Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə97/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   93   94   95   96   97   98   99   100   ...   196
Milli Kitabxana

229


N a z l ı. Ay dayı, sən allah hirslənmə. Yoxsa, o səfərki kimi ürəgin bitab olar.

A  l  l  a  h  q  u  l  u. Ata,  son  sözlerin  doğrudur.  Menim  nə dinim  var,  nə də

məzhebim.

U s t a  İ m a n.A qız, di eşit, mən necə hirslənmeyim, arvad -cinatdel, oğul -

komsomol, qız - penirkə.

N a z l ı. Ala iç, özün də təbiətdən çıxma.

Usta İman suyu alıb içir.

A  l  l  a  h  q  u  l  u. Bibi  qızı  doğru  deyir.  Niyə özündən  çıxıb  hər  söz  başı  föhş

edirsən. Kişi kimi sözünü de, cavab al.

U s t a İ m a n. Mən kişi olsaydım arvadım cinatdel, oğlum komsomol, qızım da

pənirkə olmazdı.

N  a  z  l  ı. Ay  dayı,  daha  bəsdir.  Niyə kişi  deyilsən.  Hamı ərlərin  arvadları

Jenatdel klubuna gedirlər. Orada oyun çıxardanlara tamaşa edirlər. Burada nə pis iş

var?


U s t a  İ m a n. Yoxsa sən kafir qızı da oraya gedirsən?

N a z l ı. Xeyr, mən oraya getmirəm.

U s t a  İ m a n. Bəs bu işləri haradan bilirsən?

N a z l ı. Ora gedən arvadlar söyləyirlər.

U s t a İ m a n  (Allahquluya).  Bir  de görüm  arvad-cinatdel,  oğul-komsomol,

qız - penirkə, bəs mən başı daşlının adı nə?

A l  l a h q u l u.  Sən  də qeyrətli,  məşədi,  kərbəlayı,  müsəlmanların qırxıq

başlarına namus papağı tikən Usta İmansan.

U  s  t  a    İ  m  a  n. Belə atan  oldu  rəhmətlik,  doğru  söz  dedin.  Bəs  mənim  bu

batmış  başıma  bu  biqeyrət,  binamus  papağımı  kim  tikmiş?  (Papağı  yerə zollayıb



ayaqları ilə tapdalayır.)

N a z l ı. Ay dayı, sənə qurban olum, sakit ol. Bircə otur. (Altına sandalya çəkib



oturdur, papağım düzəldib başına qoyur, sonra su verir.) Bu suyu iç, hirsin yatsın.

U s t a  İ m a n. Yox, daha səbir kasam dolub daşıbdır. Gərək ürəyimdə nə varsa

deyəm.

A l l a h q u l u. Onda başla gəlsin.



U s t a  İ m a n. Sən anadan olandan üç ay sonra, ay kaş heç olmayaydın, mən

böyük  bayram  edib  molla  ilə,  quran  ilə sənə bu  batmış  Allahqulu  adım qoydum.

İndi onu niyə dəyişmisən? Siz dinsiz bolşeviklər, adın da düşmənisiniz?



Milli Kitabxana

230


A l l a h q u l u. Hansı ad ki, bizim əqidəmizə düz gəlmir onu dəyişdiririk. Mən

heç kəsə qul olmaq istəmirəm. Onda da adı var, özü yox allaha!

U s t a  İ m a n. Vay, allah sənə lənət eyləsin.

A l l a h q u l u. Varsa eləsin.

U s t a  İ m a n. Qız, eşidirsən, a allahı inkar edən şeytani-məlun! Bəs allah kimi

böyük bir adın əvəzinə nə qoymusan. Mənə xəbər veriblər ki, özünə zilimi, milimi

bir belə ad qoymusan.

A  l  l  a  h  q  u l  u. Doğrudur,  adımı  dəyişmişəm,  Böyük  Oktyabr  bayramı

münasibəti ilə yeni adlar qoyurdular...

U  s  t  a    İ  m  a  n. Daha  nə deyim?  Küfr  bu  torpağı  basmış.  Buradan  qaçmaq

lazımdır.  Gec-tez  allahtaala  və təbarək  Lut  şəhəri  kimi  bu  şəhəri  də alt-üst

edəcəkdir.

A l  l  a  h  q  u  l  u. Yoxsa  onun  üçün  Məşhəd  ziyarəti bəhanəsi  ilə buradan

qaçırsan?

U s t a  İ m a n. Xeyr, o deyil, fikrim odur ki, gedib imamhəzrətlərinin qəbri-

şərəfinə yıxılıb yalvaram ki, siz bidinləri həq yola gətirsin.

A  l  l  a  h  q  u  l  u. Xeyr,  biz  ilə işin  olmasın.  Ağana yalvar  ki,  məşədi,

kərbəlayıları  insafa  gətirsin.  Arvadlarını  heç  zad  üstə gündə dörd  dəfə döyüb

başlarını  yarmasınlar.  Qol-qabırğalarını  sındırmasınlar.  Onların  üstə üç  arvad

almasınlar. On yaşında qızlarını qoca kaftarlara ərə verməsinlır. Uşaqları məktəbə

girmək istıyındə mane olmasınlar.

N a z l ı. Ay dayı, Allahqulu bunları lap doğru deyir.

U  s  t  a    İ  m  a  n. Kəs  səsini,  bihəya...  Görürəm  səni  də bu  məlunlar  yoldan

çıxartmışlar.

N a z l ı. Dayı can, dünən gecə Məşhədi Səfdərqulu arvadı Şahsənəmi o qədər

döymüş ki, yazıq arvadın bədəni qara tuluğa dönmüş.

U  s  t  a    İ  m  a  n. Çox əcəb  də etmiş.  Görünür ərinin  itaətindən  çıxmış.  O  da

döymüş. Arvadın əqli kəm olar. Özü də hücət. Onları başına buraxmaq olmaz.

A  l  l  a  h  q  u  l  u (istehza  ilə). Düz  buyurursan,  atacığım.  Klara  Setkinin əqli

Məşədi Səfdərquludan kəmdir?

U s t a  İ m a n. Ay qız, sən bu səfih sözlərə nə qulaq asırsan. Get xörəyini bişir.

(Nazlı qaçır.)  Mən  Klaranı  tanımıram.  O  arvad əqilli  olsaydı,  allah-təala  onu  kişi

yaradardı.

Səlimə daxil olur.





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin