Milli Kitabxana
306
Fikirlərindən qorxmurdu, çünki özünü qurtarmaq məqsədində deyildi, biləks
məhkəmədən özü üçün ən ağır cəza tələb edəcəkdi. O etdiyi silinməz cinayətdən
sonra yaşamaq təmənnasında deyildi. Lakin ölümə gedərkən, indiyə kimi fəxr ilə
tutduğu yolun yanlış olduğunu öz həmfikir və həmməsləki olan gənc yoldaşlarına
sübut etmək istəyirdi. Onda zühura gəldiyi təğyirlərin düz və səmimi olmasını
onlara anlatmaq istəyirdi.
Bu təğyir Rəşiddə birdən əmələ gəlməmişdi. Əvvəlləri həbsxanada yatarkən
sevdiyi qızı öldürməsinin baisi bacısını sanıb ona düşmənçiliyi artmışdı.
- Liyanın əsil qatili mən deyiləm, bacımdır, - deyə ondan intiqam almaq istərdi.
Anasına gəldikdə ona da ədavət bağlayıb görüşmək istəməzdi... Bu isə köməksiz
qalmış zavallı ananın gecə-gündüz göz yaşı tökməyinə səbəb olurdu.
Hər cümə günü, başqa analar və arvadlar kimi Gülsüm həbsxananın qabağında
saatlarca durub oğlu ilə görüşmək istəyirdi. Lakin növbə ona çatdıqda xəbər
verdilər ki, müqəssir anası ilə görüşmək istəmir. Hətta Rəşid anası gətirdiyi şeyləri
de qəbul etmirdi. Biçarə ana həbsxananın divarına söykənib saatlarca ürək yaxıcı
göz yaşlarını tökərdi. Başqa görüşə gəlmiş analar, arvadlar onun halına acıyardılar.
Zavallını bir tövr sakit edib evinə aparardılar. Buna baxmayaraq, Gülsüm hər cümə
yenə gəlirdi ki, bəlkə, bu dəfə oğlu fikrini dəyişdirib, onunla görüşəcəkdir, ya
gətirdiyi şeyləri qəbul edəcəkdir. Ümidi puça çıxardı. Onun halına həbsxananın
qapıçısı yanırdı.
O, bir cümə günü, Gülsümdən Rəşidin dostlarının adlarını öyrənib belə bir
hiylə qurdu; gələn cümə növbə Gülsümə çatdıqda qapıçı dedi:
- Ana, oğlun şeyləri qəbul edir, ver aparım.
Biçarə arvad sevindiyindən özünü itirmişdi, əlləri əsə-əsə qəzetə bükülmüş
çayı, qəndi, papirosu və özü bişirmiş olduğu halva və külçəni ona uzatdı.
- Oğlum, bunu Rəşidə verəndə de ki, onun dərdindən belim bükülmüş,
ağlamaqdan gözlərimin nuru getmiş. Bu gün-sabah bu qəm və qüssədən öləcəyəm,
bircə mənlə görüşsün ki, qəbrə rahat gedim.
- Yaxşı anam, deyərəm. Qorxma, oğlun səninlə görüşəcəkdir, ancaq bir az səbir
elə. Çox cavan dustaqlar sənin oğlun kimi əvvəl vaxtlar heç kəsi görmək istəmirlər,
sonralar, özləri qohumları ilə görüşməyə tələsirlər.
Milli Kitabxana
307
Qapıçı şeyləri ondan alıb dedi:
- İndi get, ana, ümidini kəsmə.
Gülsüm ondan razılıq edib getdi. Qapıçı şeyləri Rəşidə dostlarının birisinin adı
ilə verdi. Beləliklə, qapıçı bir müddət həm anasını və həm də oğlunu aldadaraq, hər
ikisini razı etdi.
Rəşidi həbsxanada ayrıca kameraya salmışdılar. Buna onun özü də şad idi,
çünki halı elə sükut və təkliyi tələb edirdi.
Rəşid bütün günləri, saatlarca yerində uzanıb dərin fikirlərə dalırdı. Azadəliyin
nə böyük səadət olduğunu indi düşünürdü... Uca və kiçik pəncərədən düşən
günəşin işığının necə böyük bir nemət olduğunu indi anlayırdı.
- Mən nə üçün bacımı bu iki böyük nemətdən məhrum etmək istəyirdim? Bizim
arvadlarımız, anadan olandan qəbrə gedənə kimi belə həbsxanalarda yaşayan
dustaqlar deyildirlərmi? İnsafı, vicdanı olan şəxs belə ədalətsizliyə razı olarmı?
- Açıq, azadə gəzən qadınlarda namus, ismət olmaz... Bu fikir düzdürmü?
Demək, bütün mədəni millətlərin qadınları
namussuzdur... Bu nəzəriyyə
doğrudurmu? Çarşaf yavalığın qarşısını alar; bu haqlı bir tədbirdirmi?
Rəşid öz-özünə
belə
sualları
verib, həqiqət harada olduğunu dərin
düşüncələrdən sonra arayıb tapırdı. Uzun gecələr, tutduğu cinayətin qanlı
mənzərəsi
gözlərinin
qarşısında
böyüyürdü.
Sevgili
Liyasının
solğun
dodaqlarından çıxan "Rəşid, məni nə üçün öldürdün, mən sənə nə etmişdim?"
səsləri qulaqlarından çıxmırdı. Bəzən də bacısının pərişan üzü, müztərib gözləri,
anasının zəif, qansız siması məzlum baxışları gözlərinin önündə canlanırdı. Bəzən
də yuxusunda anasını küçələrdə dilənən görürkən diksinib oyanardı. Bu zaman
Rəşidin yadına anasının bu sözləri düşürdü:
"Oğlum, düşmənlərin vəsvəsəsinə qulaq asıb məni küçələrə salma, əsil
biqeyrətlik budur, oğlum".
Rəşid bu acı həqiqəti indi anlayırdı.
- Doğrudan da düşmənlərimin bir saxta məktubuna inanıb üç ailəni bədbəxt
etdim, buna namuslu deyərlər? Günahsız Liyanın qoca anasını küçələrə atdım, belə
qatil bağışlanmağa layiqmi? Yox, yox, - Rəşid suallarına cavab verirdi.
|