Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə120/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   116   117   118   119   120   121   122   123   ...   196
SONA XALA

...On doqquzuncu  ildə,  mayın axırında,  yay  tətili  münasibətilə Bakıdan vətənə

qayıdırdım.  Bir  neçə ildən  bəri  ayrıldığım  qohum-əqrəbam  ilə tez  görüşmək

arzusu,  Kiçik  Qafqaz  dağları  başında  yayılmış  gözəl  ab-havalı və mənzərəli  "Ş"

şəhərini  yenidən  bir  də görmək  şövqü  mənə isti  və tozlu  yolun əziyyətini

unutdurdu.  Günəş  dağlar  arxasına  keçərək  qayib  olduqda  mən  də şəhərə varid

oldum.

* * *


Səhər  saat  9-da  Sona  xalanın  qapısını  döydüm.  Sona  xala  qapını açdı.  Məni

görcək boynuma sarıldı.

- Xoş  gəlmisən,  oğlum,  nə əcəb  bizi  yad  etdin?  Buyur,  buyur, - deyə məni

içəriyə saldı.

- Bəşir evdədirmi?

- Xeyr,  bazara  gedibdir,  bu  saat  gələr.  De  görüm,  çayı  harada içəcəksən?

Bağçada, ya balkonda?

- Sona xala, zəhmət çəkmə, çay içmişəm.

- Onda  sən  sevgili  bağçana  buyur,  mən  də bu  saat  gəlirəm. - Bunu  deyərək,

Sona xala otağa girdi. Mən də bağçaya getdim.

Həqiqət  bu  bağçanı  mən  çox  sevirdim.  Bu  gözəl  bağçanı bir  qədər  seyr

etdikdən sonra Yasəmən xiyabanında qoyulmuş skamyada oturdum.

* * *

Sona xala, yalan, yaltaqlıq, alçaqlıq sevməz, sağlam, erkək təbiətli, uca qamətli,



iri  cəsədli  bir  qadın  idi.  Hər  kəsin  çirkin əməlini  şax üzünə deyərdi.  Bunun  belə

xasiyyətini  bilib,  ondan  çəkinərdilər.  Sona  xalanın  Bəşirdən  başqa  övladı

olmamışdı.  Bu  tək  oğluna  nəhayət  dərəcədə məhəbbət  bağlamışdı.  Sona  xalanın

bircə dərdi vardı, o da oğlunu evləndirmək idi. Bəşir isə bu işdən boyun qaçırırdı,

çünki orta təhsil görmüş bir cavan, oxumamış qız almaq istəmirdi. Oxumuş qız da

o zaman yox idi.

Sona xala əlində bir padnos, içində bir stəkan çay, mürəbbə, qaymaq, yağ, yağlı

fətir, qolunda süfrə bağçaya daxil olaraq, şüşəbənd otaqda masaya süfrə salıb məni

oraya təklif etdi.



Milli Kitabxana

286


- Ye,  oğlum,  naharımız  bir  az  gec  olacaqdır.  Bəşiri  göndərmişəm bazardan

turac alsın, plov bişirəcəyəm... Ona kimi ac qala bilməzsən.

Burada  Sona  xala  öz  yaşayışından  söhbət  açıb,  bu  çağacan  Bəşirin

evlənməməsinin ondan ötrü böyük bir dərd olduğunu da yanıqlı-yanıqlı söylədi.

- Yaxşı, Bəşir indi nə bahanə gətirir, daha ali məktəb təhsilindən əl çəkdi ki.

- Həmin  dediyini  yenə deyir:  mən  oxumuş,  açıq  gəzən  azərbaycanlı  qızı

alacağam.  Mən  belə qızı  haradan  tapım?  Mollanın qorxusundan  hansı  müsəlman

cürət edib qızını oxuda bilər? Hələ açıq gəzmək kənarda qalsın... Bu ildən də Bəşir

bir söz araya atmış, deyir: mən yeni "peyğəmbərin" zühurunu gözləyirəm, o gələr,

müsəlman  qadınlarının  çadralarını  başlarından  atar,  onlara  oxumağı əmr  edər,

hüququnu erkəklərlə bərabər edər, onda  mən də özüm  üçün qız bəyənib  sevərəm,

alaram. Buna biz arvadlar deyərik: "Ölmə, eşşəyim, ölmə, yaz gələr, yonca bitər".

Bu halda qapı döyüldü. Sona xala cəld ayağa qalxaraq:

- Yəqin Bəşirdir. Mənim başım plov bişirməyə qarışacaqdır, sən calış onu yola

gətir. - Bunu deyərək Sona xala getdi.

Bəşir mənim adımı eşitcək qaçaraq yanıma gəldi. Öpüşdük, görüşdük.

- Nə gözəl  oldu  gəldin,  məktubundan  belə görünürdü  ki,  yayda müalicə üçün

sulara gedəcəksən. Bu xəbərdən çox məyus olmuşdum.

Bilmirdim bu yayı nə tövr keçirəcəyəm.

Bəşirin solğun bənizinə baxdıqda dedim:

- Əzizim, sənin də sular müalicəsinə ehtiyacın vardır. Bəşir gülümsünərək dedi:

- Mənim azarımın dərmanı yoxdur...

- Demək, yeni "peyğəmbərin" zühurunu gözləməli.

Bəşir bunu eşitcək əvvəl təəccüblə üzümə baxdı, sonra güldü:

- Görünür, anamla uzunca söhbət etmisən, -dedi.

- Bəli, özün də bilirsən nə barədə, hər hiyləni işlədib indi də zavallı qadını yeni

"peyğəmbərin" zühuru ilə aldadırsan.

Bəşir dedi:

- Bu fikir mənim deyil, bu günlərdə burada görüşdüyüm səyahətçi bir almanın

düşüncəsidir; belə ki, bir gün dağın başında oturub dəhşətli qayalarımıza və onların

arasından  şaqqıltı  ilə axan  çaylara  tamaşa edirdim.  Bir  də gördüm  yanımda

səyahətçi libasında bir şəxs durbin ilə





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin