Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə106/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   102   103   104   105   106   107   108   109   ...   196
CƏHALƏT QURBANI

Uşaqlıq  xatiratımdan  nağılına  şüru  etdiyim  bu  vaqiə məndə ələ bir  dərin  təsir

buraxmış,  qəlbimdə ələ silinməz  nəqş  bağlamışdır  ki,  sanki  uzun  müddət əvvəl

yox, dünən vaqe olmuşdur.

Səkkiz  yaşında  uşaq  ikən  "Seyidli"  adlanan  kəndimizdə başaçıq,  ayaqyalın,

təbiətin  mərhəmətli  qucağında,  məişətin  ağır və zəhərli  hallarından  xəbərsiz

yaşardım.

Bir  gün əmim  oğlunun  altı  yaşlı  oğlu  ilə həyətimizdə oynarkən  palanlı ata

minmiş bir qocanı dərvazamızın ağzında durmuş gördüm.

- Baba, kimi  istəyirsiniz? - deyə soruşdum.  Cavabından  məlum oldu  ki, əmim

oğlu  ilə görüşmək  istəyir. - Buyurun  içəriyə, - deyə mən əmim  oğluna  xəbər

verməyə qaçdım.  Qoca, əmim  oğlu  ilə görüşdü,  salamlaşdı.  Mən  də yoldaşım  ilə

oynamağa  məşğul  oldum.  Bir qədər  söhbətdən  sonra  salamatlaşıb,  "allah  sizdən

razı olsun, mən qocanı ümidsiz qaytarmadınız" – deyə atını minib getdi.

Bundan bir neçə gün sonra həmin qoca, üstünə on dörd yaşında bir qız minmiş

yüklü  atın  cilovunu  çəkərək,  yanında  da  on  yeddi  yaşlı  digər  bir  qız  ilə həyətə

girdi.

Əmim oğlu onlara xoşgəldin elədi. Qoca, kiçik qızı atdan düşürtdü və sonra ata



çatılmış iki mafraşı açıb yerə saldı. Bu mafraşlarda bir qədər qab-qacaq və qeyri ev

şeyləri vardı. Əmim oğlu həyətimizdəki bir əski komanı göstərib dedi:

- Budaq  baba,  məskəniniz  bu  koma  olacaqdır.  Atı  axura  çək,  rahat  et,  sonra

uşaqlarınız ilə otağa buyurun, bizə qonaq olun.

- Çox  razıyam,  sizə zəhmət vermək  istəmirəm.  Qızlarım  komanı  təmizləyib

palaz salarlar, rahat olarıq.

- Budaq baba, yol gəlmisiniz, yorulmusunuz, həm də acmısınız, buyurun, bizdə

yemək yeyin, bir qədər rahat olun, sonra mənzilinizi səliqəyə salarsınız.

Bu sözlərə anam da şərik olub qızları otağımıza apardı. Budaq baba da atı rahat

edib, əmim oğluna qonaq oldu. Anam qızlara yer göstərib oturtdu və sonra bacımı

və məni göstərərək tanış etdi:

- Bu mənim qızım və bu da kiçik oğlumdur, böyük qardaşları Tiflisdə oxuyur.

Sizin  böyük  bacınızı  tanıyıram.  O,  Şelli  kəndində olur.  İndi  siz  birbaş

Kürdüstandanmı gəlirsiniz?




Milli Kitabxana

254


- Xeyr,  biz  Kürdüstandan  Şelliyə gəldik,  bacımızın  yanında  mənzil  tapmadıq,

buraya gəldik, - deyə böyük qız cavab verdi.

- Ananız sağdırmı?

- Yox, bir ildir ki, ölübdür.

- Anasız uşaqların günü pis keçər, ananın yerini heç kəs verə bilməz. Balalarım,

mənim uşaqlarım da körpə ikən ataları öldü. Amma mən özüm uşaqlarımı bəsləyib

böyüdürəm.

Anam  qızlar  ilə mehribanlıqla  danışaraq  yemək  hazır  etdi  və süfrəyə qoyub

təam yeməyi təklif elədi. Lakin onlar utanaraq, yerlərindən qımıldanmadılar.

- Utanmayın, qızlarım, irəli gəlin, çörək yeyin.

Bacım qalxıb, bacıların əllərindən tutdu və süfrə başına apardı. Onlar da utana-

utana  yemək  yeməyə başladılar.  Qonaqlarımız  yeməyə məşğul  ikən,  mən  də

onların bir ata-ana övladı olaraq əsla bir-birlərinə bənzəmədiklərinə diqqət edirdim.

Böyük  qız  ucaboylu,  incəbelli,  iri  qara  gözlü,  uzun  qara  saçlı,  dodaqlarında

müdam bir təbəssüm, nəzakətli bir Kürdüstan gözəli olduğunu sübut edirdi.

İkinciyə gəldikdə alagözlü  bu  qız  göyərçinə bənzəyirdi.  Bu  bənzəmə mənim

fikrimi o qədər cəlb etmişdi ki, özumü saxlaya bilməyərək:

- Sənin  adın  göyərçindirmi? - deyə kiçik  qızdan  soruşdum.  Qəflətən verdiyim

bu sual qadınların gülüşməsinə səbəb oldu.

- Xeyr,  mənim  adım  Gülbənd,  bacımınkı  Tamamdır, - deyə böyük  qız  cavab

verdi və sonra mənə diqqət yetirərək dedi:

- Göyərçin adı sizə daha artıq yaraşır.

Anladım ki, Gülbənd mənim abı mahud çuxama, çal papağıma işarə edir.

Mənim sualını indiyə qədər davam edən sükutu pozdu.

- Mənim  qardaşım  nağıla  qulsaq  asmağı  çox  sevər.  Ona  yemək vermə,  içmək

vermə,  bolluca  nağıl  söylə.  Gecələr  məni  rahat  qoymur.  "Bacım  yenə nağıl  de" –

deyə yalvarar,  mən  də Məlik  Məmməd,  Qırat  nağıllarından  ayrısını  bilmirəm, -

deyə bacım şikayətləndi.

- Mən de nağıl bilməyirəm, ancaq bacım Tamam çox bilir. Kür-düstan aşıqları

söylədikləri  nağılların  hamısını  döşünə yığıb,  elədirmi,  bacım? – deyə Gülbənd

soruşdu.

Tamam  isə qızararaq,  başını  aşağı  salıb  cavab vermədi.  Mən  də anamdan

soruşdum:

- Ana, Tamam bizim evdə olacaqdır, eləmi?





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin