Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə129/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   125   126   127   128   129   130   131   132   ...   196
Milli Kitabxana

304


O  gecəsi  Rəşid  anası  ilə naxoş  xalasını  yoxlamağa  getmişdi,  xalası  bərk  xəstə

idi. Leylaya da xəbər verilmişdi, amma o hələ gəlib çıxmamışdı. Anası Rəşidi evə

göndərib,  özü  bacısının  yanında  qaldı.  Saat  on  tamamda  Rəşid  soyunub  yerinə

girdi.  Gecənin  bir  vaxtı  qapı  döyüldü.  Rəşid  dik  atıldı.  O,  fikir  etdi  ki,  xalası

keçinir, onu çağırırlar. Paltonu çiyninə atıb qapını açdı. Kürkə bürünmüş naməlum

bir şəxs ona bir məktub verib cəld getdi. Rəşid otağa qayıdıb məktubu açdı, oxudu,

rəngi qaçdı. Kağız əlində payız yarpağı kimi əsirdi.

- Yenə düşmənlərimin iftirasımı? Yox, böhtana oxşamır... "Gəl öz gözünlə gör"

deyirlər.  Binamus  bacı,  xalası  evdə can verir,  onu  son görüşə çağırır,  o,  klubda

aşnabazlıq  edir...  Ey  biqeyrət  bacı, əgər  bu məktubda  yazılan  doğru  olursa,  sənin

sabahkı günəş ziyasını görməyəcəyinə and içirəm! - Bunu deyə Rəşid cəld geyinib

tapançasını paltonun qoltuq cibinə qoydu, qapını açıb küçəyə çıxdı. Hava ayaz idi.

Rəşid paltonun boynunu qaldırıb yola düşdü. Fikir və xəyal onu elə aparmışdı ki,

yolu  azıb  küçələrdə dolaşırdı.  Öz-özü  ilə danışırdı: "Bacımı  öldürməyə mənim

ixtiyarım  varmı?"  deyə özünə sual verirdi. Nə üçün?  Kamil  ona  inanıb  başına

buraxır. Məgər onda heç namus hissi yoxmu?.. Yaxşı olmazmı ki, aparım məktubu

ona göstərim... Yox, əvvəl  məktubda  yazılanı təhqiq etmək lazımdır. Rəşid başını

qaldırdıqda  özünü  klubun  qabağında  gördü.  Açıq  qapıdan  musiqi  səsi gəlirdi.

Kluba daxil olmaq istədikdə, gözü koridorda bir cavan oğlan ilə Şərq libasında bir

gənc  qadına  sataşdı.  Qadın  sağ  divarda  bən  olunmuş  aynanın qabağında  durub

başının tüklərini  düzəldirdi.  Rəşid  onun üzünü  tamam  görə bilmirdi,  lakin

əynindəki əski Şərq libası bacısı Leylanın olduğuna  şübhə etmirdi. Bu  vaxt oğlan

ondan  ayrılıb  paltar saxlayan  xidmətçinin  yanına  getdi,  xidmətçi  paltoları

qarmaqdan  çıxarıb  ona verdi.  Oğlan  paltonu  alıb  qadına  tərəf  getdi.  Onu  kürsü

üstünə qoyub  şalı əlinə götürdü  və qadının başına  saldı.  Rəşidin  bədəninə lərzə

düşdü.  O,  Leylanın  bu əski  tirmə şalını  tanıdı.  Bu  vaxt  qapıçı gəldi,  ondan  içəri

girməyə dəvətnamə istədi.

- Mən içəri girmək istəmirəm, yoldasımı gözləyirəm, - deyə Rəşid cavab verdi.

- Burada durmaq olmaz, küçədə gözləyə bilərsiniz, - deyə qapıçı qapını örtdü.

Rəşid  küçəyə çıxdı.  Klubun  qapısından  bir  qədər  uzaqlaşıb  pusquda  durdu.

Aradan bir az keçmiş oğlan ilə qadın klubdan çıxdılar.



Milli Kitabxana

305


Oğlan göz gəzdirib fayton aradı, tapmadı. Sonra qolunu qadının qoluna salıb yola

düşdülər.  Rəşid  özünü  bir  dərvazaya  qısıb,  onları  irəli  buraxıb  arxalarınca  düşdü.

Onlar  tinə çatdıqda  durdular.  Rəşid  cəld  bir  sütunun  dalında  gizləndi.  Küçədə bir

kəs  yox  idi.  bu  zaman  yan  küçədən  fayton  qaraltısı  göründü,  oğlan  bir  qədər

irəliləyib: "Fayton, fayton" deyə səslədi. Rəşid bundan istifadə ederək tapançasını

çıxarıb  özünü  qadının üstünə atdı.  Güllənin  atılması,  qadının  yerə sərilməsi  bir

anda oldu. Oğlan özünü itirib, qışqıraraq qaçmağa başladı. Rəşid istədi ki, güllənin

birisini də onun başına sıxsın, Liya zəif bir səslə dedi:

- Rəşid,  nə üçün  məni  öldürdün?  Mən  sənə nə etmişəm?  Tapança,  Rəşidin

əlindən düşdü:

- Liya sənmisən? - deyə qışqırdı.

Lakin  Liyadan  səs  çıxmadı,  çünki  onun  cavan  ömrü  bir  cəhalət  gülləsinə

qurban olmuşdu, Rəşid əyilib ona baxdı.

- Şübhəsiz zavallı Liyadır, öz əlimlə sevdiyim günahsız qızı qanına boyadım, -

deyə fəryad etdi.

Güllənin  səsinə,  Liyanın  nişanlısının  qışqırığına  küçələrdən  milislərin  fitləri

qalxmağa basladı.

Rəşid qaçmaq fikrində deyildi. O, bacısını öldürmək qəsdinə düşən gündən qət

etmişdi  ki,  xahişini əmələ gətirdikdən  sonra  öz  ixtiyarı  ilə hökumətə təslim

olacaqdır, o idi ki, milislər əllərində silah onu əhatə etdikdə, Rəşid qaçmayıb dedi:

- Bu  yəhudi  qızını  bacım  bilib  səhvən öldürmüşəm,  sizə təslim oluram.  Məni

milis idarəsinə aparın ki, şəhadətimi verim, - bunu deyə tapançasını onlara uzatdı.

Onu  həbsə aldılar.  Düşmənlər  məramlarına  çatdılar.  İki  qoca  qadının  ümid

çıraqlarını söndürdülər.

* * *

Beş aydan artıq idi ki, Rəşid həbsxanada yatırdı. Bu günlərdə onun mühakiməsi



olacaqdı.  Bu  mühakiməni  Rəşid  böyük  iztirab və təlaş  ilə gözləyirdi.  Lakin  onun

bu  həyəcanına  səbəb,  qorxu  hissi  deyildi,  onu  təşvişə salan  o  idi  ki,  şayəd

məhkəmədə indiki yeni nəzərlərini, dərin düşüncələrini, onda əmələ gəlmiş böyük

ruhani  təğyirlərini  son  sözündə camaata  layiqincə yetirə biləcəkdirmi?  Ona

inanacaqlarını?  Yainki  işini  yüngülləşdirmək  üçün  bir  hiylə sanacaqlarmı?  Rəşid

son




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin