Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə127/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   123   124   125   126   127   128   129   130   ...   196
Milli Kitabxana

299


- Dayı  can,  boz  köpək  çəkməni  parçalayıb  bu  hala  salmış, - deyir  və çəkməni

göstərir.

- Demək,  boz  köpək  də məndən  intiqamını  almış.  Həsən,  bu  gecə bütün

kəndiniz mənə müharibə elan etmişdi, düzü, özümü məğlub sanıram. Ona görə də

hərb  meydanından  qaçıram.  Çay  içəndən  sonra  gedib  karvansaradan  İvan  dayını

buraya çağırarsan.

- Nə üçün, dayı can?

- Mənə lazımdır.

- Baş  üstə,  dayı  can.  Amma  çil xoruzun  xatasını  çəkəcəksən,  çünki  Gülnazın

sevgili xoruzudur.

- Eybi  yoxdur,  pul verərəm,  ona  bir  gözəl  xoruz  alarsan.  İndi  çil xoruzu  göz

önündən uzaq et.

Həsən çil xoruzu aparıb bağçada basdırır və sonra əhvalatı anasına söyləyir.

Rəfiqimin bacısı çay zamanı qardaşına deyir:

- Bacın  sənə qurban  olsun,  görünür,  bu  gecə narahat  olmusan,  hər  nə şey  ki,

səni narahat edir, söylə hamısını rədd edim.

- Ay bacı, şair demiş:

Düşmən bir olsa dəfini asandır eyləmək.

Vay ol zaman ki, üz qoya dörd bir kənardan.

İndi sən  zavallı,  bunların  hansına  çarə edəsən:  birəyə,  hünüyə,  köpəklərin,

çaqqalların ulamasına, xoruzun banlamasına və qeyri-qeyri...

Bu halda İvan dayı daxil olub salamlaşır.

- İvan dayı, haçan şəhərə qayıdacaqsan?

- Bu saat, furqonu qoşub buraya gəlmişəm.

- Miniklərin varmı?

- Xeyr.


- Necə məni buraya gətirmisən, elə də şəhərə qaytaracaqsan.

- Baş üstə.

- A  qardaş,  nə edirsən?  Belə də iş  olarmı?  Tanışlarımız  məni  məzəmmət  edər

ki,  qardaşını  bir  gün  də saxlamadı.  Sənə bacın  qurban  olsun,  bir  az  səbir  et,  iki

günün ərzində elə öyrənəcəksən, yanında top da atsalar, yuxudan oyanmayacaqsan.

- Bacı, hərgah məni ölümə göndərmək istəyirsənsə qalım.

- Allah eləməsin, qardas, nə danışırsan.

- Onda mənə mane olma...




Milli Kitabxana

300


* * *

Çaydan  sonra  yeddi  qardaş,  dayılarının  şeylərini  İvan  dayının  furqonuna

daşıyırdılar.  Çil  xoruzun  ölümündən  bixəbər  Gülnaz,  rəfiqim  ilə bərk  dost

olmuşdu,  çünki  dayı  onun  üçün  çox  şeylər  gətirmişdi.  Ona  görə onu  buraxmaq

istəmirdi.

- Gülnaz, qızım, üç aydan sonra Həsənə yazacağam, səni şəhərə gətirsin, orada

səni məktəbə qoyacağam, gələn yayda səninlə bərabər buraya gələcəyəm.

Şeylər  furqona  qoyulduqdan  sonra  rəfiqim əlvida  edərək  furqona mindi  və

"sümsükut" orucunu tutub yola rəvan oldu.



Milli Kitabxana

301


NAMUS

Axşam vaxtı idi. İyirmi yaşlı bir gənc həyəcanlı, bığlarını gəmirərək, otaqda o

baş-bu başa gəzinir, öz-özünə söylənirdi.

- Yox,  daha  səbir  kasam  dolub  daşmış...  öldürməsəm  ürəyim  sakit olmaz,

düşmənlərimin  tənəli  baxışlarında,  dostlarımın  istehzalı təbəssümlərində bunu

aydın oxuyuram. Qoçu Sadığın oğlu Rəşid, qeyrətin, namusun harada qalmış?

Gəncin  anası  yanaşı  otaqda  axşam  üçün  yemək  hazır  edib  süfrəyə qoyurdu.

Yarıaçıq  qapı  arasından  oğlunun  sözlərini  eşidirdi.  Öldürəcəyi  kim  olduğunu

duyurdu. Onu sakit etmək üçün otağa girdi.

- Oğlum, xörəyin soyuyur, gəl otur, ye, - deyə anası Rəşidi yemək otağına təklif

etdi.

- Ana,  sənin  o  duz-çörəyin,  bu  məmələrindən əmizdirdiyin  südün  mən  oğluna



haram olsun.

- Ay  oğul,  nə deyirsən,  nə üçün  belə qəzəbə gəlmisən?  De  görüm  sənə nə

olmuş?

- Daha bundan bədtər nə olacaqdır? Bacım Leyla mənim bu qeyrət papağımı o



dikdaban çəkməsi altına salıb tapdalayır... Bu qədər qardaşları tərəfindən öldürülən

bacılardan  ibrət  almır.  Yoxsa,  o  elə fikir  edir  ki,  mən  Şura  hökumətindən  qorxub

bu binamusluğu qəbul edəcəyəm? Xam xəyal... Hamı təqsir sən anamdadır...

- Rəşid, mən bədbəxt nə etmişəm?

- Onu etmisən  ki,  Leylanı, o biqeyrət Kamilə verməyə mən razı deyildim,  sən

məni vadar etdin. Dedin: "Kamil oxumuş cavan oğlandır, özünün də yaxşı qulluğu

var".  Onun  elm  oxuduğu  başına  dəysin.  Mənə qeyrəti,  namusu  lazımdır,  o  da  ki

onda  yoxdur.  Deyirəm,  Kamil,  bu arvadının  ipini  çək,  səhərdən  axşama  kimi

bulvarda yava qızlar kimi açıq gəzib onunla-bununla mırt vurub gülür, bizi rüsvay

edir.  Deyir, sənə borc  deyil,  arvad  mənimdir,  nə sayaq  saxlayacağam,  özüm

bilərəm.

- Oğlum, acığın tutmasın, Kamil doğru deyir, indi hamı Leyla kimi açıq gəzir.

Qorxma, bacın namuslu, ismətli qızdır. O, elə iş tutmaz ki, sənə, ya ərinə alçaqlıq

gətirə.  Oğlum,  qoçubazlıq  zamanı  getdi.  İndicə asudə olmuşuq.  Atan  zamanı nə

gün  çəkdiyimizi  bilirsən?  Gündüzlər  düşmənlərin  qorxusundan  rahat  bayıra  çıxa

bilməzdik,  gecələr  bir  hənirti  gəldikdə hamımız  dik  atılardıq.  Sən  özün  keçmişdə

indiki kimi belə arxayın gəzə bilərdinmi?




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin