Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə115/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   111   112   113   114   115   116   117   118   ...   196
Milli Kitabxana

274


- İkinizə də lənət olsun, belə də qəbir qazarlarmı? Qəbrin  ayaq və baş tərəfini

qazıyıb çuxura salmısınız, amma ortasını dik qoymusunuz.

Əlbəttə meyitə əl dəydikdə ləngərlənəcəkdir.

Bunu eşitdikdə Kərim gülüb dedi:

- Ay Molla Qasım, yazıq Qədir xortlamamış, biz xortlamışıq.

Kəndlilər  Qədirin  meyitini  çıxarıb  qəbri  düzəltdilər.  Sonra  yenə qəbrə qoyub

basdırdılar. Molla Qasımın at üstə tək oturmağa taqəti yox idi, onu Kərimin tərkinə

mindirib  qurşağı  ilə bağladılar  ki,  atdan  yıxılmasın.  Bu  tövr  ilə Qənbər və Kərim

Molla Qasımı evinə gətirdilər. Zeynəb qan ərini belə gördükdə qışqırıq saldı.

- Zeynəb nənə, qorxma, molla əmiyə heç bir şey olmamış, zəiflikdən atda özü

otura bilmədi, onun üçün belə gətirmişik, - deyə Qənbər onu sakit etdi.

* * *


Bu  hadisədən  Molla  Qasım  sarılıq  azarına  düşüb  xəstə yatdı.  Bu əhvalat  kənd

əhli  arasında  yayıldı.  Nadinc  uşaqlar  Molla  Qasımın  evinin  yanından  keçdikdə

bağırırdılar:

- Molla Qasım, qaç xortdan gəldi.

Molla  Qasımın  azarı  getdikcə artırdı.  Axırda  el  dağdan  enən  zaman,  ağartının

qızğın alver vaxtı Güllücə kəndinin sabiq mollası, həkimi, taciri, ağsaqqalı və sairə

vəzifə sahibi Molla Qasım vəfat etdi.



Milli Kitabxana

275


NƏ ÜÇÜN

Axşamçağı, 1905-ci il yanvarın 8-də, Vasilyevski cəzirəsi küçələrindən birində

uçuşan,  sovrulan  qarlarla əlləşərək,  şiddətli  dondurucu  ruzgarlarla  boğuşaraq,  işçi

bir qadın mənzilinə qayıdırdı. Bu qadının çöhrəsində bir məyusluq görünürdü, onu

gözləyən ac uşağına bir parça da olsa çörək tapmamışdı, kiçik qızcığazının yanına

əliboş gedirdi.

Qadın gəlib  mənzilinə çatdı.  Donmuş əli ilə qapını  döydü.  Balaca  Lena  çox

çətinliklə qapının cəftəsini açıb anasını içəri buraxdı.

- Anacığım, yemək gətirdinmi? - deyə uşaq soruşdu.

- Toxda,  balacığım,  qoy  donmuş əzamı  bir  isidim, - deyə Vera  üst paltarını

çıxarıb  bir  mitil əsgi  yorğana  büründü,  lakin  qapı  və pəncərə arasından  soxulan

ruzgar rütubətli, soyuq və balaca otağı elə soyutmuşdu ki, Vera yorğanın altında da

titrəyirdi.  Kürkünə bürunüb  bucaqda  mürgüləyən  80  yaşlı  Mixail  baba  nəvəsinin

gəldiyini duydu. Bir qədər sükutdan sonra baba soruşdu:

- Vera, yığıncağınızda nə qərara gəldiniz?

Vera titrək səslə cavab verdi:

- On  üç  min tətil edən "Putilov" işçisi, başqa zavod və fabrik işçilərilə bahəm

belə qət  etdilər  ki,  sabah  arvad-uşaqlar  ilə birlikdə çar  babaya  müraciət  etsinlər,

ona dərdlərini söyləsinlər və imdad istəsinlər.

Bunu eşitdikdə Lena sevincək soruşdu:

- Anacığım, məni də aparacaqsanmı? Bax mən daha səndən yemək istəmirəm,

sabah  çar  babam  bizə

hər  şey

verəcəkdir.  Anacığım,

qorxma,  mən

yorulmayacağam, aclıqdan da şikayət etməyəcəyəm.

Mixail baba istehza ilə dedi:

- Çar  babadan  imdad  gözləmək,  zülm  yuvasına  müraciət  etmək,  nə qədər

sadəlilik.  Romanov  xanədanına  altı  oğul,  beş  nəvə qurban vermişəm,  belə xidmət

əvəzində bu  uzun  ömrümdə bir  qarın çörəyə möhtac  olmuşam.  Qızım,  qorxuram,

sabah çar babanız çörək əvəzinə sizləri qurğuşuna qurban etsin.

- Nə deyirsən,  baba?  Elə iş  olarmı?  Biz  fabrik-zavod  sahiblərindən  mümkün

olmayan  bir  şey  tələb  etmirik.  Gündə 12  saat  zəhmətə,  işçi  qadınların  gündəlik

məvacibini  70  qəpiyə və erkəklərinkinin  bir  manat  qədər  artırılmasını rica  edirik,

bu  böyük  bir  tələbmi?  Bir  də sabah  biz  silahsız, əllərimizdə kilsə bayraqları,

döşlərimizdə xaç,





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin