Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə108/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   104   105   106   107   108   109   110   111   ...   196
Milli Kitabxana

257


etdirdi.  İndi  bu  uzun müddət  keçdikdən  sonra  uşaqlıq  xatiritamı  yad  etdikdə

Kürdüstan dağlarında bəslənmiş elmsiz, tərbiyə görməmiş bir qızcığazda bu qədər

rəhmdilliyə,  onun  uşaqlara  tərbiyə verməkdə bu  qədər  ustad  olmağına  heyran

qalıram.


Payız  yetişdikdə biz  uşaqlar  üçün  yeni  bir  məşğuliyyət əmələ gəldi.  O  da

bağlarımızdan  meyvə

dərib  damlarda  asmaqdan  ibarət  idi.  Anam  məni

həvəsləndirib deyirdi:

- Dur, oğlum, dur, qışın uzun gecələrində buxarımızı yandıracağıq, onun başına

toplaşacağıq, Tamam da bizə gözəl nağıllar söyləyəcək, biz də bu meyvələri şirin-

şirin yeyəcəyik.

Bəli,  anam  vədə verdiyi  günlər  gəlib  çatdı,  ağappaq  qar  kəfən  kimi  yeri

qucaqladı. Soyuq külək heyvanları isti tövlələrə, insanları buxarının başına topladı.

Gecələr qadınlar, uşaqlar otağımıza yığılıb buxarının başına toplaşırdılar. Anam da

çərəz gətirib qoyardı. Biz də şirin söhbət edərək  yeyərdik,  danışardıq, gülüşərdik,

axırda  da  Tamam  maraqlı  nağıllarını  başlardı.  Yeri  gəldikdə özünü  el  aşıqlarına

oxşadaraq,  həzin  bir  səslə oxuyardı.  Bəzi  vaxt  söhbət əcinnədən,  şeytandan,

divdən, hal anasından düşərdi. Hər kəs bunlardan əcaib, qəraib şeylər nağıl edərdi.

Gülbənd  bacısı  Tamamın hər  şeydən  ziyadə xaraba  qəbiristandan  qorxduğunu

söylərdi. Qadınlardan bəzisi ölülərin xortlamağından bəhs edərək Tamamın xofunu

haqlı  bilərdi.  Anam  biz  uşaqların gözlərində qorxu əlamətini  görərək  söhbəti

dəyişdirərdi. Onun əvəzində xidmətçi Bəxtiyara qaval çaldırıb bizləri oynadardı...

Bu  il  yay  tətili  münasibətilə böyük  qardaşımla  bir  yerdə vətənə övdət

1

etmiş



dayım mənimlə görüşdükdə anama dedi:

- Bunun da oxumaq zamanı çatmış. Gedəndə özümlə aparacağam.

- Yox,  qardaşım,  birini  dartıb  qərib  vilayətə apardığın yetər,  daha bunu

vermərəm, - deyə anam dayımın təklifini rədd etdi.

- Verməyib nə edəcəksən? Özün bilirsən ki, oğlunun atası, əmiləri, hamısı ölüb,

böyük mülkünüz əlinizdən çıxıb, cinsli ilxılarınız sahibsizlikdən tələf olub, sən bir

dul arvad, buna nə tərbiyə verəcəksən?

Böyüdüb  çobanmı  edəcəksən?  Nə üçün  övladının bədbəxt  olmağına səbəb

olursan?

Belə dəyərli sözləri ilə dayım bacısını yola gətirmək istəyirdi. Lakin anam razı

olmayıb deyirdi:

Qayıtmaq



Milli Kitabxana

258


- Övladımı  nə üçün  elmsiz  qoyuram?!  Bu  ildən  mollanın  yanına  göndərib

oxutduracağam...

- Onda, bu işi uşağın özünə burax, istər biz ilə təhsilə gedər, istəməz, sən anası

və bacısı ilə burada qalar.

Anam buna razı oldu; çünki ondan ayrılmayacağıma şübhə etməyirdi. Lakin hər

şey  dayım  tərəfə keçməyə səbəb  oldu.  Birisi  mollanın çubuq  və falaqqa  qorxusu,

digəri  qardaşımın  və qeyri  məktəbli  qohumların  gözəl  formalı  məktəb  paltarı və

söylədikləri əcaib şeylər idi.

- Mən dayım ilə oxumağa gedəcəyəm, - deyə razılıq verdim.

Anam  naçar  qalıb  bir  şey  demədi.  Lakin  yenə də ümidini  kəsməmişdi, çünki

məktəblərin  açılmağına  iki  ay  qalmışdı,  ona  kimi  mən  fikrimi dəyişdirəcəyəm

ümidində idi.

Bir gün Tamam məndən soruşdu:

- Doğrudanmı, oxumağa gedəcəksən?

- Bəli, gedəcəyəm, yoxsa sən razı deyilsən?

- Mən razıyam, amma xanım məni öyrədir ki, səni bu fikirdən daşındırım. Sən

heç  kəsə qulaq  asma,  get,  oxu,  böyük  adam  ol,  get  burada  çalış,  ancaq  yazıq

kəndlilərə əziyyət vermə.  Amma  bu  dediklərimi  anana  söyləmə,  yoxsa  xanım

məndən inciyər.

Zavallı  anacığım,  ümid  bağladığın  Tamam  da  sənin  bərəksinə gedir.  Axır

ayrılıq  zamanı  gəlib  çatdı.  Anamın  və bacımın  göz  yaşlarına  davam  edə

bilməyirdim. Əgər  Tamam  olmasaydı,  mən  anamdan  ayrılmayacaqdım.  Tamam

mənə yanaşıb dedi:

- Heç  qüssələnmə,  doqquz  aydan  sonra  yenə gələcəksən,  burada şad

görüşəcəyik.  Sən  də gördüyün  şəhərlərdən,  oxuduğun  kitablardan bizə nağıl

edəcəksən. Amma burada qalsan, heç bir zad bilməyəcəksən.

Bu  sözlərlə Tamam  mənə təsəlli verərək  sakit  edirdisə də,  titrək  səsindən,

ağarmış çöhrəsindən,  yaşla dolmuş  şəhla gözlərindən  məlum olurdu  ki, bu ayrılıq

ona da böyük təsir edir.

Axır gözü yaşlı anam, bacım və sair əqrəbam ilə əlvida edərək yola düşdüm.

* * *

Vətəndən  xaric  qapalı  pansion,  dörd  divar  içində yeknəsəq  yaşayış,  hər  bir



tutulacaq  işin  çınqraq  ilə olmasını  bir  xəyalınıza  gətirin  ki,  belə bir  yerdə,  asudə,

gözəl təbiət içində bəslənmiş bir uşağın halı





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin