TUTU QUŞU
(nağıl)
Biri vardı, biri yoxdu bir çal-çəpəri dağılmış, gülləri soluxmuş, ağacları
yarıqurumuş bir köhnə bağ vardı. Bağın quşları bu xarabada çox məşəqqət ilə gün
keçirirdilər. Günlərin bir günündə bu bağa haradansa bir bülbül uçub gəldi və bir
neçə nəğmə oxumaqla bağdakı quşları başına cəm etdi. Quşlar yığılan kimi bülbül
onlara bir fəsih və bilic nitq söylədi. Bu nitqdən quşlar bir şey anlamadılarsa da,
yenə çoxları alqışlayıb "Əhsən! Əhsən!" dedilər. Sonra bülbül özünün gözəl
vilayətlərini buraxıb bu bağa gəlmək qəsdini bəyan etdi və dedi:
- Mənim əziz qardaşlarım! Mən yaşıl çəmənləri, laləzar gülşənləri buraxıb bu
viranəyə gəldim ki, siz bədbəxt qardaşlarımı da özüm kimi musiqi işlərinə aşna
edim.
Haydı, əfəndilərim, başlayalım!
Bunu deyib bülbül bir dəstgahdə cəmi muğamatı tamam etdi və sonra quşlarla
təliminə şüru etdi. Qarğalar qırıldaşdı, bayquşlar ulaşdı, sağsağanlar qığıldaşdı,
sərçələr curuldaşdı, xülasə hər quş öz anasının öyrətdiyi səslə oxumağa başladı.
Bülbül nə qədər çalışdı quşlardan heç biri onu yamsılamağı da bacarmadılar.
Ancaq bircə tutu quşu öz adətinə görə onun təqlidini çıxardırdı. Axırda bülbül
quşlardan naümid olub onları tutu quşuna tapşırdı və özü də gəldiyi vilayətə
qayıtdı. Bülbül gedəndən sonra tutu quşu bülbülün ədası ilə bir "konsert" məclisi
düzəltdi. Dəvət olunmuş qonaqlar həmin gün məclisə yığıldılar. Tutu quşu bir uca
yerə çıxıb kərahətli
1
bir səslə qarğa kimi qarıldadı, sağsağan kimi qığıldadı, hətta
qurbağa kimi də quruldadı, ancaq bir bülbül kimi oxuya bilmədi. Siçan bunu eşidib
dedi:
- Ay tutu dayı! Qabaqlarda pis də olsa, öz ana dilində oxuyurdun, amma indi
bülbülün də adını biabır etdin və hər tərəfdən avara qalmısan.
İyrənc
Milli Kitabxana
246
Dostları ilə paylaş: |