Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə118/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   114   115   116   117   118   119   120   121   ...   196
Milli Kitabxana

280


Əhvalatdan xəbərsiz qız, Xankişiyə baxaraq sanki soruşurdu:

- Bu nə oyuncaqdır?

Xankişi xudahafiz edərək dedi:

- Qızım, salamat qal, səni qoca baban bəzəkli-düzəkli, başı üstə saxlayacaqdır.

* * *

Bu  hadisədən  iki il  keçdi.  Xədicənin  Məlahətə etdiyi  zülm getdikcə artırdı.



Əmisinə gəldikdə o  da  Məlahətə başqa  cür əziyyət verirdi.  Həyətdən  kənara

çıxmağa  izin vermirdi.  Qonşuya,  ya  başqa  bir  yerə getmək  lazım gəldikdə başına

çadra örtərdi. Həmişə əmisindən bu sözü eşidərdi:

- Unutma ki, sən Qaraoğlana nişanlısan, özünü elə ismətli dolandır ki, nə mən,

nə də adaxlın xəcalət çəksin, Yoxsa səni öz əllərimlə boğub öldürərəm.

Qaraoğlan  adı  gəldikdə yazıq  uşağın bədəninə titrəmə çökürdü. O saat

Qaraoğlanın vahiməli, pırtlaq gözləri və capıq surəti gözlərinin önündə dururdu.

Məlahət,  Xədicənin  və əmisinin  min  cür əziyyətinə razı  olurdu.  Lakin

gələcəkdə Qaraoğlana  arvad  olmağını beyninə sığışdıra  bilmirdi.  Uzun  gecələri,

biçarə qız  göz  yaşı  tökərək,  vahimə içində keçirirdi.  Gah özünü  yuxuda  qaranlıq

ormanda, heybətli bir ayı qucağında görürdü. Sonra ayı Qaraoğlana dönürdü. Gah

da özünü havada  yırtıcı qartal caynağında görürdü. Bu da sonra dönüb Qaraoğlan

olurdu.

Qonşuları  Piri  babanın  nağıllarının sonunda  gözəl  qızları heybətli  divlər

çəngəsindən  qəhrəman  mələkzadələr  xilas  edərdi.  Balaca  Məlahət  də öz

qurtuluşunu  elə şahzadələrdən  gözləyirdi.  Lakin  minlərcə məlahətləri  divlərini

çəngəsindən xilas edən mələkzadələr deyil, Böyük Oktyabr inqilabı oldu.

* * *


Kəndliləri  soymağa  adət  etmiş  Hümmətəli,  Şura  hökuməti  zamanında  quzu

cildinə girərək, min hiylə qurdusa da, kəndlilər onu heç bir yerə seçmədilər. Axırda

yenə bir seçki zamanı bir neçə kəndliyə rüşvət vəd etdiyinin üstü açılaraq, bilmərrə

seçmək  və seçilmək  hüququndan  məhrum  olundu.  Məyus  qalmış  Hümmətəliyə

təsəlli verəcək bir şey



Milli Kitabxana

281


vardısa,  o  da  özü  kimi,  Şura  hökuməti  düşməni  və öz  həmməsləki  Xankişinin  də

seçki hüququ əlindən alınması idi. Bu iki hərifin Şura hökumətini görməyə gözləri

yox  idi.  Lakin  zahirdə özlərini  hökumət  tərəfdarı  göstərirdilər.  Yeri  gəldikdə

deyirdilər:

- Şükürlər olsun ki, zülümkar çar hökuməti məhv oldu, indi hökumət biz işçi və

kəndlilərindir.

Lakin  kənddəki  füqəra  komitəsi  bu  iki  hərifi gözəlcə tanıyırdı...  Onları

qabaqlayaraq  dinc,  farağat  oturmalarına əmr  etmişdi. Əks  surətdə hər  ikisinin

sürgün olacağını xəbər vermişdi.

Şura hökuməti bərpa olunduğu gündən balaca Məlahətin də yaşayışı dəyişilərək

bir  bayram  içərisində keçirdi.  Buna  ümdə səbəb  İsmət  xanım  idi.  Belə ki,

Hümmətəlinin evində qadınlar klubu açılmışdı. Klub qadınlar arasında savadsızlığı

ləğv  etmək  kursu  açmışdı.  Bu  kursa  İsmət  xanım  müdir  təyin  olunmuşdu.  İsmət

xanım Hümmətəlinin evində mənzil edərək Məlahəti öz qanadı altına almışdı. Onu,

kursdan əlavə,  öz  otağında  xüsusi  oxudurdu.  Kiçik  vaxtında  ana  məhəbbətindən

məhrum qalmış uşaq, həqiqi ana məhəbbətini İsmət xanımda tapmışdı.

İsmət  xanım  Məlahətin  nişanlı  olduğunu  bilib  bu  işi  pozmuşdu.  Məlahət  buna

artıqca  şad  idi.  Evin  alt  mərtəbəsində iki  qaranlıq  otağa  soxulmuş  Hümmətəli və

Xədicə İsmət  xanımın böyük  düşmənləri  idi,  lakin  ona  bir  şey  etməyi

bacarmırdılar.  Məlahət  az  bir  zamanda  savadsızlığını ləğv  edərək  başqa  talibələri

ötüb  keçmişdi.  İsmət  xanım  uşağın belə zəka  və

səyini  görərək,  onu

darülmüəlliminə hazırlayırdı. Buna da Hümmətəli razı deyildi.

- Kəndli  qızına  oxumaq  yaramaz.  Oxumuş  qız  ayağı  çarıqlı kəndliyə ərə

getməz, - deyə Hümmətli şikayətlənərdi.

Lakin İsmət xanım onun sözünə əhəmiyyət verməzdi.

Məlahət  İsmət  xanımın tərbiyəsi  altında  böyüyərək  on  beş  yaşına  çatdı.  Bu

gözəl  qızı  almaq  çox  cavan  oğlanın fikrindən  keçirdi,  lakin  hökumətdən  qaçaq

düşən Qaraoğlandan qorxaraq heç kəs cürət edib Məlahətə elçi düşə bilmirdi. Bir il

əvvəl  nəşrə başlanmış  "Şərq  qadını"ın Məlahət  çox  sevərdi.  Qadınlar  şöbəsinə

gələn nömrələri oxuyub artıq maraqlanardı. İsmət xanım Məlahətin bu jurnala olan

həvəs və məhəbbətini görüb dedi:

- Məlahət,  nə üçün  sən  də başqa  kənd  qızları  kimi  sevgili  jurnalına müxbirə

olmursan?





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin