Milli Kitabxana
210
Y a s ə m ə n. Bəs, Həcər xanım hanı?
Z ö h r ə. İçəridə Piri babanın yanındadır.
Yasəmən içəri girir.
Ç i n g i z. Şəmsi bəy, bu gün siz bir yaxşı insan olduğunuzu mənə sübut
etdiniz. Düşmənə yaxşılıq etmək hər kişinin işi deyil.
Ş ə m s i b ə y. Mən özümü sizə düşmən hesab etmirəm və səy edirəm ki,
atalarımızın ədavəti biz övladlarına keçməsin.
Ç i n g i z. Mən də o fikirdəyəm.
Piri baba, Yasəmən və Həcər xanım komadan çıxırlar.
H ə c ə r x a n ı m. Oğlum, Çingiz, biz qocalar belə qət etdik ki, səni özümüz
ilə aparaq.
Z ö h r ə. Çox gözəl fikirdir.
Ş ə m s i b ə y. Ondan başqa çarəsi yoxdur.
Ç i n g i z. Mənim barəmdə etdiyiniz fədakarlıqdan artıqca məmnum olub
təşəkkür edirəm. Fəqət məni əfv ediniz, təklifinizi rədd etməyə məcburam.
H ə c ə r x a n ı m. Nə üçün?
Ç i n g i z. Çünki sizləri də fəlakətə salmaq istəmirəm. Bu saat mənim yoldaşım
Fərman gələcəkdir. O, Kiyevə qayıtmaq istəyir, mən də onunla gedərəm. Yoxsa
burada qalsam, məni arayıb taparlar.
P i r i b a b a. Çingizin fikrini mən də bəyənirəm. Siz, Həcər xanım, tez gedin,
burada olmağınız açılmasın.
H ə c ə r x a n ı m. Onda, uşaqlar, gedək.
Z ö h r ə x a n ı m. Ana, mən Qəməri tək qoymaq istəmirəm. İzin ver, bu gecə
burada qalım.
H ə c ə r x a n ı m. Yox, izin verə bilmərəm, Çingiz gedəndən sonra gəlib nə
qədər istəsən qalarsan.
Heydərqulu daxil olur.
H e y d ə r q u l u. Həcər xanım, gedək, yoxsa Züleyxa xanım təşvişə düşəcək
ki, nə üçün gec gəldilər.
H ə c ə r x a n ı m. Gedək. Salamat qalınız, allah sizə yar olsun.
P i r i b a b a. Allah sizdən razı olsun, mən qocanı yaddan çıxarmırsınız.
Milli Kitabxana
211
Zöhrə Qəməri qucaqlayıb ağlayır.
Q ə m ə r. Qəm etmə, inşallah yenə görüşəcəyik. Şəmsi bəy (Qəmər əvəzinə
Zöhrəyə əl verib). Qəmər bəyim, xudahafiz.
Q ə m ə r. Ha-ha-ha...
Y a s ə m ə n. Yenə nəyə gülürsən, a dəli qız?
Q ə m ə r. Necə gülməyim, Şəmsi bəy Zöhrəyə əl verib deyir: Qəmər bəyim
xudahafiz.
Gülüşürlər.
P i r i b a b a. Qəmər yaxşı etdi ki, bizi güldürdü. Səfərə gedəni gülərüzlə yola
salmalı.
H ə c ə r x a n ı m. Xudahafiz.
Gedirlər.
Ç i n g i z. Qəmər, cəld çamadanı içəridən gətir, kitablarımı qoy, camaşırlarımı
gətir.
Qəmər gedib gətirir.
Y a s ə m ə n. Anan ölsün, zalımlar səni qoymadılar bu üç ay yayı rahat yeyib-
içib, gəzəsən.
Ç i n g i z. Qəm etmə, ana, bu gün-sabah həkim olub gələcəyəm və sizləri
götürüb başqa bir şəhərdə təbiblik edəcəyəm. Qəmər, kitabları altdan qoy,
camaşırları üstdən.
Səfi bəy iki strajnik ilə daxil olur.
Y a s ə m ə n. Uy, bizdən nə istəyirsiniz, niyə gəlmisiniz?
S ə f i b ə y. Bu quldur yuvası dağıtmağa gəlmişəm. Bunu mən gərək, iyirmi il
bundan əqdəm edəydim.
P i r i b a b a. Onda edə bilməzdin, çünki Əlimərdan sağ idi.
S ə f i b ə y. İndi oğlunu da onun yanına göndərərəm.
Ç i n g i z. Səfi bəy, küy-qalmaqal edib nə üçün arvadları qorxudursan? Nəyə
gəlmisiniz?
S ə f i b ə y. Onu həbsxanada bilərsən. Qaçmağa hazır olmağından görünür
mənim gəlməyimi sənə məlum etmişlər. Piri kişi, siz ilə işim sonradır. Çingizi alın.
Milli Kitabxana
212
Y a s ə m ə n ( Səfi bəyin qabağında diz üstə çökür.) Səfi bəy, məni balalarının
başına çevir, oğlumu əlimdən alma.
Ç i ng i z. Ana, qalx, belə alçaqların önündə diz üstə çökmə.
Strajniklər Çingizi araya alırlar. Qəmər Çingizdən yapışır.
Q ə m ə r. Qoymaram.
S ə f i b ə y. Əllərinə qandal vurun.
Qəmər Çingizin əllərindən tutur.
Q ə m ə r. Qoymaram.
Ç i n g i z. Bacım, sakit ol, qoy vursunlar.
Q ə m ə r. Səfi bəy, məni qardaşım ilə bərabər zindana apar.
S ə f i b ə y. Əlimərdandan törəyən ya quldur olar, ya üsyançı. Səbir et, sən də
oraya gedəcəksən, anan da, bu Piri baban da.
P i r i b a b a. Qəmər, Yasəmən, Çingiz, belə şəxsə yalvarmaq lazım deyil. Səfi
bəy, fələyin işini bilmək olmaz, bu günkü şad sabah ağlar. Bu günkü hökm edən
baş, sabah ayaqlar altında tapdalanar.
S ə f i b ə y. Sus, qoca kaftar, yoxsa o ayaqlar altında tapdalanan baş, öz başın
olacaqdır.
Y a s ə m ə n (Çingizin boynunu qucaqlayaraq). Oğlum, kaş anan kor olaydı,
səni qolu bağlı görməyəydi.
Çingizi aparırlar.
Ç i n g i z. Qəmər haraya gəlirsən?
Q ə m ə r. Mən də səninlə gedirəm.
Ç i n g i z. Bacım, qayıt.
P i r i b a b a gedib onu qucaqlayıb qoymayır. Səfi bəygil qapıdan çıxıb gedirlər.
Q ə m ə r (qışqırır.) Baba burax, yoxsa özümü öldürərəm.
P i r i b a b a. Yasəmən, gəl qızını qoyma, mən bacarmıram.
Y a s ə m ə n. Qızım, sakit ol, allah kərimdir, qardaşın tezliklə qurtaracaqdır.
Qəmərin ürəyi bitab olur, Yasəmən üzünə su çırpır.
C ə b i (daxil olur.) Qəmərə nə olmuş?
|