının adını nə qoyursan?
Y a s ə m ə n. İzin versən Qəmər qoyaram.
Ə l i m ə r d a n. Onda izni qardaşın İbaddan al.
İ b a d. Bacım, hərgah onun kimi qeyrətli, namuslu bir qız yetirəcəksənsə, izin
verirəm. Mən əhd etmişəm ki, nişanlım Qəmərin intiqamını düşməndən almayınca
dünyada rahat yaşamayam.
Ə l i m ə r d a n. Əmi, Şahbaz bəyin qardaşı İlyas bəy elə bildi ki, İrana qacmaq
ilə mənim əlimdən qurtaracaqdır. Qardaşın oğlu onu da babalarının yanına
göndərdi.
Milli Kitabxana
182
P i r i b a b a. Əlimərdan, bu işdən əl çək, su sənəyi axırda suda sınar.
Ə l i m ə r d a n. Əmi, insan üçün də ölüm bir dəfə olacaqdır.
İ b a d. Piri baba, biqeyrət olub uzun ömür sürməkdənsə, namus üstə cavan
ölmək daha əfzəldir.
P i r i b a b a. Ay dəliqanlılar, aqibətinizi çox pis görürəm. Gəlin, mən qoca
babanızın nəsihətinə qulaq asın.
Ə l i m ə r d a n. Əmi, ac qonaqları nəsihət ilə doydurmaq olmaz, nəyin varsa
əmr et gətirsinlər, yeyək.
Y a s ə m ə n. Bir azca səbir ediniz, bu saat hazır edim.
Ə l i m ə r d a n. İbad, xörək hazır olunca biz də bir az rahat olaq.
Otağa tərəf yönəlirlər. Yasəmən onların qabağını kəsib.
Y a s ə m ə n. Ay, oraya getməyiniz.
Ə l i m ə r d a n. Nə üçün?
P i r i b a b a. Orada Xalisə çimir.
Ə l i m ə r d a n. Ha-ha-ha... Ay qoca əmi. Dinc durmursan ha.
İ b a d. Piri baba bizim kimi cavanları yarı yolda qoyub keçər.
Ə l i m ə r d a n. Kürd qızı, buraya palaz sal oturaq.
Yasəmən palaz salır, Əlimərdan və İbad tüfəngləri ağacdan asıb otururlar. Bu
halda qapı döyülür, Əlimərdan cəld ayağa qalxıb.
Ə l i m ə r d a n. Kim ola?
P i r i b a b a. Təşvişə düşmə, yəqin Topaldır. (Qapını açır.)
Ə l i m ə r d a n. Topal?
C ə b i. Sahib.
Ə l i m ə r d a n. Haradan gəlirsən?
C ə b i. Bulaqdan, sahib.
Ə l i m ə r d a n. Ətrafda qaraltı-zad görünürmü?
C ə b i. Uzaqdan atlı dəstəsi görünür, çaparlara oxşayır.
Ə l i m ə r d a n. Get pusquda dur, şübhəli adamlar olsa cəld gəlib xəbər ver.
C ə b i. Baş üstə, sahib. (Gedir.)
İ b a d. Təzə uyezdni naçalnik Səfi bəy bizim müqabilimizə çıxmaq ilə
qubernatordan malades almaq istəyir.
Ə l i m ə r d a n. Eybi yoxdur, buyursun, onu daknyaz Vaçinadzenin gününə
salaram.
|