Milli Kitabxana
178
qoşuldu. Piri babanın deməyinə görə siz altı aydır ki, Züleyxa xalanızın yanında
olursunuz və heç kəsə də görünmürsünüz.
H ə c ə r x a n ı m. Doğrudur, orada gizli olmağımın sirrini gılmişım sənı açıb
söyləyım və səndən kömək istəyəm. Başqası məni anlayıb dadıma çatmayacaqdır.
Y a s ə m ə n. Söyləyiniz görüm, məndən nə kömək istəyirsiniz? Özünüz
bilirsiniz ki, əlimdən gələni müzayiqə etmərəm.
H ə c ə r x a n ı m. Yasəmən, Şahbaz bəy Parisə gedəndən üç ay sonar, qəflətən
Nadir bəy gəlib çıxdı. "Həcər, sevgilim, bu iki ilin müddətində dünyanı səyahət
edib gəzdim ki, bəlkə səni unudam, fəqət bacarmadım. Axırda sənin fəraqına dözə
bilməyib gəlmişəm" - deyə fəryad etdi. Yasəmən, biz qadınlar hissimiz ilə
yaşayırıq. Biz qadınlar ürəklərimizin quluyuq. Mən də eşq atəşinə yandım, nəticəsi
bu... (Oğlunu göstərir.)
Y a s ə m ə n. Demək, bu uşaq Nadir bəyindir? Həcər xanım. Bəli, mənə tənə,
məzəmmətmi edəceksən? Mənə lənət, nifrətmi edəcəksən?
Y a s ə m ə n. Mən? Xeyr!.. Başqalarını bilmirəm. İndi söyləyiniz görüm,
məndən nə kömək istəyirsiniz?
H ə c ə r x a n ı m. Nadirlə belə qət etmişik ki, mən Şahbaz bəydən boşanıb
azad olacaqdım, sonra ona gedəcəkdim. Ah, fələk cəmi səadətimi, ümidimi bir
anda puç etdi. Bir ay bundan əvvəl Nadir xəstə düsüb şam kimi əridi, axırda söndü.
(Ağlayır.)
Y a s ə m ə n. Ah, sizin taleyiniz də mənimki kimi çönmüş. (Gözlərini silir.)
H ə c ə r x a n ı m. Yasəmən, çəkdiyim cəfalar, görünür, kifayət deyilmiş ki,
təzə bəlalarım yenidən zühur edir. Şahbaz bəy teleqrafla Parisdən çıxmağını xəbər
verir, indi anlayırsanmı?
Y a s ə m ə n. Bəli, anlayıram, bu uşağı gizlətmək lazımdır.
H ə c ə r x a n ı m. Bəli, onu da ancaq sən bacararsan.
Y a s ə m ə n. Nə tövr? Unutmayınız ki, siz mənim ərim Əlimərdanın düşməni
Şahbaz bəyin arvadısınız. Sizlərdən buraya gəliş-gediş ola bilməz.
H ə c ə r x a n ı m. Mən onların hamısını fikir etmişəm. Ona görə də oğlumu
həmişəlik sənə verirəm. Üç gündür ki, doğmuşam. Sənin qızın da həmin vaxtda.
Hamıya deyərsən ki, əkiz doğmuşam. Sirr bizim aramızda qalar.
Milli Kitabxana
179
Y a s ə m ə n. Bəs, Piri baba ilə Xalisə nənə necə olsun.
H ə c ə r x a n ı m. Bu barədə xalam ilə danışmışam. O deyir ki, mənim xatirim
üçün onlar razı olarlar və sirri də kimsəyə açmazlar.
Y a s ə m ə n. Mənim qorxum Əlimərdandan və Cəbidəndir.
H ə c ə r x a n ı m. Mənə məlumdur ki, Cəbi sənin doğmağından hələ
xəbərsizdir.
Y a s ə m ə n. Yenə də qorxuram. Bu sirr bir vaxtı açılar, onda mənim halım
necə olar? Yox, yox, bu ağır və qorxulu işi öhdəmə götürməyə cürət etmirəm.
H ə c ə r x a n ı m (ayağa qalxır.) Onda bircə yol qaldı.
Y a s ə m ə n. Hansı?
H ə c ə r x a n ı m. Mən müqəssir ananın əli ilə bu məsum uşağın ölməyi.
(Getmək istəyir.)
Y a s ə m ə n (onun qabağını kəsir.) Yox, yox, onu etməyiniz, veriniz, razıyam.
(Uşağı alıb beşiyə qoyur. Bu halda qapı döyülür.) Siz içəriyə giriniz, görüm
kimdir.
Həcər xanım komaya girir.
P i r i b a b a (qapının dalından). Yasəmən, bizik qapını aç. Yasəmən qapını
açır, Piri haba ilə Xalisə nənə daxil olurlar.
P i r i b a b a. Xalisə, tez ol ocağı qala, xörək bişir. Xalisə nənə. Bu saat.
Y a s ə m ə n. Xalisə nənə, xörəyi mən hazır edərəm. İçəridə bir əziz qonaq səni
gözləyir.
X a l i s ə n ə n ə. Kimdir? Buraya qorxudan heç kəs gəlməz.
Y a s ə m ə n. İçəri get, görərsən.
Xalisə nənə komaya girir.
P i r i b a b a. Yoxsa Əlimərdandır?
Y a s ə m ə n. Xeyr, Həcər xanımdır, Piri baba.
P i r i b a b a. Həcər xanım?.. O bura əbəs yerə gəlməz, nə böyük qəziyyə üz
veribdir ki, cürət edib gəlibdir.
Y a s ə m ə n. Baba, doğrudan da böyük qəziyyədir. Həcər xanım səndən bir
şey təvəqqə edəcəkdir, onu qəbul etməyinizi mən də rica edirəm.
|