Milli Kitabxana
278
TƏBRİK
Çar zamanı idi... Hümmətəlinin evində qonaqlıq tədarükü görülürdü. Həyətin
bir tərəfində qoyun soyulurdu, o biri tərəfində qazanlar asılmışdı, ortada palazlar
salınmışdı, döşəklər düzülmüşdü. Hümmətəli döşək üstündə oturub, yastığa
dirsəklənib, çubuq çəkə-çəkə qonaqlarını gözləyirdi.
Hümmətəli neçə il idi ki, yaşadığı Meşəli və ətraf kəndlərə kəndxuda seçilərək
yazıq kəndlilərin başına min bəla gətirirdi. Bu hərif, qara damlarda, ağac
daxmalarda yaşayan kəndliləri hökumət vergisi adına soyaraq özü üçün böyük
dövlət və bir də ağ daşdan bina olunmuş ikimərtəbəli ev düzəltmişdi.
Rüşvətxor çar məmurları seçki zamanı onun tərəfini saxladıqları üçün, məzlum
kəndlilər hər iki qüvvədən qorxaraq Hümmətəlinin ziddinə getməyə cürət edə
bilməzdilər, o da kəndxuda seçilərək hökmranlığını sürərdi.
Son zamanlarda qonşu kənddə yaşayan Xankişi dövlətlənmişdi. Seçki
zamanında Hümmətəli ilə mübarizə aparırdı. Xankişinin axırda ona qalib gəlməsini
Hümmətəli hiss edirdi. Çox çəkişmədən sonra Hümmətəli bu fikrə gəlmişdi ki,
onunla qohumlaşıb öz tərəfinə çəksin. Bu yolda xeyli tələlər quraraq axırda
məramına nail oldu. Belə ki, Hümmətəlinin qardaşı qızı Məlahət, Xankişinin oğlu
Qaraoğlana, bu gün nişanlanacaqdı. Hümmətəlinin övladı olmamışdı, bunun
səbəbini arvadı Xədicədən görərək onun üstə yeni arvad almışdı. Lakin ondan da
övladı olmadı, buna Xədicə artıq sad idi, çünki illəti ərində görürdü. O idi ki,
günüsü ilə yola getməyərək, axırda onu boşatmağa müvəffəq olmuşdu.
Hümmətəlinin qardaşı Səfdərin də Məlahətdən başqa övladı otmamışdı. Atası
Məlahəti çox istərdi və azadəböyüyerdi. Məlahət səkkiz yaşına çatdıqda atası vəfat
etdi. Hümmətəli Məlahəti öz evinə gətirərək, onun malına və ixtiyarına sahib oldu.
Yazıq uşağın o gündən də müsibətləri başlandı. Sonsuz Xədicə ilk günlərindən
Məlahəti sevmədi. Bu gözəl və sağlam qızcığazı görməyə belə gözü yox idi, heç
bir şey üstə onu danlardı, döyərdi. Qıvrıcıq və topuqlarına qədər sallanan saçları da
biçarə qızın başına bir bəla kəsilmişdi. Xədicənin hər bəhanəsi qurtardıqda:
- Gəl başını darayım, - deyə Məlahətin o gözəl saçlarını daraq dişlərində qıraraq
topa-topa yerə atardı.
Milli Kitabxana
279
Hümmətəliyə gəldikdə Məlahət qorxudan onun ətrafına belə dolanmazdı,
yoldaşları ilə gəzməyi, oynamağı əmisi ona qadağan etmişdi. Bu isə azadə yaşamış
qızcığaza danlanmaqdan, döyülməkdən artıq təsir edirdi.
* * *
Yavas-yavaş qonaqlar toplanmağa başlamışdı. Hümmətəli xeyli mehriban
onlarla salamlaşaraq hər kəsə oturmağa yer göstərirdi. Lakin kəndlilər harada
oturmağı gözəlcə bilirdilər. Döşəklər dövlətlilər, ruhanilər üçün qoyulmuşdu...
Cənnətəli:
- Hümmətəlidən başqa, kəndxuda olmağa kim layiqdir? O kişi neçə ildir bizim
zəhmətimizi çəkmiş, yenə də çəkməlidir.
Hümmətəli özünü bicliyə vurub dedi:
- Xeyr, daha mən yorulmuşam, bəsdir, başqasını seçək ki, necə əziyyətli vəzifə
olduğunu bilsin. Hökumət vergisi üstə məndən rəncidə olursunuz, onu bilmirsiniz
ki, töycülərin vaxtlı-vaxtında toplanıb xəzinəyə verilməsini hökumət məndən tələb
edir... Mən bir hökumət quluyam, əmrə tabeyəm, mənə buyururlar, mən də sizdən
tələb edirəm.
- Doğrudur, doğrudur, - deyə kəndlilər təsdiq etdilər. Qara Hüseyn əlavə etdi:
- Canım, bir sözlə, dinmə ver.
Bu sözə kəndlilər gülüşdülər. Hümmətəli bu cür tülkülüklə kəndlilərin rəyini
ələ alırdı. Xankişinin və dəstəsinin gec gəlməsi Hümmətəlini təşvişə salırdı.
Qorxurdu ki, Xankişi fikrini dəyişsin, yenə ona düşmən olsun. Bu halda dərvaza
açıldı. Xankişi adamları ilə həyətə daxil oldu. Hümmətəli cəld qalxaraq onlarla
salamlaşdı.
- Xoş gəlmisiniz, buyurun, - deyə onlara yuxarı başda yer göstərdi.
Qonaqlar oturdular. Söhbət təzələndi. Bir azdan sonra süfrə salındı, xörək
ortaya gəldi. Teamdan sonra çay və şimi meydana gəldi. Əsil mətləb açıldı.
Kəndlilər bu xeyir işi alqışlayaraq anladılar ki, Hümmətəlinin çəngəsindən
qurtarmaq zamanı hələ gəlməmiş.
Qonaqlar dağıldıqdan sonra, Xankişi Hümmətəli ilə otağa daxil oldu.
- Qızımı göstərin, görüm necə qızdır? - deyə Xankişi soruşdu.
On yaşında gəlin meydana gəldi.
- Pəh, pəh, maşallah nə göyçək qızdır, - deyə Xankişi Məlahətin alnından öpdü.
Sonra bir üzük çıxarıb onun incə barmağına taxdı.
|