Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə83/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   79   80   81   82   83   84   85   86   ...   196
Milli Kitabxana

198


Ş ə m s i b ə y. Nəzərinizcə bundan başqa şey qadına lazım deyil?

Ş a h b a z  b ə y. Mən bilmirəm, sən bilirsənsə de.

Ş ə m s i  b ə y. Ümdəsi məhəbbət, sonra ərin gözəl, mehriban rəftarı. Bunların

hansı  sizdə olubdur?  Anamı  qız  ikən  pul  gücünə,  gözü  yaşlı özünüzə zövcə

etmişsiniz. Sonra gözəl rəftar ilə könlünü alıb özünüzə rağib etmək əvəzinə, həmin

bu evi şərabxanə, çəngixanə edib, onun incə qadınlıq hissini ayaqlarınız altına salıb

tapdalamışsınız.

Ş  a  h  b  a  z    b ə y. Yalan!  Bunun  hamısı  Həcərin  düzəltməsidir.  Məni  sizin

nəzərinizdən salıb düşmən etmək fikridir. Sizi məndən uzaqlaşdırmaqdır.

Ş ə m s i  b ə y. Bizi sizdən uzaqlaşdıran anamız deyil, sizin fəna əməlinizdir.

Uşaq  ikən  biz  bacı-qardaş  sizdən  bir  mehriban  söz  eşitmədik. Həmişə evə sərxoş

gəlmisən, biz də qorxumuzdan qaçıb otağımızda gizlənmişik. Bədbəxt anamız bizi

bağrına  basıb  biz  ilə bahəm  göz  yaşı  tökübdür.  Mən  deyərdim,  ana,  dur  buradan

qaçaq, deyərdi: Bala, haraya qaçaq, adam da öz evindən qaçarmı, bizə nə deyərlər.

Yenə səbir  etməli.  Anamız  bizi  bu  evdə belə saxlayıbdır.  Biz  böyüdükdə də

tutduğunuz binamus əməllərdən xəcalət çəkib, Şahbaz bəyin övladları olduğumuzu

gizlətmişik.

Ş a h b a z  b ə y. Sus, nadürüst, daha sən mənim övladım deyilsən, çıx haraya

istəyirsən  get! Gözümün önündən sürün. (Şəmsi bəy çıxır.) Az qalmışam bunların

əlindən baş götürüb yenə Firəngistana qacam.

Səfi bəy daxil olur.

S ə f  i    b ə y. Dayı,  deyəsən  yenə Şəmsi  ilə sözləşmisən,  çox  hirsli  gedirdi,

mənə də məhəl qoymadı.

Ş a h b a z  b ə y. Gör mənə nə deyir, Şahbaz bəyin övladı olmaqdan  xəcalət

çəkirəm.

S ə f i b ə y. Odur ki, düşmənimizin oğlu ilə də dostluq edir.

Ş a h b a z  b ə y. Kim ilə?

S ə f i b ə y. Əlimərdanın oğlu Çingiz ilə.

Ş a h b a z  b ə y. Nə deyirsən. Cingiz odur Rusiyada.

S ə f  i b ə y.  Xeyr,  Çingiz  bir  aydır  ki,  anası,  bacısı ilə Piri  babanın  yanında

olur.

Ş a h b a z  b ə y. Səfi, Şəmsi Çingiz ilə dostluq etməz.



S ə f i b ə y. Çağırın, mənim yanımda özündən soruşun.

Ş a h b a z  b ə y. Xavər, Xavər!




Milli Kitabxana

199


Xavər daxil olur.

X a v ə r. Nə buyurursan, ağa?

Ş a h b a z  b ə y. Şəmsi bəyi buraya çağır.

X a v ə r. Şəmsi bəy getdi.

S ə f i  b ə y. Zöhrə xanım evdədirmi?

X a v ə r. Bəli, evdədir.

S ə f i  b ə y. Çağır gəlsin.

Xavər gedir.

Ş a h b a z  b ə y. Sən Şəmsini deyirdin, Zöhrəni nə üçün çağırırsan?

S ə f  i    b ə y. O  da  qardaşından  geri  qalmaz.  Dayı,  Çingizə bir  elə tələ

qurmuşam  ki, əlimdən  qurtarası  deyil.  Çingiz  guya  gizlin,  hökumətin əleyhinə

işləyir.  Onu  həbs  edib  tutduracağam,  həbsxanaya  göndərəcəyəm.  Yolda  guya

qaçırdı deyə güllələdəcəyəm, necə tədbirdir.

Ş  a  h  b  a  z    b ə y. Çox  gözəl  tədbirdir.  Dayın  İlyas  bəyin  qanını  yerdə

qoymursan.

Z ö h r ə x a n ı m (daxil olur.) Bibioğlu, xoş gəlmisən.

S ə f  i    b ə y. Sağ  ol,  dayıqızı...  Zöhrə,  səndon  bir  şey  barəsində məlumat

istəyəcəyəm. Rica edirəm düzünü deyəsən, əyləş.

Zöhrə oturur.

Z ö h r ə x a n ı m. Demək, məndən silist edəcəksiniz.

S ə f i  b ə y. Bəli, buyurunuz görüm, bir ay bundan irəli ananız Həcər xanım,

qardaşınız Şəmsi bəy ilə Züleyxa xanımgilə qonaq gedərkən, yoldan dönüb haraya

getmişsiniz?

Z ö h r ə x a n ı m. Piri babagilə.

S ə f i  b ə y. Doğru! Orada kim ilə görüşmüsünüz?

Z ö h r ə x a n ı m. Piri baba, Yasəmən və qızı Qəmər ilə.

S ə f i b ə y. Daha kimin ilə?

Z ö h r ə x a n ı m. Onu demərəm.

S ə f i  b ə y. Nə üçün?

Z ö h r ə x a n ı m. Çünki məcburam.

S ə f i b ə y. Sizi məcbur edən kimdir?

Z ö h r ə x a n ı m. Mənim vicdanım.

Ş  a  h  b  a  z    b ə y. Yox,  sənin  anan  Həcər  xanım!  Mənim  düşmənlərim  onun

dostudur, dostlarım düşməni.





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin