Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə119/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   115   116   117   118   119   120   121   122   ...   196
Milli Kitabxana

282


- Qorxuram yazdığımı çap etməsinlər, - deyə Məlahət cavab verdi.

- Nə üçün çap etmirlər? Əhəmiyyətli bir şey yazarsan, çap edərlər.

Gələcək nömrə, jurnalın iki illiyi münasibəti ilə buraxılacaqdır. Sən də bir şey

yaz, göndər...

Bu  söz İsmət  xanımın yadından  çıxıb  getmişdi,  lakin  Məlahət  o  gündən  rahat

ola  bilmirdi. Həmişə fikir  edirdi  ki,  nə yazsın və İsmət  xanımdan  da  soruşmaq

istəmirdi,  çünki  fikri,  məqaləsi  çap  olunursa  sevgili  müəlliməsinə göstərərək,  onu

şad etmək  idi. Çox fikirdən sonra Məlahət jurnala bir  təbriknamə yazıb  göndərdi.

İndi öz "Şərq qadını"nın bayram nömrəsini səbirsizliklə gözləyirdi.

* * *


Bir gün günəş qürubə enən zamanı Məlahət İsmət xanımla cavanlar klubundan

evlərinə qayıdırdı.  Yol  uzunu,  İsmət  xanım  onu  gələn  il  darülmüəlliminə

aparacağından söyləyirdi. Məlahət buna bir tərəfdən şad, o biri tərəfdən qəmgin idi.

Şad  idi  ki,  darülmüəlliminə girib  oxuyacaqdı  və axırda  müəllimə olacaqdı.

Qəmginliyinə səbəb  sevgili  müəlliməsindən  ayrılacağı  idi.  Belə şirin  söhbət

etdikləri zaman qəflətən yapıncıya bürünmüş bir atlı onların önünə çıxdı. Məlahət

onun üzünü gördükdə qışqırdı:

- Qaraoğlan!

Qadınlar  bir  şey  edincə,  Qaraoğlan  alıcı  quş  kimi  Məlahətin  üstünü  aldı.  At

üstündən əyilib onu qucağına çəkdi və ildırım kimi götürüldü.

Xof  və heyrətli qalmış  İsmət  xanım  sanki  yuxuda  idi,  indi  ayıldı.  Qaçaraq

özünü milis müdiri Heydərqulunun idarəsinə saldı, vəqəni ona söylədi.

- Qorxmayın,  İsmət  xanım,  bu  saat  Məlahəti  burda  görərsiniz, - deyərək

Heydərqulu üç milislə bərabər atlanıb, çaparaq yola düşdü.

Qaraoğlarım  fikri  dağı  aşıb  meşədə gizlənmək  idi.  Kənddən  xeyli  uzaqlaşaraq

atının başını yığdı. O, fikir edirdi ki, bu tezliklə onun arxasına düşən olmayacaqdır.

Atını  da  yormurdu  ki,  dağa  çıxa  bilsin.  Qaraoğlan  dağın ətəyinə çatdıqda

Heydərqulu  və milislər  bir  güllə fasiləsincə ona  yaxınlaşdılar.  Atışma  başlandı.

Qaraoğlan  onlara  cavab verə bilmirdi,  çünki  qucağındakı  Məlahət  ona  mane

olurdu. Ona görə Məlahəti atdan yerə ataraq tüfəngini boynundan çıxartdı. Məlahət

fürsət



Milli Kitabxana

283


taparaq milislərə tərəf qaçmağa başladı. Bunu gördükdə Qaraoğlan birinci gülləsini

ona  boşaltdı.  Binəva  qız  yerə sərildi.  Heydərqulunun  gülləsi  də Qaraoğlanı  atdan

yerə saldı.  Heydərqulu  Məlahətə çataraq  atdan  düşdü.  Məlahət  zarıldayırdı.

Heydərqulu onun yarasını bağladı.

- Qorxma,  bacım,  yaran  ağır  yara  deyil,  bir  az  zamanda  sağalıb ayağa

duracaqsan.  İntiqamını  Qaraoğlandan  almışam.  Biz  onu  çoxdan axtarırdıq,  axır

cəzasını aldı.

Heydərqulunun əmri  ilə milislər  Qaraoğlanın  meyidini  öz  atına  sandılar,

Məlahəti də Heydərqulunun qucağına qoydular, yola düşdülər. Gecədən saat yarım

keçmiş  milis  idarəsinə varid oldular.  İsmət  xanım  Məlahəti  belə halda  gördükdə

nalə etməyə başladı.

- İsmət xanım, qorxmayın, qızın yarası zərərli yara deyil, tez sağalacaqdır.

* * *

Doktor da Məlahətin yarasını qorxulu tapmadı. Lakin onu qorxuya salan başqa



bir azar idi, belə ki, götürülüb qaçırılan zaman Məlahətə bərk soyuq dəymişdi.

Doktor  onda  zatülcənb

1

gördü.  İsmət  xanım  Xədicəyə ümid  bağlamayaraq,



xəstəni öz  otağına  gətirmişdi.  Vaxtının  çoxunu  Məlahətə sərf  edirdi.  Vaxtlı-

vaxtında  dərmanını verib,  xörəyini  hazır  edirdi.  Məlahətin  azarı  getdikcə

şiddətlənirdi. Doktor bir gün Məlahətə baxdıqda dedi:

- Əgər  xəstə bu  gecə azarın  zərbinə davam  edərsə,  sağalmağına böyük  ümid

vardır.

O idi  ki,  İsmət  xanım  hər  işini  atıb  Məlahətin  yanından əl  çəkmirdi.  Axşam

düşdükdə xəstənin  qızdırması  artmağa  başladı.  Gecə yarı olduqda  qırx  dərəcəyə

qədər qalxdı.

Məlahət böhran içində sayıqlayırdı:

- "Şərq qadını..." "Nə üçün yox..." "Təbrik edirəm..."

Bu  sözlərdən  İsmət  xanım  anladı  ki,  Məlahət  "Şərq  qadını"  jurnalına  məqalə

yazıb  göndərmiş,  indi  onun  intizarını çəkir.  İsmət  xanımın  yadına  düşdü  ki,  bu

səhər  şöbəyə qəzetlərlə bərabər  "Şərq  qadını"  jurnalı da  gəlmiş,  cəld  qalxıb  onu

gətirdi və titrək əlləri ilə

Ağ ciyər pərdəsinin iltihabı



Milli Kitabxana

284


vərəqləri  kəsdi.  Jurnalın  son  səhifəsində,  təbriknamələr  sırasında  belə bir  təbrik

oxudu:


"Şərq qadını" jurnalına!...

"Ey  Böyük  Oktyabr  inqilabının  altun  qızı,  hörmətli  "Şərq  qadını"! Əsrlərcə

yumulan  məsum  gözlərimizi,  indi iki  ildir  ki,  sən  açdın...  Mənbəyindən  doğan

işıqlar  Azərbaycanın ən  uzaq və ən  qaranlıq  bucaqlarını  belə şöləvər edir...

Qaranlıqdan çıxardığın mənim kimi kəndli qızları, hamı səni alqışlar... Budur, mən

də qəlbimin saf və səmimiyyətləri ilə ikiilliyini təbrik edirəm.

Yaşa və Şərq qızını hürriyyətlə yaşat!

İmza: kəndli qızı Məlahət".

İsmət xanım bunu oxuduqda ixtiyarsız, gözlərindən yaş töküldü.

- Qızım,  gözlərini  aç,  bax,  budur  sevimli  "Şərq  qadını"nda  təbriknamən  çap

olunmuş.

Məlahət  qan  ilə dolmuş  gözlərini  açdı.  İsmət  xanım  jurnalı  ona  göstərərək

təbriki  oxudu.  İsmət  xanım təbriknaməni  oxuduqca  Məlahətin  solğun  dodaqları

təbəssüm  edib  ölümün  ağır  pəncələri  altında  didilərək,  dərin  bir  köks  çəkməsi  ilə

heyatını bitirdi.



Milli Kitabxana

285



Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin