Milli Kitabxana
185
H ə c ə r x a n ı m. Piri baba, Xalisə nənə, xudahafiz, Yasəmən, oğlunu gətir
baxım.
S ə f i b ə y. Həcər xanım, düşmənin ailəsinə mərhəmət etmək caizmidir?
H ə c ə r
x a n ı m. Siz bilirsiniz ki, Yasəmən mənim sevgili xidmətçim
olmuşdur. Onun və bu məsum uşağın nə günahı var? (Yasəməndən uşağı alıb
öpür.) Yasəmən, səni və bunu bir allaha tapşırıram.
Tüfəng səsi gəlir.
S ə f i b ə y. Həcər xanım, gedək.
H ə c ə r x a n ı m. Xudahafiz. (Gözlərini silir, gedirlər.)
Y a s ə m ə n. Ey uca tanrı, mən də sevgili ərimi sənə tapşırıram.
Pərdə
İKİNCİ PƏRDƏ
Birinci pərdənin mənzərəsi. Birinci pərdədən iyirmi il keçibdir.
P i r i b a b a. Ey vəfalı silahım, sahibin tək sən də köhnəlmisən, paslanmısan.
Keçmişdə sənin güllən heç puça çıxmazdı. Ağzından od parladıqda ovu yerdə
görmüşəm. İndi sinnim həştada çatmış, gözlərimin nuru getmiş, qollarımın qüvvəti
azalmış. İndi səni qaldırıb qırqovulu nişana aldıqda qaqqıltı ilə uçub uzaqlaşır. O,
qaqqıltı ilə sanki deyir, ey piri-natəvan, nə vaxta kimi bizləri ovlayacaqsan? Çəkil,
rahat ol, daha vaxtın keçmiş. Bəli keçmiş... (Yasəmən samovarı gətirib süfrəyə
qoyur.) Yasəmən Qəmər durubdurmu?
Y a s ə m ə n. Qəmər sübh tezdən durub meşəyə gedibdir.
P i r i b a b a. Erkən durmaq yaxşı şeydir, bədəni saflaşdırar. Ancaq o zaman
meşə rütubətdir, gəzməsin, dağa çıxsın, təmiz hava udsun.
Y a s ə m ə n. Qəmər şəhərdə o qədər darıxıb, sıxılıbdır ki, buraya gələndən
bəri evdə oturmaq istəmir. Deyir: Ana can, doqquz ay dərs zamanı günlərimi
sanamışam ki, yay fəsli haçan gələcəkdir ki, Piri babama qonaq gedəm, doyunca
meşəni, dağı, çəməni gəzəm.
P i r i b a b a. Qoy gəzsin, yesin, içsin, hala gəlsin. Ancaq gəzməyə yoldaşı
yoxdur. Məni tutur ki, Piri baba dur gəzməyə gedək. Deyirəm,
Milli Kitabxana
186
ay qızım, babanın nə gücü qalmışdır ki, sənə yoldaşlıq etsin, sənin iti ayaqların ilə
yeriş etsin. Deyirəm, səbir et, qardaşın Çingiz gəlsin o zaman ürəyiniz istədikcə
gəziniz.
Yasəmən çay töküb Piri babaya verir.
Y a s ə m ə n. Piri baba, Qəmər ilə Çingizi görəndə elə bil ki, dünya mənimdir.
Necə mehriban bacı-qardaşdırlar. Necə məni sevib ehtiramımı saxlayırlar. Çingiz
ona atalıq edir. Bax nə sənə baxdı, nə mənə, bacısını oxutdu.
P i r i b a b a. Çingiz çox ağıllı, kamallı cavandır.
Y a s ə m ə n. Allah sevgili ərimi əlimdən aldısa da, yerində belə oğul qoydu.
Qəmər qucağında çiçək və əlində dəsmal bağlısı daxil olur.
Q ə m ə r. Baba, sabahın xeyir.
P i r i b a b a. Qızım, aqibətin xeyir.
Q ə m ə r. Baba, tap görüm, mənim bu dəsmalımdakı nədir?
P i r i b a b a. Qızım, kirpidir.
Q ə m ə r. Vay, baba nədən bildin?
P i r i b a b a. Dəsmalına bax, özün bilərsən.
Q ə m ə r (baxır.) Hə, kirpinin tikanları dəsmalı dəlib çıxıbdır.
P i r i b a b a. Bu kirpini nə edəcəksən?
Q ə m ə r. Sənin bostanına buraxacağam.
Y a s ə m ə n. Qızım, bu heyvan bostanı tərk edər.
Q ə m ə r. Piri baba, beləmi?
P i r i b a b a. Yox, ağıllı qızım, fikrini anlayıram. Kirpi bostanın qurdlarını
yeyib tələf edər, onu salamat saxlar.
Y a s ə m ə n. Qızım, bunu sən haradan bilirsən?
Q ə m ə r. Mən kitabda oxumuşam. Piri baba da təbiətin içində yaşayıb, görüb-
gütürübdür. Baba, təzə qoruqçunu aparım bostanına buraxım. (Gedir.)
P i r i b a b a. Yasəmən, görürsən oxumaq nə gözəl şeydir.
Y a s ə m ə n. Baba, doğru deyirsən, ancaq oxuyub elmli olandan sonra, bizim
kəndli qızları öz ayağı çarıqlılarına ərə getmirlər.
P i r i b a b a. Nə üçün getmirlər? Ürək elmə-zada baxmaz. Səni bəyzadələr
istəyirdilər, bəs nə üçün getmədin?
|