Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə85/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   81   82   83   84   85   86   87   88   ...   196
Milli Kitabxana

202


H ə c ə r  x a n ı m. Qorxuram ona kimi Çingizi tutalar.

Z ö h r ə x a n ı m. Səfi bəyin Gəncədən qayıtması beş-altı gün çəkər.

H ə c ə r  x a n ı m. Onda qoy Şəmsi getsin, sənin getməyin artıqdır.

Z ö h r ə x a n ı m. Yox, ana, mən gərək gedəm, Şəmsi bacarmaz. Çingiz ona

inanmaz. Mən olsam, Qəmər ilə köməkləşib onu inandırarıq və qaçırdarıq.

H ə c ə r x a n ı m. Yaxşı deyirsən, sənin getməyin vacibdir.

Şəmsi bəy ovçu libasında, əlində tüfəng, dalınca Səfa daxil olurlar.

Ş ə m  s  i b ə y.  Ana,  iki  günə Züleyxa  xalama  qonaq  gedirəm,  izin ver Səfa

faytonu qoşub məni aparsın.

H ə c ə r    x  a  n  ı  m. İndi  atan  getdi,  sən  də getmək  istəyirsən,  bəs  evdə kim

qalsın?

Ş ə m s i b ə y. Bəs sən və Zöhrə nədir?

H ə c ə r  x a n ı m. Biz arvadıq, evi kişisiz qoymaq olarmı?

Ş ə m  s  i  b ə y.  Ana,  sənə söz verirəm  ki,  iki  gündən  artıq  qalmayam.  İndi

əhvalım çox pərişandır, havamı dəyişmək istəyirəm.

H ə c ə r  x a n ı m. Onda səbir et, Zöhrə də gedəcəkdir, xalan istəyibdir, onunla

gedərsiniz.

Heydərqulu daxil olur.

H ə c ə r  x a n ı m. Heydərqulu, nə var, xeyir ola?

H e y d ə r q u l u.  İnşallah  xeyirdir,  ancaq  Züleyxa  xanım  bir  az  naxoşdur,

məni göndərdi ki, sizi aparam.

Z ö h r ə x a n ı m. Ana, biz də gedəcəyik?

H e y d ə r q u l u. Xanım dedi ki, uşaqları da gətirsin.

H ə c ə r  x a n ı m. Heydərqulu, düzünü de, yoxsa xalam bərk naxoşdur?

H e y d ə r q u l u. Xeyr, xanım, başınız üçün qorxusu yoxdur, həkim gəlmişdi,

dedi soyuq dəyibdir. Üç-dörd günə sağalıb duracaqdır.

H ə c ə r  x a n ı m. Səfa, tez faytonu qoş.

H e y d ə r q u l u. Lazım deyil, Züleyxa xanımın faytonunu gətirmişəm, gecə

gəlib çıxdım, karvansarada açdım.

H ə c ə r  x a n ı m. Onda sən get, tez faytonu qoş gətir.




Milli Kitabxana

203


H e y d ə r q u l u. Baş üstə.

H ə c ə r x a n ı m. Heydərqulu, axşama düşmərik ki?

H  e  y  d ə r  q  u  l  u. Xeyr,  xanım,  axşama  beş  saat  qalmış  orada  olacağıq.

Faytona  dörd  at  qoşmuşam,  ancaq  yarım  saatlıq  Piri  babagilə dönəcəyəm.  Xanım

üçün göyərti aparacağam.

H ə c ə r  x a n ı m. Çox yaxşı. Get. (Heydərqulu gedir.) Səfa evi sənin ümidinə

qoyuram, yaxşı muğayat ol.

S ə f a. Arxayın ol, xanım.

H ə c ə r  x a n ı m. Get Xavərə də bizim üçün dəyişəcək hazır etsin.

Səfa gedir.

Ş ə m  s i  b ə y.  Ana,  bu  çox  yaxşı  otdu,  hərgah  bu  gün  özümüzü  Piri  babaya

yetirməsək, Çingizi tutacaqlar.

Z ö h r ə x a n ı m. Onu sənə kim dedi?

Ş ə m s i  b ə y. Səfi bəy.

H ə c ə r  x a n ı m. Səfi bəy ilə sən haçan görüşdün?

Ş ə m s i  b ə y. Bir az bundan İrəli.

Z ö h r ə x a n ı m. Nə deyirsən, Səfi bəy atam ilə Gəncəyə getmədimi?

Ş ə m s i  b ə y. Xeyr, Səfi bəy Gəncədən kağız aldı, oxuyandan sonra qalmalı

oldu. Atam tək getdi.

H ə c ə r  x a n ı m. Səfi bəy sənlə daha nə danışdı?

Ş ə m s i  b ə y. Mənə böyük divan qurmuşdu. Dedi: Zöhrə ilə də danışmışam.

Mən əhvalatı necə olmuşdur tamamilə nağıl etdim. Hətta Çingiz ilə sözləşdiyimi də

ondan  gizlətmədim.  Dedim,  hərgah  mən  biləydim  ki,  Çingiz  oradadır,  heç  vaxtı

Piri  babagilə getməzdim.  Mən  səy  edirdim  ki, onu  inandırım  ki,  firini  açdırım.

Məni tərif edib dedi: Mən bilirəm ki, sən qeyrətli oğlansan, bizi bacın Zöhrə kimi

düşmənə satmazsan.

H e y d ə r q u l u (daxil olur.) Fayton hazırdır.

H ə c ə r  x a n ı m. Uşaqlar, gedək.

Gedirlər.

Pərdə




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin