Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə104/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   100   101   102   103   104   105   106   107   ...   196
QAN BULAĞI

İyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol

ilə iki atlı gedirdi. Bunların biri iyirmi yaşında gənc, digəri yetmiş sinninə varmış

bir  qoca  idi.  Bu  iki  şəxsin  yaşlarında  bu  qədər  böyük  fərq  olduğu  halda,

zahirlərində bir  o  qədər  fərq  görünməyirdi.  Hər  birisinin  eynində pişmət,  çərkəzi

çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynində qara yapıncı və

boynunda ağ baslıq var idi. Qocanın at üstündə əyləşməsi, əzasının  hərəkəti, alıcı

quş kimi baxışı gəncdən seçilməyirdi. Lakin qocalıq nişanəsi üzünün qırışından və

uzun  ağ  saqqalından  görünürdü.  Yol  getdikcə daralırdı.  Dağlardan  enib,  indi

qayadöşü incə bir  yol ilə gedirdilər. Onun  yuxarı tərəfi divar kimi  ucalan  sıldırım

qayalar, alt tərəfi göz qaraldan ucurum dərələr idi. Bu qorxulu yol ilə səfər etmək

qeyrilərə namümkün  olduğu  halda,  Dağıstan əhalisinə və onların atlarına  adi  bir

şeydir.

Vaxt  günortaya  yaxınlaşmışdı.  Susuzluqdan  hər  iki  süvari  yanırdı. Ələlxüsus,

susuzluq gəncə artıq təsir ələyirdi. Onun gözləri səbirsiz və iztirab ilə su arayırdı.

Bu halda gəncin qulağına su şırıltısı gəldi.

- Baba, muştuluq olsun, irəlidən su səsi gəlir, - deyə cavan atını sürdü.

Qoca  təbəssüm  ilə ona  nəzər  salaraq,  başını  yırğaladı.  Gənc  bulağa  çatdıqda

gördü  ki,  suyun  rəngi  qırmızıya  çalır.  Buna  baxmayaraq,  susuzluğunu  tezcə rəf

etmək üçün qurtum su içər-içməz:

- Bu  nə cür  sudur? - deyə ayağa  qalxdı.  Bu  halda  qoca  gəlib  ona çatdı  və

gülümsəyərək dedi:

- Susuzluğunu rəf etdinmi, oğlum?

- Xeyr,  baba,  bu  bulağın  suyu  içməli  deyil,  zəfir  dadı verir,  rəngi  də qana

bənzəyir, - deyə cavab verdi.

- Elədir,  oğlum,  bu  "Qan  bulağı"dır,  bunun  suyu  dəmir  ilə qarışmış,  bu  su

qansızlara və bəzi naxoşlara dərmandır...

Cavan sordu;

- Bu "Qan bulağı" adını nədən almış, baba?

- Bir az səbir et, oğlum, bulağın hekayəsini sənə söylərəm. İndi isə ardımca sür,

bu yaxında içməli su var, - deyə qoca atını sürdü.

Bir  qədər  getdikdən  sonra  gözəl  bir  bulağa  rast  gəldilər,  atdan  endilər.  Cavan

xurcunundan  yemək  çıxarıb,  süfrə salmağa  məşğul  oldu.  Nahardan  sonra  qoca

yapıncısını yerə sərib üstünə uzandı. Cavan




Milli Kitabxana

247


onun "Qan bulağı" barəsində verdiyi vədəyə müntəzir, qarşısında əyləşmişdi. Qoca

gözlərini  yumub  bir  müddət  sükuta  getdi.  Gənc  elə fikir  etdi  ki,  qoca  vədəsini

unudub  yuxuya  daldı.  Lakin  fikri  yanlış  idi.  Bir  azdan  sonra  qoca  gözlərini  açdı,

başlığım büküb dirsəyinin altında qoydu və dərindən bir ah çəkib dedi:

- Ulu  Qafqaz,  ulu  dağlar!  Hər  bir  daşın  bir  tarixdir.  Kimlər  gəlib  sinəndən

keçmədi, çaylarını qızıl qana döndrmədi!..

- Oğlum, bu dərə, bu torpağı iki yerə təqsim edir. Belə rəvayət edirlər ki, qədim

zamanda bu dərənin o tərəfində böyük bir qəbilə, başında Misir xan adında bir rəis

və bu tərəfində, digər bir silsilə Surxay xanın rəisliyi ilə sakin olurmuşlar. İttifaqən

bu iki xanın arasında qan davası düşür, bunlar bir-birlərini tərəf etməyə başlayırlar.

Bir  müddət  keçmiş,  Misir  xan  və Surxay  xan  bir  də baxıb  görürlər  ki,  cəmi

oğlanları və yaxın əqrəbaları bu  qan  davasında  baqi  qalır.  Lakin  hər  iki  rəis  yeni

övladlarının dünyaya gəlməsinə müntəzir olur ki, onların köməkliyi ilə düşməndən

intiqamını alsın. İttifaqən bunların bir gecədə iki övladı təvəllüd edir. Surxay xanın

oğlu,  Misir  xanın  qızı  olur.  Bu  ittifaqdan  nə qədər  Surxay  xan  şad  olursa,  bir  o

qədər də Misir xan qəmgin və məyus olur. Misir xanın anası, oğlunu belə məyus və

qəmgin gördükdə deyir:

- Oğlum,  qəm  etmə,  bilirəm  səni  pərişan  edən  nədir.  Məgər  qız  tayfası

düşməndən intiqam ala bilməz? Onlara da oğlan kimi tərbiyə versən, igidlikdə hər

kəsdən geri qalmazlar.

Bunu eşitcək Misir xan yerindən sıçrayıb qalxır və anasını qucaqlayaraq deyir:

- Ana, fikrin çox gözəldir, ancaq de görüm, qızım olmağını kim bilir?

- Məndən və arvadından başqa kimsə bilməyir, - deyə anası cavab verir.

- Çox  gözəl,  indi  mənim  qızım  olmağını  gərək  bir  adam  bilməsin.  Sabahdan

oğlum  olduğunu  elan  edəcəyəm,  sən  deyən  tərbiyəni  də qızıma  özüm verəcəyəm,

lakin bu sirrin gizli qalması səninlə anasından asılıdır.

- Arxayın ol, oğlum, əmrin  yerinə yetər, - deyə anası cavab verdi. On gündən

sonra  Misir  xan  qızına  Teymur  xan  namını verir və bu  sirr  pünhan  qalmaq  üçün

həmin bu müqabilimizdəki qayanın döşündə bir köşk bina edib orada sakin olur.



Milli Kitabxana

248


Teymur  xan  atasının  nəzarəti  altında  tərbiyə alaraq,  nağıl  olunan  köşkdə

böyüməyə başlayır.  Onun  oyun  şeyləri:  tüfəng,  xəncər,  qılınc  və yoldaşları  bu

qayalar  sakini  laçın,  qaraquş,  tərlan  kimi  yırtıcı  quşlar  olur.  Belə tərbiyə nəticəsi

olaraq  on  yaşında  Teymur  xan  at  minmədə, tüfəng  atmada,  qılınc  vurmada  igid

cavanlardan geri qalmayır. Bunlardan artıq, insanları heyrətə gətirən Teymur xanın

vəsfə gəlməyən gözəlliyi olur.

Bu  tərəfdən  Surxay  xanın  oğlu  Paşa  xan,  Teymur  xan  kimi  igidlikdə və

gözəllikdə məşhur olur.

Bu iki uşaq böyüyüb on səkkiz yaşına çatır, bunların igidliyi və gözəlliyi ətraf

və əknafa yayılır. Bu vaxta qədər görüşmək bunlara mümkün olmamışdı. İttifaqən

bu iki cavan yekdigərinə rast gələrsə, biri və bəlkə də, ikisi də tələf olmaqlarını hiss

edirmişlər.  Bununla  bərabər  görüşmək  arzusu  hər  ikisində

gündən-günə

qüvvətlənir. Oğlum! Əcdadımızdan bizə irs qalmış qana-qan etmək adətinə qurban

olan bu cavanlar axırda bir-birləri ilə gorüşürlər.

Belə ki, baharın gözəl səhərlərinin birində Teymur xan ov arxasınca, sərhədləri

olan  bu  dərəni  aşıb  o  tərəfə keçir.  O  zaman  Paşa  xan  da  ova  çıxmış  olur.  Bu  iki

aslan,  gördüyün  "Qan  bulağı"nın  başında  bir-birlərinə rast  gəlir.  Bir  müddət  bir-

birlərinin  gözəl  camalına  heyran  olub  qalırlar.  Paşa  xan  Temur  xanın  fövqəladə

gözəlliyinə heyran  olur.  Teymur  xan  isə on  səkkiz  ilin ərzində qadınlığa  müğayir

yırtıcı, qaniçici quş kimi aldığı tərbiyənin onda qadınlıq hissini hələ puç etmədiyini

indi  anlayır,  eşq  odu  onun  ürəyini  yaxıb  yandırır,  hər  zaman  igidləri  xofa  salan

gözləri  indi  Paşa  xana  xumar-xumar  baxıb  ondan  aman  gözləyir.  Paşa  xan

heyrətdən ayılıb, Teymur xanın kim olduğunu duyursa da sorur:

- Sən kimsən?

- Sən özün kimsən?

- Mən bu torpağın sahibi Surxay xanın oğlu Paşa xanam.

- Mən  də bu  torpağın  sahibi  Misir  xanın  övladı  Teymur  xanam.  Bu  sual-

cavabdan  sonra  hər  ikisi  bir-birlərinə düşmənçilik nəzərilə baxmağa  başlayır.

Axırda Paşa xan:

- Camalın  çox  gözəldir,  büna  söz  yox,  görək  qılınc  vurmağın necədir? - deyə

qılıncını çıxarır.

Onun cavabında:

- İndi  qılınc  vurmağımı  da  görüb bəyənərsən, - deyə Teymur  xan da  qılıncını

çıxarıb Paşa xanın üstünə hücum edir.



Milli Kitabxana

249


Oğlum, necə ki, göy üzündə əvvəl şimşək parlayıb, sonra gurultu sədası gələr,

elə də bu  iki  cavanın  qılıncı  od  parladıb  bu  qayalara  səs  salır.  Xeyli  müddət

carpışırlar, lakin bir-birlərinə zəfər yetirə bilməyirlər. Bu halda günəş dağın dalında

tülu edir. Onun zərrələri Teymur xanın gözlərinə ox kimi sancılıb qamaşdırır və bu

anda  Paşa  xan  fürsət  tapıb  qılıncı  Teymur  xanın  sinəsindən  vurur.  Teymur  xan

yıxılır.  Qan  çeşmə kimi  sinəsindən  axıb  baharın təzə və tər  otlarını  və çiçəklərini

boyayır.

Paşa qılıncını atıb Teymur xanın yarasını bağlamaq qəsdilə sinəsini açır.

- Aman, ya rəb, sən qadın imişsən! – deyə qışqırır və Teymur xanın başını dizi

üstə alıb: - Söylə,  söylə,  gözəlim!  O soluq  nəfəsinlə mənə lənətini,  nifrətini  izhar

elə, - deyə fəryad edir.

Teymur xan zəif səs ilə cavabında:

- Paşa xan, sənə eşqimi izhar edirəm. Bu çirkin adətə lənət və nifrət! Ah, təbiət

nə gözəldir! Paşa, mən gedirəm, əlvida!

- Toxta, bir az toxta, gözəlim, Paşa da səninlə gedir.

Paşa  xan  xəncərini  çıxarıb  öz  sinəsinə vurur  və Teymur  xanı  ağuşuna  alıb

deyir:

- İndi qoy mənim də qanım səninkinə qarışsın!



Oğlum, o vaxt bu dağlarda zəlzələ zühur edir və həmin yerdən dağ aralanıb iki

növcavanı  ağuşuna  alır. Bir  müddət  keçərək  gördüyün  Qan  bulağı  qaya  arasında

cari olur. Rəvayətə görə, həmin bulağın suyu Paşa xan ilə Teymur xanın qanından

əmələ gəlmişdir.




Milli Kitabxana

250



Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin