Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə114/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   110   111   112   113   114   115   116   117   ...   196
Milli Kitabxana

272


etmək üçün sizi aparmağa gəlmişəm. Yoldan kənar qəbir də hazır etmişik.

Molla Qasım istehza ilə dedi:

- Siz  bolşeviklər  allaha,  peyğəmbərə,  imama,  şəriətə inanmayırsınız.  Daha

molla nəyinizə lazımdır? Heyvan kimi üstünü torpaqlayın, çıxsın getsin.

- Molla  Qasım,  mənə qalsa  elə edərəm və sənə də əziyyət vermərəm,  çünki

əqidəmcə meyit namazı qılsan da, qılmasan da təfavütü yoxdur, ölü çürüyüb torpaq

olacaqdır.  Daha  bundan  bir  də nə diriltmək və nə də sorğu-sual  olacaqdır.  Ancaq

atam onu çox istəyirdi, deyir ki, gərək qayda ilə molla dəfn etsin.

Zeynəb qarı bu sözləri Qənbərdən eşitdikdə davam etməyib dedi:

- Allah sizin kökünüzü dibindən kəssin, dinsiz mürtədlər. Tükəzban kimi allah

bəndəsi arvaddan belə kafir oğul törəsin?

Qənbər gülərək cavab verdi:

- Ay  Zeynəb  nənə,  mən  kafir  öləndə,  nə molla əmi  zəhmət  çəkib namazımı

qılsın, dəfn etsin, nə də sən ağlaşma qurub şaxsey vurasan.

Ancaq  məni  atam  göndəribdir  ki,  molla əmi  gəlib  Qədiri  dəfn  etsin.  At da

gətirmişəm. Zəhmət haqqınızı da alacaqsınız.

Molla Qasım pulun adını eşitcək yumşalıb dedi:

- Atan Hacı Cəfər ilə duz-çörək kəsmişəm, özü də çox dindar bir kişidir. Anan

da Zeynəbin bacılığıdır. Onların xatiri üçün razı oluram.

Molla Qasım qalxıb geyindi, Qənbərin köməkliyi ilə atı mindi və hər ikisi yola

düşdü. Yolda Molla Qasım Qənbərə nəsihət edirdi. O da cavabında deyirdi:

- A  Molla  Qasım,  biz  yoxsullar  bu  dünyada  oda  yanmışıq,  bir  də sən  deyən

dünyada  yansaq,  bu ədalətsizlik  olar  və sən  də deyirsən  ki, allah  adildir,  zalım

deyil.


Molla  Qasım  hər  nə dəlil  gətirirdisə,  Qənbər  cavabını verib onu  məəttəl

qoyurdu.  Belə bəhs  edərək  gəlib  bir  kolluq  və qaranlıq  yerdə qazılmış  qəbrə

çatdılar.

Orada iki kəndli, Rəhim və Kərim qəbrin yanında oturub bunları gözləyirdilər.

- Kərim, mollanın atını tut, - deyə Qənbər atdan düşdü.

Molla Qasım ölünün meyit namazını qılıb qurtardı. Onu qəbrə qoydular. Molla

Qasım ölünün təlqinini oxuyan zaman Qənbər yoldaşlarına dedi:



Milli Kitabxana

273


- Molla  duasını  oxuyunca,  biz  də başdaşını  gətirməyə gedək. - Kəndlilər

getdilər.  Molla  Qasım  qəbirdən  çıxan  torpağın üstə çömbəlib ərəb  dilində kürd

Qədirə axırıncı  imtahanlarını öyrədirdi.  Qəflətən ayaqlarını  altından  torpaq  qaçıb

qəbrə yıxıldı.  Molla  Qasım  gördü  ki, ölünün  ayaqları yuxarı  qalxdı.  Bundan

qorxaraq onun ayaqlarını əli ilə basdı. İndi də ölünün başı dikəldi. Bunu gördükdə

Molla Qasım qışqırıb qəşş etdi.

Aradan  bir  on  dəqiqə keçmiş  kəndlilər  üçlükdə bir  iri  daş  gətirərək  gəlib

çıxdılar. Daşı qəbrin yanında yerə saldılar.

Kəndlilər qəbrə baxdıqda gördülər ki, Molla Qasım meyiti qucaqlayaraq huşsuz

uzanmışdır.  Rəhim  qəbrə enib  yoldaşlarının köməyi  ilə Molla  Qasımı  bayıra

çıxartdı.

Hər  üçü  Molla  Qasımı  huşa  gətirməyə çalışdılar.  Xeyli  səydən  sonra  Molla

Qasım özünə gəldi. Üzündən qan qaçıb, meyit rənginə dönmüşdü. Qənbər soruşdu:

- Molla əmi, sənə nə olmuş? Bu nə halətdir?

Molla Qasım zəif və titrək səslə dedi:

- Ölü  xortlamış, ayağa qalxmaq istəyirdi...  məni boğdu...  sonra bilməyirəm  nə

oldu... Məni tez Zeynəbə yetirin...

Bunu  eşitdikdə,  kəndlilər  biixtiyar  qarınlarını  tutub  qəhqəhə ilə gülməyə

başladılar.

- Bizim  etiqadlı  mollamız,  heç  ölü  də xortlarmı,  ölən  adam da dirilərmi?  Ay

alim Molla Qasım, beləmi əqidə ilə biz avam kəndlilərə yol göstərici olmuşdun? -

deyə Qənbər Molla Qasıma məzəmmət etməyə başladı.

Molla Qasım dedi:

- Mənə inanmayırsınız, qəbrə girin baxın.

- Baş  üstə,  Molla  Qasım,  bu  saat  qəbrə enib  sənə səhih  xəbər  gətirəcəyəm,

ancaq özün də qorxmayıb qəbrə baxasan, - deyə Qənbər qəbrə endi.

Molla  Qasım  qorxa-qorxa  oraya  baxırdı.  Qənbər  ölünün  ayaq  tərəfindən

basdıqda meyitin baş tərəfi dikəldi.

- Gördünüzmü, - deyə Molla Qasım titrəyə-titrəyə soruşdu.

Qənbər ölünün baş tərəfindən basdıqda ayaq tərəfi qalxdı. Molla Qasım:

- İndi mənə inanırsınız.

Qənbərəlini meyitin baş tərəfinə soxaraq, Rəhim və Kərimə dedi:





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin