Milli Kitabxana
308
* * *
Rəşid daha anasının görüşündən boyun qaçırmırdı. Hər cümə, gülər üzlə onu
qəbul edib mehriban söhbətlər edərdi. Ona təsəllilər verərdi. Gülsüm oğlunun belə
təğyirinə artıq şad idi. Bir dəfə Rəşid soruşdu:
- Ana, nə üçün bacım məni görməyə gəlmir?
- Oğlum, səndən qorxur, sən tutulan gündən bəri bacın evdən heç bir yerə
çıxmır, gecə-gündüz ağlayır, bir an rahat olmur. Gördüyün sağlam Leyla, əriyib
çöpə dönmüşdür. Deyir: "Qardaşının bədbəxt olmasına bais mən oldum. Kaş o
yanımda olaydı, başıma çarşaf salıb evdən bayıra çıxmağıma izin verməyəydi. Mən
onun əmrini şadlıqla qəbul edərdim".
Rəşid gülümsəyib dedi:
- Qorxmasın, mən irəliki Rəşid deyiləm. Bu gündən sonra daha heç bir kəsdən
cəkinməyərək açıq, azadə, könlü istəyən yerə getsin. Ana, onlara cəlladlıq
etdiyimiz yetər, belə həbsxanalarda saxladığımız bəsdir, onların hüquqlarına, mal
və canlarına, namuslarına toxunmaqlarımız bir namussuzluqdur. Qadınlar hər
cəhətcə, erkəklərlə müsavidirlər. Bu sadəcə şeyi mən burada uzun müddət dərin
fikirləşib, düşunüb anladım.
Gülsüm, oğlunun dediyi sözlərin çoxunu anlamadısa da, onda olan böyük
dəyişikliyi hiss edirdi.
- Ana, bu dediklərimi bacıma yetir və gələn cümə də mənim gorüşümə gətir.
Ona deyəcək sözlərim çoxdur. Daha durma, get, bacımı şad et...
Gülsüm şadlıqdan özünü elə itirmişdi ki, oğlu ilə belə salamatlaşmayıb, cəld
getdi.
* * *
Üç gün idi ki, vilayət məhkəməsinin cinayət şöbəsi tərəfindən Rəşidin işinə
baxılırdı. Başqalarına ibrət olmaq üçün məhkəmə ciddi və təntənəli bir surətdə
qurulmuşdu. Böyük məhkəmə salonu maraqlanan tamaşaçılarla dolu idi. Bu gün
məhkəmənin sonu olduğu üçün gələn adamların sayı iki qat artmışdı. Salonda
qadınlar şöbəsinin üzvlərindən başqa qeyri çarsaflı qadınlar da çox idilər. Onlar
məhkəmədən qatil üçün edam cəzası tələb edirdilər. Bu isə Gülsümün və Leylanın
ürəklərinə ox kimi sancılırdı.
Milli Kitabxana
309
Qadınlar şöbəsi tərəfindən təyin olunmuş natiqin odlu çıxışı camaata böyük
təsir buraxmışdı. Rəşidin hökumət tərəfindən təyin olunmuş vəkili bu təsiri
pozmağa səy edirdisə də, müvəffəq olmadı. Rəşid başını aşağı salıb heç kəsə
baxmırdı. Dərin-dərin fikirlərə dalıb özünün harada olduğunu duymurdu.
- Vətəndaş müqəssir, söz sizindir, - deyə sədr elan etdi. Salonda elə sakitlik
əmələ gəldi ki, milçək uçsaydı, qanadlarının səsi eşidilərdi.
Rəşid qalxdı. Yüzlərcə gözlər, onun zərif, gözəl, lakin solğun simasına, uşaq
baxışlı gözlərinə, uca, incə boyuna, qıvırcıq saçlarına dikildi.
Rəşid həyəcana gəlmiş əsəblərini, hiddətli çarpan qəlbini sakit etmək üçün su
istədi. Verdilər, içdi, sonra zəif, titrək, xoş səslə son sözlərini başladı. Tərcümeyi-
halını, içərisində yaşadığı mühiti, qoçu atasından aldığı tərbiyəni doğru, düzgün
təsvir edərək, etdiyi cinayətə keçdi. Onun nitqi gəldikcə yandırıcı oda, kəskin
qılınca dönürdü. Həbsxanada çəkdiyi böyük ruhi əziyyətdən sonra, özündə əmələ
gəlmiş təğyirləri elə saf və sədaqətlə isbat etdi ki, kimsədə bir şübhə izi belə
qalmadı. Hamının rəhmini, məhəbbətini qazanmağa müvəffəq oldu. İndi onun
ölümünü heç kəs tələb etmirdi, biləks, azad olmasını diləyirdilər. Bir az bundan
əvvəl edamını tələb edən qadınların gözlərində mərhəmət və şəfqət yaşları
görünürdü.
Rəşid nitqini bitirərək üzünü qadınlara tərəf çevirib:
- Bacılar, mənim kimi azad olmağınıza mane olan qara fikirli cavanlar və bütün
ərlər aradan götürülməlidir. Mən də sizin rəyinizə şərik olaraq məhkəmədən özümə
ən ağır cəza tələb edirəm, - deyə Rəşid oturdu.
Qadınlar tərəfindən "yox, yox, istəmirik" sədası qalxdı.
Məhkəmə üzvləri müşavirə otağına keçdilər. Salonda səslər ucaldı, qızğın
bəhslər başlandı. Qadınlardan bir neçəsi Gülsüm və Leylanı əhatə edib:
- Qorxmayın, bacılar, bu işdə ölüm yoxdur, - deyə təsəlli verirdilər.
Aradan yarım saat keçmiş sədr, üzvlərlə bərabər salona daxil oldular. Hamı
ayağa qalxdı. Böyük sükut içərisində sədr qətnaməsini oxudu.
- Müqəssir dörd il müddətində azadlıqdan məhrum edilir, lakin onun cavan və
səmimi bir insan olduğunu nəzərə alaraq cəzası iki il azaldılır.
Salondan şadlıq sədası yüksəlmiş, adamlar sevinc dalğaları arasında axın-axın
bayıra çıxırdılar.
Milli Kitabxana
310
Dostları ilə paylaş: |