Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə113/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   109   110   111   112   113   114   115   116   ...   196
Milli Kitabxana

270


dım.  İşlərimi  qurtarandan  sonra  uşaqlar  üçün  bir  kisə un və qeyri  azuqə tədarük

edib boz qatıra yüklədim, yola düşdüm. "Cinli" dağdan qorxa-qorxa keçirdim. Bir

zihəyat  yox  idi.  Məni  vahimə götürmüş birdən  qulağıma  zurna  səsi  gəldi.  Diqqət

ilə baxdıqda  iki  dağın  arasında  camaat  gördüm,  yəqin  etdim  ki,  toydur,  qatırımı

onlara tərəf sürdüm, yaxınlaşdıqda bir cavan oğlan qabağıma çıxıb dedi:

- Zeynal kişi, sən çox xoş gəlmisən, buyur, burada toyumuz bir az rahat ol, ye,

iç, sonra gedərsən.

Oğlan  qatırın  cilovundan  tutub  yoldaşlarına  tərəf  çəkdi.  Onlara çatdıqda  məni

qatırdan düşürtdü. Qatırı bir kola bağlayıb məni hazır süfrəyə dəvət etdi.

Qonaqlar:

- Buyur, buyur, Zeynal kişi, sən bizim toya xoş gəlmisən, - deyə salamladılar.

Süfrənin  başında əyləşdirdilər.  Məni  heyrətə gətirən  şey  vardı,  o  da  hamı  məni

tanıdığı halda, mən heç kəsi tanımayırdım. Plov süfrəyə gəldikdə məni toya təklif

edən oğlan dedi:

- Zeynal  kişi,  təama  şüru  edin,  ancaq  ürəyinizdəki  sözü  demə. Bunu  eşitcək,

Molla  Qasım,  sənin  sözün  yadıma  düşdü.  Yəni  hər  şeyi  başladıqda  bismillah

deməli.  Mən  bismillah  decək,  hamı  yox  ol. Gördüm  boz  qatırın  üstündəyəm.

Heyvan  bir  kolun  qabağında  dayanıb dincini  alır.  Bunu  gördükdə qan-tər  məni

basdı.  Heyvanı rahat  qoymayıb  qamçıladım.  Bir  azdan  sonra  bu  cin  məkanından

uzaqlaşdım. İndi də bu hadisə yadıma düşəndə tüklərim biz-biz durur.

Molla Qasım:

- Zeynal  kişi,  cin-şəyatin  biz  bəni-adəmin  düşmənidir.  Hər  cildə girib  bizləri

haqq yoldan çıxarmaq fikrindədirlər. Ancaq gərək allahdan uzaqlaşmayasan, onda

heç şey edə bilməzlər - deyərdi.

* * *

Hekayəmizin  qəhrəmanları  belə ömr  sürməkdə ikən  Azərbaycanda  Şura



hökuməti quruldu. Sair kəndlər kimi Güllücə kəndində də kənd şurası düzəlib yeni

şura yaşayışı başlandı. Qızlar və oğlanlar üçün məktəblər açıldı, böyüklər üçün də

savad  kursları.  Kəndliləri  yeni  quruluşun  qanunu  ilə aşna  etmək  üçün  və onların

biliklərini artırmaq üçün kənd camaatına tez-tez nitq və məruzələr oxuyurdular.




Milli Kitabxana

271


* * *

Xanənişin olmuş Molla Qasım bir dəfə öz dostu Zeynal kişi ilə belə yığıncağa

getmişdi. Natiq din və məzhəbdən bəhs etdi:

Din və məzhəb  yoxsulları zəncirləyib ağalara  və sərvətdarlara qul etmək  üçün

yaradılmışdır.

Din  yoxsullar  üçün  bir  tiryəkdir  ki,  onları  həmişə qəflətdə saxlayıb,

oyanmaqlarına  mane olmuşdur. Ruhanilər, hökmranların, sərvətdarların  min dürlü

zühnünə davam  etdirmək  üçün,  "yoxsullar  səbir  edin,  böyüklərin  ehtiramını

saxlayın,  onların itaətində olun  ki,  axirətdə allahın  behiştinə nail  olasınız,  yoxsa

əbədilik cəhənnəmin oduna yanarsınız" - deyə yoxsul sinfə bu dünyada cəhənnəm

çəkdirib onların zəhmətilə özlərinə behişt qurmuşlar...

Bu  nitqi  eşitdikdə Molla Qasımın  bədəninə titrətmə düşdü.  Qorxudan  daha

məsciddə qala bilməyib evinə gəldi.

* * *


Nağıl  etdiyimiz  zamandan  üç  il  keçdi.  Zeynəb  qarı hələ ümidini  kəsməmişdi.

Hey  tas  qururdu  ki,  Şura  hökumətini  yıxsın,  amma  bolşeviklər  tilsimə düşməyib

gün-gündən möhkəmləşirdilər. Güllücə kəndini indi tanımaq belə olmurdu. Bataqlı

küçələri  düzəldib,  gecələr  elektrik ilə işıqlanırdı.  Cavanlar  tərəfindən  teatr  tərtib

olunmuşdu. Qadınlar üçün klub açılmışdı.

El  yaylağa  köçən  zaman  idi.  Molla  Qasım  həyətdə qoz  ağacının altında  həsir

saldırıb uzanmışdı. Zeynəb qarı da gilas və ərik qaxı qurudurdu. Bu halda dərvaza

döyüldü. Zeynəb qarı gedib açdı. Bir cavan kəndli yedəyində iki at qapının dalında

durmuşdu.

Zeynəb qarı soruşdu:

- Nə istəyirsən?

- Zeynəb nənə, molla əmi evdədirmi?

- Bəli, evdədir, içəri gəl.

Kəndli atları küçədəki ağaca bağlayıb içəriyə girdi. Molla Qasım başını qaldırıb

soruşdu:

- Qənbər, nə var? Xeyir ola, yoxsa Hacı Cəfər naxoşlamış?

- Xeyr, molla əmi, atam salamatdır. Ancaq uşaqlıqdan bizim evdə tərbiyə almış

bir kürd köç üstə qəflətən naxoşlayıb öldü. İndi onu dəfn





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin