Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə126/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   122   123   124   125   126   127   128   129   ...   196
Milli Kitabxana

297


və yerinə girib  rahat  olmaq  istədi.  Elə yenicə yuxuya  gedirdi  ki,  qulağına  İncə,

həzin bir səs  gəldi. Fikir verdikdə gördü ki, səs otağın içindən gəlir. Getdikcə səs

ona  yaxınlaşırdı. Bir azdan sonra digər bir səs də ona qoşuldu. Bu anda rəfiqimin

üzünü bir şey sancdı. O, cəld qalxıb lampanı yandırdı və onu sancan hərifi gördü.

Rəfiqim şəhərdən  tədarüksüz  gəlməmişdi.  Çamadanı açıb  cunayını  çıxardı  və

üzünü onunla örtdü ki, hünülər ona əziyyət verməsin.

- İndi, həriflər, "Şuri-şahnazı" başlayın, - deyə rəfiqim lampanı söndürüb yerinə

girdi və bir azdan sonra  yuxuya getdi. Bu vaxt üfüqdən ay ahəstə-ahəstə çıxmağa

başladı. Boz köpək bunu  gördükdə pəncərəsi altında başını göyə qaldırıb heybətli

səsi ilə ulamağa başladı. Biçarə rəfiqim  hövlnak  yerindən sıçrayıb qalxdı  və yenə

lampanı yandırdı, sonra pəncərəni açıb bağırdı:

- Quduz dəymiş, səsini kəs.

Boz  köpək  pəncərədən  bir  qədər  uzaqlaşıb  yenə ulamağa  başladı.  Həsən

dayısının  səsinə oyanıb  həyətə çıxdı  və bir  odun  qapıb  boz  köpəyə atdı.  Odun

köpəyə nə təhər  dəydisə,  heyvan  özünü  çardağın  altına  soxub  uzun-uzadı

zingildəməyə başladı,  axırda  sakit  oldu.  Lakin  iş-işdən  keçmişdi.  Boz  köpəyin

ulamağını eşidib qonşu itlər də ağız-ağıza verib ulaşmağa başladılar.

Rəfiqim yorğana bürünüb pəncərədən bu musiqini dinləyərək söyləyirdi:

- "Bir az şənlikli bir kənd tapıb da orada bu üç ay yayı istirahət etməlisiniz ki,

əsəbləriniz  rahat  olub  möhkəmləşə".  Bəli, əsəblərim möhkəmləşir,  möhtərəm

təbiblərim.

* * *


Gecə yarıdan  keçmişdi,  köpəklərin  səsləri  kəsilmiş,  kənd  sükuta  dalmışdı.

Rəfiqim  üçüncü  dəfə lampanı söndürüb  yerinə girdi,  lakin  yata  bilmədi,  çünki  bu

səfər  də otağa  döşənmiş  xalılardan  birələr  yerinə daraşıb  onu  rahat  olmağa

qoymadılar.  Yenə lampanı  yandırıb  paltarını  geydi  və otaqda  o  baş-bu  başa

getməyə başladı. Axırda taqətdən düşüb paltarlı yerinin üstə uzandı. Yorğun bədən

rahatlıq tələb edirdi. Rəfiqim nə vaxt yuxuya getdiyini özü də bilmədi.

Sübhün tüluunda, eyvanda gecələmiş çil xoruz oyanıb uca və zil səslə banladı:



Milli Kitabxana

298


Qu-qu-riqu.

Son həyəcanı çil xoruz özünə məxsus bir tərz ilə bitirdi. İkinci "qu-qu-riqu"da

rəfiqim dik atıldı.

Zavallının ürəyi  elə atlanırdı  ki,  sanki  bu  saat  partlayacaqdır.  Rəfiqim  otağı

aradıqda  öz  çəkməsindən  başqa əlinə bir  şey  keçmədi,  çəkmənin  bir  tayını əlinə

götürüb,  pəncərəni  açdı.  Çil  xoruzu  eyvanın sürahısı  üstə banlayan  gördü.  Var

qüvvəsilə çəkməni çil xoruza atdı, çil xoruz qığıltı ilə eyvandan yerə yıxıldı. Bunun

səsinə toyuqlar  qışqırıq  saldılar.  Bunların  səslərinə qonşu  xoruz-toyuqlar  da

qarışdılar, yatmışları oyatdılar.

* * *


Rəfiqim  paltosunu  geyib  qaloşlarını ayağına  taxaraq,  eyvanda  o  baş-bu  başa

gedib,  dəli  kimi  öz-özünə danışırdı.  Bacısı əlində badya  qızıl  inəyi  sağmağa

getdikdə qardaşını eyvanda gördü.

- Nə erkən durmusan, a qardaş?

- Təbiblərin əmrini  yerinə yetirirəm,  bacım.  Sizin  bu  gözəl  kəndinizin  saf

havasını uduram, bacım, - deyə rəfiqim yenə də hirsli o baş-bu başa yeriş edirdi.

- Çox  gözəl  fikirdir,  qardaşım,  inşallah  bir  həftənin ərzində yanaqların  qızarıb

çıraq kimi  yanacaqdır. Bax, görürsən döşümə döşlük taxmışam, əllərimi de sabun

ilə təmiz yumuşam. Daha arxayın ol, -bacısı qızıl inəyi sağmağa məşğul oldu. Bu

vaxt Həsən heyətə çıxdı və dayısını eyvanda görüb dedi:

- Sabahın xeyir, dayı can.

- Aqibətin  xeyir,  bacıoğlu,  ancaq  bilmirəm  çil  xoruzun  aqibəti  nə haldadır,

xeyirdir ya şər.

Bu halda Həsən çil xoruzu eyvanın attına girmiş görüb deyir:

- Dayı can, çil xoruz canını sizin yolunuzda fəda etmiş.

- Demək,  intiqamımı  çil  xoruzdan  almışam,  çönbələn  dəymiş  sübh  tüluundan

məni oyadıb yatmağa qoymamış, görünür, çəkməm onu bərk tutmuşdur.

- Dayı can, çəkməniz burada yoxdur.

- Axtar, gör haradadır?

Həsən  axtarmağa  başlayır,  axırda  çəkməni  köpəyin  hinində parcalanmış  tapır,

köpək isə işi duyub həyətdən qacır.




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin