Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə125/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   121   122   123   124   125   126   127   128   ...   196
Milli Kitabxana

295


- Bacı,  halımı  heç  sorma,  lənət  malakan  furqonuna  da,  ona  minənə də,  yolda

mənə bir  qədər  soyuq  dəymiş  və furqon da  məni əzmiş  ki,  ayaq  üstə durmağa

taqətim yoxdur, - deyərək rəfiqim şikayətlənir.

- Gəl içəri, soyun, rahat ol, qorxma buranın elə havası vardır ki, ayaqsız gələn

ayaqlı qayıdır. Nə üçün özünə yük edib bir belə şey gətirmisən? Mən səni xəbərdar

etməmişdimmi? - deyə bacısı soruşdu.

- Ana can, dayımın şeyinin çoxu furqonda qalmış, - deyə Həsən gülür.

- A  bacı,  özün  bilirsən  ki,  mən  çox  vasvasıyam...  gərək  öz  yorğan-döşəyimdə

yatam ki, rahat olam.

- Elə səni bu günə salan o deyilmi? Gəl içəri, soyun ayaqlarını isti su ilə yuyum,

rahat ol.

Rəfiqim və bacısı palaz ilə döşənmiş otağa daxil olurlar.

- Bax,  bu  otağı  sənin  üçün  hazır  etmişəm.  Bir  adam  buraya  girib-

çıxmayacaqdır,  uşaqların  günləri  bağda,  bostanda  keçir,  qulaqların  bir səs

eşitməyəcəkdir, - deyə bacısı rəfiqimi arxayın edir.

Rəfiqim  yuyunub,  camaşırını dəyişincə,  yeddi  qardaş  anaları  ilə bir  bərabər

onun otağını döşəyib, purjunlu çarpayısını qururlar, rəfiqim də soyunub yerinə girir

və səfərin şiddətli əziyyətindən yorğun düşdüyünə görə tezcə yuxulayır.

Yeddi qardaş anaları:

- Bax, dayınız yatmış, səs olmasın, - deyə uşaqları onun otağından uzaq edir.

* * *

Aradan  təxminən  bir  saat  keçmiş  günəşin  son  zərrələri  üfüqdən  qaib  olduqda,



qızıl  inək  dərvazanın  ağzında  elə bir  böyürtü  salır  ki,  sanki  imdad bəkləyən  bir

gəmi bağırır.

- Ay  uşaqlar,  tez  qapını açıb  inəyi içəri  salın,  yoxsa  dayınız  bu  saat yuxudan

oyanar, - deyə anaları bağırır.

Uşaqlar qızıl inəyi içəri buraxıb balasını yanına salırlar ki, səsini kəssin. Əfsus

ki,  bu  tədarük  səmərəsiz  qalır,  çünki  birinci  mələməsindən  rəfiqim  yerindən  dik

atılıb qalxır və deyir:

- Budur, kənd məişətinin ləzzəti başlanır.

Rəfiqimin bacısı, qardaşım balkonda gəzən  görüb badyada  köpüklənən süd ilə

içəriyə girir.




Milli Kitabxana

296


- Çox yaxşı vaxtda durmusan, qardaşım, çayımız hazırdır.

- Mən özüm durmamışam, bacım, sizin azançınız durquzmuş, - deyə rəfiqim ah

çəkir.

Bacısı gülərək:



- Sənə söz verirəm ki, sabahdan bir də o azançının səsini eşitməyəcəksən. Hər

səhər-axşam sənə bu yeni sağılmış süddən verəcəyəm, içərsən gör bir ayın ərzində

kökəlib yanaqların necə lalə kimi qızaracaqdır.

Bunu deyib, rəfiqimin bacısı otağa girib çırağı yandırır və sonra badyanı süd ilə

yerə qoyub  kasa  gətirməyə gedir  və süddən  bir  qədər  kasaya  doldurub  qardaşına

uzadır ki:

- Al bunu iç!

- Bacı, toxda, de görüm bu südü necə sağmısan?

- Bunun necəsi yoxdur ki, badyam iki dizimin arasına qoyub inəyin əmcəklərini

barmaqlarım ilə tutub aşağı çəkmişəm, süd də çeşmə kimi axıb badyaya tökülmüş.

Belə ki, şövqün var, səhər sağanda gəl tamaşa et.

- Mən onun üçün soruşmadım, inəyi sağan vaxt döşlüyün vardımı?

- Yox.

- Əllərini sabun ilə yumuşdunmu?



- Əllərim tərtəmiz, gül kimi, nə üçün yuyum?

- Onda  bacı,  sənin  bu  südünün  içində bu  saat  milyonlarla mikroblar  narınca

kimi  qaynaşırlar.  Mən  onu  içə bilmərəm, məni əfv edərsən,  çünki  buna  həkimlər

razı deyil.

- A qardaş, elə həkimlərin sözünə baxıb bu günə düşmüsən,vasvası olma ye, iç,

gör necə sağalasan.

- Bacım, onlardan keçib, mənim üçün çay gətir. Səhərdən mən deyən kimi inəyi

sağarsan, südü bişirərsən, mən də içərəm...

* * *

Məlumdur ki, kənd əhli erkən yatıb erkən də yuxudan qalxmağı adət etmişdir.



Odur ki, rəfiqim də şamdan sonra bu qanuna tabe olmaq  istədi, lakin bir tərəfdən

hələ erkən  yatmağa  adət  etməmişdi.  Digər  tərəfdən  də qızıl inəyin  səsindən

həyəcana  gəlmiş əsəbləri  qaydasınca  rahat  olmamışdı.  Ona  görə də təbiblərin

əmrindən  çıxaraq  oturub  bir  qədər  kitab  mütaliəsinə məşqul  oldu.  Sonra  soyunub

çırağı farağat etdi




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin