Milli Kitabxana
215
İ b a d. Piri baba, sən də hazır ol.
P i r i b a b a. Mən bu sinnimdə hara gedib çıxaram.
İ b a d. Piri baba, qorxuram sənə əziyyət verələr.
Ə l i m ə r d a n. Mənim qorxumdan heç kəs əmimə əziyyət verə bilməz, ancaq
uşaqlar gedirlər, ona burada kim qulluq edəcəkdir.
P i r i b ab a. Oğlum, Cəbini də aparırsan?
Ə l i m ə r d a n. Yox, Cəbi burada qalacaqdır.
P i r i b a b a. Onda məndən arxayın ol.
Ə l i m ə r d a n. Əmi, qorxma. Uşaqlan İranda qoyub özüm dəstəm ilə bu taya
keçəcəyəm. Mənim hənirtim gələn yerdə heç kəs cürət edib sənə yaxın düşə
bilməz. (Yasəmən, Çingiz və Qəmər gəlirlər.) Daha durmayın, gedək.
Cəbi lələ əlində bir dəsmal xiyar gəlir.
Ə l i m ə r d a n. Topal, o nədir?
C ə b i. Xiyardır, sahib, uşaqlara yığmışam, yola götürsünlər.
Q ə m ə r. Sağ ol, Cəbi lələ, bax, Piri babadan muğayat ol.
Ə l i m ə r d a n. Daha durmayın, gedək! Topal, şeylərdən götür. Əmi,
xudahafiz, qəm etmə, yenə görüşəcəyik.
Piri baba ilə xudahafizləşib gedirlər.
P i r i b a b a (yalqız). Komanın bülbülləri uçub getdi.
Pərdə
BEŞİNCİ PƏRDƏ
BİRİNCİ ŞƏKİL
Dördüncü pərdədən üç il keçmişdir. Səhnə meşə içində bir bulaq göstərir. Pərdə
qalxdıqda Şəmsi bəy, Qəmər, Zöhrə xanım və Cəbi görünür.
Q ə m ə r. Seyrə çıxanın cümləsi gərək işləsin. Şəmsi, belədirmi?
Ş ə m s i. Bəli, elədir.
Q ə m ə r. Onda diniəyin, hər birinizin vəzifəsini deyim: sən, Zöhrə, burada
qalıb süfrəni hazır edəcəksən, əti kabablıq doğrayıb, duzlayacaqsan...
Milli Kitabxana
216
Z ö h r ə. Əti mən tək necə doğrayacağam?
Q ə m ə r. A Zöhrə xanım, deyək ki, gimnaziyada sənə qayğanaq bişirməyi
öyrətməmişdilər, onun üçün də yumurtanı suya salıb sonra yağ tökmüşdün. Bəs ət
doğramağa nə deyirsən?
Gülüşürlər.
Z ö h r ə x a n ı m. Canım, bir insaf ediniz, tək adam necə ət doğraya bilər?
Gərək biri əti tutsun, o biri bıçaq ilə kəssin. Cəbi lələ, belədirmi?
C ə b i. Bəli, xanım, elədir. Siz zəhmət çəkməyin, azardan yeni durmusunuz.
Mən bunların hamısını düzəldərəm.
Q ə m ə r. Cəbi lələ doğru deyir. Zöhrə, sən balışını başının altına qoy uzan,
kitab oxu. Biz də sənin əvəzinə işləyərik. Cəbi lələ, sən meşədən odun gətir, ocaq
qala, biz də Şəmsi, ilə kabab üçün çubuq kəsək, şiş hazır edək. Şəmsi, tüfəngini
götür, bəlkə baxtımız gətirdi, rastımıza ov çıxdı, sən də atıb, səhvən vurdun.
Gülüşürlər.
Z ö h r ə. Dovşan əhvalatı bu üç ildə hələ yaddan çıxmayıbdır?
Q ə m ə r. Xeyr, heç vaxtı çıxmaz, hazır ol! İrəli arş!
Gedirlər.
Z ö h r ə (yalqız), Gediniz, ey iki bəxtiyar cavan. Siz də mənimlə bahəm bu üç
il qanlı toqquşma, vuruşma içində min dürlü əziyyət, məşəqqət çəkdinizsə də
axırda məramınıza nail oldunuz. Bu gün-sabah iki xoşbəxt quşcuğaz kimi uçub
özünüz üçün yeni bir yuva tikəcəksiniz. Orada şad və xürrəm ömr sürəcəksiniz.
Fəqət mən, vərəmli qızcığaz, öz arzuma çatmayıb, eşq atəşində şam tək əriyib bu
gün-sabah sönəcəyəm. Ey fələk, tökdüyüm bu qanlı yaşıma rəhm et, ya vüsalə tez
yetir məni, ya al bu canımı. Çingiz, sevgilim, tam üç ildir ki, səndən bir xəbər
yoxdur. Məni ölmüş sanıb cəlayi-vətən oldun, haradasan, ey cəfalı, ey bəlalı
aşiqim? Zöhrənin naləsini eşidirsənmi? Ah, ürəyim gedir.
Yerə yıxılıb qəşş edir. Səhnə bir müddət sükut içində qalır, sonra Çingiz səyyah
libasında, əlində bir əl çamadanı daxil olur, Bulaqdan su içir.
|