Milli Kitabxana
183
P i r i b a b a. Bir neçə vaxtdan bəri meşədə strajniklər görünür. Birinə rast
gəlib soruşdum: burada nə qayırırsınız? Cavab verdi ki, Səfi bəyin əmrinə görə
yolları qaçaqlardan mühafizə edirik.
İ b a d. Ha-ha-ha... Piri baba çox yaxşı mühafizə edirlər, allah onları
bədnəzərdən saxlasın. Üç gün bundan irəli iki yoldaşımız, Xaspolad və Qarabəkir,
Razyonnı poçt üstə düşürlər, bir-iki güllə atan kimi igid çaparlar qoyub qaçırlar.
Yoldaşlarımız da xəzinəni qulluğumuza gətirdilər.
Ə l i m ə r d a n. Əmi, mənim qorxumdan hökumət qulluqçuları cürət edib
kəndliləri incidə bilmirlər. Mənim üç düşmənim var: hökumət, bəylər, tacirlər də
pulları ilə mənə tövçü verirlər. Mən kəndliləri onların zülmündən saxlayıram.
Yasəmən xörək gətirib süfrəyə qoyur, bu halda meşədən tüfəng səsi gəlir.
Əlimərdan və İbad cəld qalxıb tüfənglərini götürürlər.
Ə l i m ə r d a n. Əmi, xudahafiz. Kürd qızı, Çingizdən muğayat ol. Bir igid,
qoçaq oğlan meydana çıxarmağı səndən tələb edirəm.
Y a s ə m ə n (onların qabağını kəsib). Qoymaram, sizi öldürərlər.
Ə l i m ə r d a n. Məni öldürərlər, yerimdə oğlum Çingiz qalar.
Gedirlər.
Y a s ə m ə n. Xudaya, dəxi səbir edə bilmirəm, məni öldür, bu əzabdan qurtar.
Yeddi ay həsrətini çəkdiyim sevgili ərim ilə belə görüşdük. (Ağlayır.)
P i r i b a b a. Yasəmən, səbir et, göz yaşı tökmədən nə çıxar?
Y a s ə m ə n. Ondan başqa mənə nə qalıbdır, onadamı mane olacaqsan.
X a l i s ə n ə n ə (gəlir.)Əlimərdan getdimi? Vay, qızım, ağlayırsan?
Y a s ə m ə n. Xalisə nənə, necə ağlamayım, bu birəhm fələk mən zavallını elə
tilsimə satıbdır ki, sevgili ərimin gəlməsi mənim üçün qorxu, getməsi bəla.
(Ağlayır.)
X a l i s ə n ə n ə. Qızım, yenə də səbir etmək lazımdır, hər bir qara günün bir
ağ günü də var.
Bu halda Səfi bəy, pristav və ücstrajnik daxil olurlar.
S ə f i b ə y. Tərpənməyin! Piri kişi, Əlimərdanın yerini de.
Milli Kitabxana
184
P i r i b a b a. Səfi bəy, Əlimərdan burada yoxdur.
S ə f i b ə y. Yalan deyirsən, quldurbaşı qardaşın oğlunu ələ vermək istəmirsən.
Fəqət mən sənə dedirdərəm. Bunları alınız.
Strajniklər onları əhatə edirlər.
P i r i b a b a. Səfi bəy, arvadları nə üçün qorxudursan, mənə inanmırsan, buyur
axtar.
S ə f i
b ə y. Mən dedim ki, sən özün yerlərini göstərəsən, təki həm bu
arvadları, həm də özünü Sibir sürgünündən xilas edəsən. İndi Əlimərdan buradan
çıxsa, tənbehin böyük olacaqdır. Tüfənglərinizi bunların döşlərinə tutun.
(Strajnikiər tuturlar.) Belə hazırda durarsınız, üzərinizə tüfəng açılsa, üçünü də
güllələyib yerə yıxarsınız. Sən, İsrafil bəy, dalımca gəl.
Komaya girirlər. Bir azdan sonra cıxırlar.
P r i s t a v. Səfi bəy, yəqin o evdə gizlənmişlər, oranı axtarmalı.
S ə f i b ə y. Doğru.
Bu halda H ə c ə r xanım otaqdan çıxıb qaçaraq gəlir.
H ə c ə r x a n ı m. Səfi bəy, toxda, bunları nə üçün güllələyirsiniz?
S ə f i b ə y. Çünki Əlimərdanı burada gizlədib yerini demək istəmirlər.
H ə c ə r x a n ı m. İndi sizə məlum oldu ki, Əlimərdan burada ola bilməz.
S ə f i b ə y. Bəli, Şahbaz bəyin arvadı olan yerdə Əlimərdan ola bilməz. (Piri
babagilə.) Azadsınız, Həcər xanım siz burada nə qayırırsınız?
H ə c ə r x a n ı m. Şəhərə gedirdim, buraya döndüm ki, Züleyxa xalamın
sifarişini Piri babaya yetirəm.
S ə f i b ə y. O yolda duran fayton sizinkidirmi?
H ə c ə r x a n ı m. Bəli.
S ə f i b ə y. Həcər xanım, heç bilirsinizmi sizi nə böyük bəladan xilas edirəm.
Əlimərdanın quldur dəstəsi meşədədir. Mən onu əhatə etmişəm. Bu gün dayım
İlyas bəyin intiqamını ondan alacağam. Buyurunuz gedək, adam qoşum sizi
xalanızgilə aparsınlar. Şəhərə getmək mümkün deyil.
|