Milli Kitabxana
235
H a c ı İ s m a y ı l. Nə yaxşı oldu ki, Məhəmməd Rəhim ilə görüşdük. Yoxsa
sizin görüşünüzdən məhrum olacaqdıq.
U s t a İ m a n. Züvvar bu axşam çıxır. Mən də yoldaşlardan ayrılmaq
istəmirəm.
R ə h m ə t u l l a h. Çox gözəl, bu gün saat xoşdur və bir də buyurmuşlar ki,
züvvar nə qədər məkanından tez çıxsa, bir o qədər səvabı artıq olar; çünki zair
niyyət bağladığı saatdan ağası onu gözləyir. Başqa kitabi-müqəddəsdə yazmışlar
ki, xudavəndi-aləm elə əcələ edən zairin hər bir dəqiqəsinə behiştdə bir huri, hər
bir saatına bir qılman bəxş edəcəkdir.
H a c ı İ s m a y ı l. Cənabi-axund ələlxüsus ki, belə küfr zamanında.
R ə h m ə t u l l a h. Bəli, bəli.
H a c ı İ s m a y ı l. Usta İman, bu divarlardakı şəkillər kimdir?
U s t a İ m a n. Dinsiz bolşeviklərin rəbbərləridir.
R ə h m ə t u l l a h. Onları nə üçün evdən asmısan? Məyər bilmirsənmi ki, bu
otaqda namaz qılmaq caiz olmaz.
U s t a İ m a n. Necə bilmirəm, yaxşı bilirəm. Lakin nə edim, arvad cinatdel,
oğul komsomol, qız pənirkə. Mən başıma nə kül töküm? Qurban olduğum allahın
da səbri çox.
R ə h m ə t u l l a h. Bəli, səbri çoxdur, lakin bəlası da az deyil. Necə oldu
qəvmi-Ad? Necə oldu Lut əhli? Hamısını bir türfətil-eyndə fot etdi.
H a c ı İ s m a y ı l. Axund, bu bolşeviklər belə məşhur tarixləri məgər
oxumurlar?
R ə h m ə t u l l a h. Ay hacı, mən tarix sözü demirəm ki, ona şübhə edələr?
Mən quranın lap ortasından söyləyirəm.
U s t a İ m a n. Ay axund, sən nə danışırsan? Onlar allahı, peyğəmbəri, imamı,
quranı, kitabı, hamısını inkar edirlər. Sən onlara nə qandıracaqsan?
H a c ı İ s m a y ı l. Onlarla mübahisə etmək də günahdır.
R ə h m ə t u l l a h. Doğru buyurursan. O kafirlərin sözlərini də ağza almamalı.
U s t a İ m a n. Onsuz da olmur. Mən bu evdə o kafir oğlum ilə gündə on dəfə
savaşıram.
S ə k i n ə (pioner libasında daxil olur.) Ata, gəldim pioner paltarımı sənə
göstərim. Necədir, yaraşırmı?
Milli Kitabxana
236
U s t a İ m a n. Çəkil, itin belindən gəlmiş. Yoxsa durub əlindəki deyənək ilə o
açıq baldırına o qədər döyərəm ki, çolaq olub bir də küçələrdə curavəy-curavəy
oxumazsan.
S ə k i n ə. Ata, pioneri döymək, söymək olmaz. Bir azadə şanlı proletariat
qoşunuyuq.
R ə h m ə t u l l a h. Siz əcinnə qoşunusunuz. Allah kökünüzü yer üzündən
götürsün.
S ə k i n ə. Molla, sən yerində farağat otur, çox mənim kimi balaca qızların
kəbinlərin qoca kişilərə kəsmisən.
U s t a İ m a n. Sus, mürtəd qızı mürtəd.
S ə l i m ə (daxil olur.) A kişi, nə qışqırırsan, nə olmuş?
U s t a İ m a n. Daha nə olacaqdır. Kim bu ərə getməli qızı belə döşü açıq,
baldırları açıq, əli dəyənəkli etmiş? Kim? Kim?
S ə 1 i m ə. Belə mən, mən.
U s t a İ m a n. Sən qələt etmisən. Atan Cəfərqulu ilə, baban Kosa Mehdi ilə. İt
qızı it. Bu saat səni boğub öldürəcəyəm. Bu evə də od vurub yandıracağam. Daha
mən təngə gəldim. (Onun üstə hücum edir.)
S ə k i n ə (ağac ilə qarşısını alaraq uca səslə). Yasaq.
U s t a İ m a n. Çəkil, itin qızı it.
M ə h ə m m ə d R i h i m. Usta əmi sakit olunuz uşaqdır. Qəbahətini anlamır.
R ə h m ə t u l l a h ilə Hacı İsmayıl (qalxıb gedərkən).Usta İman, xudahafiz.
İltimasi-dua.
U s t a İ m a n. Bağışlayınız, halımı görürsünüz...
Çıxırlar.
S ə l i m ə. A kişi məni boğub öldürəcəksən? Məhəmməd Rəhim. Səlimə bacı,
rahat olunuz.
Paroxod iki defə fit verir. Nazlı bir böyük bağlama ilə daxil olur.
N a z l ı. Dayı, sənə lazım olanların hamısını buraya qoymuşam.
U s t a İ m a n. Ədə, Məhəmməd Rəhim, paraxod iki dəfə fit verdi. Tez fayton
dalınca get.
M ə h ə m m ə d R ə h i m çıxır.
Milli Kitabxana
237
S ə l i m ə. İndi bu dava-şavadan sonra çıxart görüm evə nə qədər pul
verəcəksən?
U s t a İ m a n. Bir də görüm sənə pul nə lazımdır? Hər nə lazım olsa
Məhəmməd Rəhim alıb verəcəkdir.
S ə l i m ə. Mən Məhəmməd Rəhimin əlinə baxan deyiləm, çıxart öz əlimə ver.
S ə k i n ə. Ata, mənə çəkmə pulu ver.
U s t a İ m a n. Sənə çəkimə lazım deyil. Baldırını açan qız ayaqyalın da gəzər
bilər.
Allahqulu daxil olur.
S ə l i m ə. Oğlum, yaxşı vaxtda gəlmisən, atan gedir, evinə pul vermək istəmir.
A l l a h q u l u. Elə iş ola bilməz. Kişi kimi söz vermisən. Kişi kimi də əmələ
gətir. Yoxsa, səni buraxmaq yoxdur.
U s t a İ m a n (qoltuğundan kisəsini çıxardıb açıtr, bir qədər pul götürüb
Səliməyə verir.) Ala bu da sənin ev xarcın. Daha ürəyin sakit olsun.
S ə l i m ə (sanıyıb). Elə bu? Bir elə puldan evə bunu verirsən. Bu pul heç beş
günə də çatmaz.
U s t a İ m a n. Bu pulları tərpətmək olmaz. Bunlara İrandan mal alıb
gətirəcəyəm. Mənim də çalışıb vuruşduğum sizinçindir.
S ə l i m ə. A kişi, bizi ələ salmısan? Özünü lotuluğa qoymusan? (Pulu onun
döşünə çırpır.) Al, Xorasanda sənə siğə üçün lazım olar.
Yenə fit səsi gəlir.
U s t a İ m a n. A dinsiz balaları dinsiz, siz mənim başıma nə gətirirsiniz? İndi
ki, belə oldu heç qara köpük də vermirəm. A qız, Nazlı, şeyləri götür gedək.
Getmək istəyir. Səkinə qapının ağzını kəsib.
S ə k i n ə. Yasaq.
U s t a İ m a n. Çəkil, kafir balası kafir.
S ə k i n ə. Yasaq!
Milli Kitabxana
238
M ə h ə m m ə d R ə h i m ( daxil olur.) Usta əmi, paraxod sən fit verdiyinə
görə fayton tutmadım.
U s t a İ m a n. Vay sizin zatınıza lənət, məni ziyarətdən qoydunuz. A kafir
uşaqları kafir, cəmi vəbalım sizin boynunuza gəlsin.
Al l a h q u l u, S ə l i m ə, S ə k i n ə (üçü də). Gəlsin.
U s t a İ m a n. Axirətdə nameyi- əmalınız sol əlinizə verilsin.
Ü ç ü d ə. Qoy verilsin.
U s t a İ m a n.Ay müsəlmanlar, axı mən başı daşlı, mən gözü yaşlı nə edim?
Arvad - cinatdel, oğul - komsomol, qız - pənirkə.
Pərdə
Milli Kitabxana
239
HEKAYƏLƏR
Hekayələr
Milli Kitabxana
241
Dostları ilə paylaş: |