Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə122/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   118   119   120   121   122   123   124   125   ...   196
Milli Kitabxana

289


- Qışın çıxmasını gözləyirəm ki, arvadımı götürüb başqa vilayətə gedim, - deyə

şikayətlənirdi.

Axırda  Bəşirin  məktubu  bilmərrə kəsildi.  Mən  fikir  etdim  ki,  Bəşir  baharı

gözləməyib  başqa  yerə köçmüş,  lakin  gələn  faciəli  xəbər  məni  məyus  və pərişan

etdi.  Belə ki,  bir  gecə Bəşir  arvadı  ilə şəhərin  Avropa  hissəsində düzəldilmiş

müsamirədən  qayıtdıqları  zaman  iki  cahil  cavana  rast  gəlirlər.  Cavanlar  nalayiq

sözlərlə Bəşirin arvadına sataşmağa başlayırlar, axırda:

- Bu  yava  matışqanı  haraya  aparırsan,  qoy  bir  qədər  biz ilə gəzsin, - deyə

onların önünü alırlar. Bəşir buna səbir etməyib qovğa edir.

Sürəyya  qəşş edib  yerə düşür.  Cahillər  isə biçarə Bəşiri  xəncər  ilə öldürüb

qaçırlar.

* * *


Şuralaşmış  qırmızı  Azərbaycan,  sosialist  inqilabının  ildönümünü  təntənəli

surətdə bayram edirdi.  Neft  paytaxtı  Bakı,  adi  boz  libasını  tərk  edərək,  zinətli al

donunu  geymişdi.  Evlər,  balkonlar,  gəmilər  hamısı  qırmızı  bayraq  və qiymətli

xalılar  ilə bəzənmişdi.  Hər  yan  gülşəndə lalələrtək  qızarırdı.  Saat  8-dən  başlamış

İttifaqlar  öz  bayraqları  altında,  başda  musiqi  dəstələri,  nizamla  hürriyyət

meydanına  tərəf  yeriş  edirdilər.  Bu  sel  kimi  axan  müxtəlif  dəstələr  sırasında

hamının  nəzərini  özünə cəlb  edən  Azərbaycan  qadınları dəstəsi  idi.  Bu  dəstəni

təşkil edən  üzvlərin  kimisi  yenicə çadrasını  atmışdı,  kimisi  hələ buna  cürət

etməmişdi. Kiminin üzündə şadlıq və cürət, kimisində qorxu və heyrət görünürdü.

ictimai  işlərə yenicə qədəm  qoymuş  bu  qadınlar  dəstəsinin  başında  duran

bayraqdar,  ucaboylu,  irigövdəli,  sadə milli  libaslı  qoca  bir  qadın idi.  Xeyli  qayda

və nizam  ilə dəstəni  aparırdı.  Bizim  dəstə bu  qadınlar  dəstəsi  arxasınca  gedirdi.

Qadının yerişi, əzasının hərəkəti mənə tanış gəlirdi. Bu vaxt qadın üzünü çevirərək:

- Geridə qalma, nizamı pozma, cərgəni düzəlt, - deyə uca səslə komanda etdi.

Qadının  üzünü  gördükdə Sona  xala  olduğunu  bildim  və onun  keçmiş  faciəli

həyatı yenidən xatırımdan birər-birər gəlib keçdi.

* * *

Bəşərin faciəli vəfatından üç ay keçdikdən sonra arvadı Sürəyya uşaq doğarkən



vəfat edir, bu isə Sona xalaya yeni bir dağ olur. Biçarə qadın bu hadisədən sonra,

yenicə dünyaya gəlmiş qız nəvəsini götürüb




Milli Kitabxana

290


başqa qəzada yaşayan qohumugilə köçür. O zamandan bəri Sona xaladan xəbərim

yox  idi.  İndi  onunla  tezcə görüşməyə ürəyim  tələsirdi.  Dar  küçələrə gəldikdə

dəstələr  öz  hərəkətlərini  yatırmağa  məcbur  olurdular.  Bu  zaman  maskalar  geymiş

aktyorlar, mənhus çar məmurlarını, ruhaniləri, bəy, xanları, burjuyları təqlid edərək

oyun  çıxarıb adamları  güldürürdülər.  İttifaqən,  aktyorların  avtomobili  qadınlar

dəstəsi  müqabilində dayanmışdı.  Molla  rolunu  oynayan  aktyor  Sona  xalaya

sataşmaq məqsədilə:

- A  qoca  qarı,  heç  həya  etmirsən  ki,  üzünü  açıb  bu  naməhrəm  kişilərə

göstərirsən,  o əlindəki  al  bayraq  cəhənnəmdə bir  qızıl  ilan  olub,  səni  müdam

sancacaqdır... - deyə zarafat etməyə başladı.

- Kəs  səsini,  qoca  kaftar,  siz  mollaların  zülmündən  biz  qadınlar,  o  cəhənnəmi

burada  çəkmişik,  ixtiyarınız  mənim əlimdə olsaydı,  hamınızı  toplayıb  bu  Kaspi

dənizinə atardun! - Bunu deyib Sona xala bayrağını uzadıb mollanın əmmaməsini

yerə saldı. Hər tərəfdən qəhqəhələr ucaldı.

- Bu cürətli qan kimdir? - deyə suallar verilirdi.

- Bu bizim Sona xalamızdır, - deyə qadınlar fəxr ilə cavab verirdilər.

Hürriyyət meydanında, 26 Kommunar qəbirləri yanındakı rəsm-keçiddən sonra

nitqlər  başlandı.  Nitqlər  bitdikdən  sonra  dəstələr  yenə də intizam  ilə müəyyən

yerlərinə tərəf  yeriş  etməyə üz  qoydular.  Mən  xəbər  tutdum  ki,  Sona  xala  axşam

qadınlar klubunda tərtib olunmus yığıncaqda olacaqdır. Axşam olduqda Sona xala

ilə görüşmək məqsədilə qadınlar klubuna getdim. Salona daxil olduqda Sona xalanı

kürsüdə nitq söyləyən gördüm. Sona xala deyirdi:

- Bacılar!  Sözümü  qurtararaq  deyirəm:  biz  indiyə kimi  barama içində dustaq

yatan  ipəkqurduna  bənzəyirdik.  O əlsiz-ayaqsız,  gözsüz qurda  topal  deyərlər.

Axırda  o  topal  qanadlanıb  pərvanə olur,  baramanı  deşib  işığa  çıxır.  Biz  dilsiz,

ağızsız topalları da, əsarət zəncirini qırıb işıqlığa çıxaran Oktyabr inqilabı yaşasın,

bir də yaşasın!

Sürəkli alqışlar  ilə Sona  xala  kürsüdən  endi.  Mən  onunla  görüşdüm,  dərdini

mənə söylədi. Axırda bir ah çəkərək dedi:

- Kaş oğlum Bəşir sağ olaydı, bu azadə qadınları görəydi.





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin