Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə111/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   107   108   109   110   111   112   113   114   ...   196
Milli Kitabxana

264


seyid, əbasını  başına  çəkmiş,  doqqaz  ilə gəlirdi.  Qızxanımı  gördükdə ona  tərəf

yönəldi.


- Bacı, mən qərib seyidi allah qonacı saxlamağı rica edirəm.

- Ağa,  cəddinə qurban  olum,  bu  ev  heç  bir  qonağı  qapısından  naümid

qaytarmamış, ancaq mənim ərim vəfat etmiş. Mən bir dul qadınam, kişisiz evə sən

naməhrəmi necə buraxım?

Seyid bunu eşitdikdə və cavan Qızxanımın gözəl simasını gördükdə qara pırtlaq

gözlərindən od parladı.

- Bacı,  seyid  övladı  hər  bir  evə məhrəmdir,  məni belə yağmurda qapıdan

naümid qaytarsan, bu evi, bişək-şübhə, bəla tutar.

Qızxanım  seyidin  qarğışlarından  çox  qorxardı.  Oğlu  xəstə olanda,  başı

ağrıyanda,  ya  sancı  tutanda  hər  bir  şeydən əvvəl  seyidə nəzir  edərdi.  İndi  seyidin

sözlərini eşitdikdə ürəyi qorxuya düşdü. Bir tərəfdən də namuslu qadın yad kişini

evinə buraxmaqdan həya edirdi. Bu halda intizarını çəkdiyi oğlu yadına düşdü.

- Ağa, içəri buyurun, yağış sizi isladır. - Hər ikisi həyətə daxil oldu. Qızxanım

daxmaya girib çırağı yandırdı və sonra seyidi içəriyə təklif etdi.

- Buyurun, ağa, rahat olun.

Seyid islanmış əbasını çıxarıb əyləşdi.

- Bacı, bəs oğlun haradadır?

- Ağa, oğlum kəndin mallarını otarır, indi gələr. Ancaq yağış çox şiddətli yağır.

Oğlumdan nigaranam, çünki uşaqdır, dağdan axan selə düşüb tələf olar.

Seyid dedi:

- Xof  etmə,  bacı,  sən  mən  seyidi  müsafir  etdin,  cəddim  Məhəmmədəlmustafa

buyurmuşdur ki, mənim övladım olduğu evə bəla nazil olmaz. Bu saat oğlun sağ-

salamat gəlib çıxar.

- Allah ağzından eşitsin, ağa.

- Əlbəttə,  biz  seyidlərin  ağzından  çıxan  sözlərin  hamısı  allah,  peyğəmbər

kəlamıdır. Ancaq,  bacı,  səndən  bir  söz  soruşmaq  istəyirəm.  Sən  belə gözəl və

cavan qadın nə üçün ikinci ərə getməmisən?

- Ağa,  mən ərimi  çox  istəyirdim.  O  öləndən  sonra əhd  etdim  ki,  bir  də

başqasına getməyim. Onun tək varisini böyüdüm.

- Əhsən, əhsən, görürəm sən çox vəfalı qadınsan. Lakin nadanlıqdan cəddimin

əmrindən  çıxmısan  və günah  da  etmisən.  Məgər  bilmirsənmi  ki,  cəddim

Məhəmmədəlmustafa öz şəriətində bir kişiyə 4




Milli Kitabxana

265


arvad almağı caiz buyurmuşlar. Bundan əlavə, siğə yolu da qoymuş. Biz seyidlərə

gəldikdə bunlar  da  lazım  deyil.  Bir  dua  oxumaqla  hər  bir  qadın bizə halal  olur.

Mən  buraya  girdikdə o  duanı  oxudum  ki,  sən  mənə halal  olasan.  Bunların  sirri

bilirsənmi  nədir?  İslam  tayfası  törəyib  artsın,  yer  üzünü  tutsun,  kafirlərə qalib

gəlsin.

Bu halda qızıl inəyin mələməsi Qızxanımın qulağına çatdı, cəld dişarıya çıxdı

və qapını açıb inəyi içəriyə buraxdı. Sonra gözlərini doqqaza dikdi ki, görsün oğlu

gəlirmi?


Yağış kəsilmişdi, lakin yoldan hələ sel axırdı.

Uzaqdan Qızxanımın gözünə bir qaraltı göründü. Gözlədi ki, görsün kimdir. Bir

azdan sonra Mərdan və arxasınca Bozdar gəlib çıxdı. Qızxanım soruşdu:

- Oğlum, nə üçün belə gec gəldin? Yağış mallara xəta yetirmədi ki?

- Xeyr, ana, sel guclü olduğuna görə malları dağdan endirmədim ki, dərələrdən

keçə bilməzlər,  hamının  mallarını  bir-bir  qapılarına  kimi  aparıb,  həyətlərinə

buraxdım.

- Gəl,  ağıllı  oğlum,  rahat  ol,  bir  seyid  qonağımız  da  var.  Yağış  tutmuşdu,  çox

yalvardı ki, içəriyə qoyum.

- Yaxşı etmisən, ana! Belə havada qonağı yolda qoymazlar.

- Sən get rahat ol, mən də inəyimizi sağıb pəyəyə salım.

Mərdan  içəri  daxil  olub  seyidə salam verdi və "xoş  gəlmişsiniz" - deyə halını

soruşdu.  Sonra  islanmış  yapıncısını  çıxarıb  divardan  asdı və tüfəngini də bucağa

qoydu. Seyid tüfəngə nəzər yetirib Mərdana dedi:

- Oğlum, tüfəng götürməyə hələ uşaqsan.

- Ağa,  12  yaşında  kəndli  balasına  uşaq  deməzlər.  Bu  gün  sizin  bəxtinizdən

əlimə ov  keçmədi.  Dovşan  çoxdu,  ancaq  mən  onları  ov  etmirəm,  çünki ətini  heç

kəs yemir. Ov edəndə də köpəyim Bozdara verirəm.

- Oğlum,  dovşan ətini,  at ətini peyğəmbərimiz  məkruh

1

buyurmuşlar,  yeni



istəsən yeyərsən, istəməsən yeməzsən.

Mərdan soruşdu:

- Belə nə üçün? Desin ya halaldır, ya haram.

- Oğlum, şəriətimizdə çox sirlər vardır. Sən başa düşməzsən.

Qızxanım əlində bir  badya  süd  daxil  oldu.  Sonra  süfrə salıb,  küpədən  yağ

çıxarıb sapılcaya qoydu və gedib qayğanaq bişirib süd, qatıq ilə süfrəyə qoydu.

İyrənc-xoşa gəlməyən



Milli Kitabxana

266


- Ağa, başqa xörəyimiz yoxdur, allah verəndən yeyin.

- Allah  evinizə bərəkət versin,  bunlar  da  çoxdur.  Təamdan  sonra  Qızxanım

süfrəni yığışdıraraq dedi:

- Ağa, biz kəndlilər erkən yatıb, erkən də durmağı adət etmişik.

Bilirəm, siz də yol gəlmisiniz, yorulmusunuz. İzin verin, yerlərinizi salım.

Seyid dedi:

- Mənim də adətim elədir.

Qızxanım, oğlu və qonaq üçün içəridə, özü üçün də dəhlizdə yer hazır etdi.

Mərdan və seyid rahat olandan sonra Qızxanım çırağı götürüb dəhlizə keçdi və

orada  yatmaq  istədi.  Birdən  yadına  düşdü  ki,  Mərdanın  köynəyi  yarımçıq  qalmış,

səhər  istəyəndə verə bilməyəcəkdir.  Ona  görə köynəyi  tikməyə məşğul  oldu.

Qızxanım gecə yarıya kimi köynəyi hazır etdi. Sonra çırağı söndürüb özü də yatdı.

Qızxanım  yenicə yuxuya  getmişdi  ki,  komanın  qapısı  açıldı,  bunun  cırıltısı

Qızxanımı oyatdı.

- Kimsən? - deyə səsləndi.

- Bacı,  mənəm,  bayıra  çıxmaq  istəyirəm,  köpəkdən  qorxuram, -deyə seyid

cavab verdi.

- Səbir  edin,  ağa,  çırağı  yandırım, - Qızxanım  şala  bürünüb  çırağı  yandırdı  və

aftafaya su töküb seyidə verib dedi: - Evin sol tərəfinə gedin.

- Bacı, köpəkdən qorxuram, dişarıya çıx, onu qoyma.

- Köpək  pəyənin  yanında  yatır.  O  sizi  görməyəcəkdir.  Eybi yoxdur,  mən  də

çıxaram.


Dişarıya çıxdılar, yağmurdan sonra hava çox gözəl və gündüz kimi aydınlıq idi.

Seyid aftafanı yerə qoyub Qızxanıma tərəf gəldi.

- Gözəl  xanım,  bayıra  çıxmaq  bir  bəhanə idi.  Mən  sənin  eşqindən bu  gecə

gözlərimi  yummamışam,  mənim  istədiyim  gərək  ola, - bunu deyib  seyid

Qızxanımın əlindən yapışdı.

Qan, həyalı, namuslu qadının başına sıçradı, əlini çəkib şala büründü.

- Ağa,  sən  məni  bihəya  qadınmı  sayırsan?  Heç  peyğəmbər  övladı belə iş

edərmi?  Səni  evimə buraxıb  qonaq  etmişəm,  qabağına  duz-çörək  qoymuşam,  heç

ondan utanmırsanmı? İndiyə kimi mənim əlimdən bir naməhrəm tutmamış.



Milli Kitabxana

267


Seyid dedi:

- Mən  bayaq  sənə dedim  ki,  mən  sənə naməhrəm  deyiləm,  siğə duasını  da

oxumuşam.  Mənlə mülaqat  etsən  nəinki  günah,  savabdan  da savabdır,  çünki  bir

seyid övladının məramını əmələ gətirirsən. Burada nə günah ola bilər? Onu da bil

ki,  hərgah  mənim  xahişimi əmələ gətirməsən,  elə bir  qarğış  edəcəyəm  ki,  bu  ev

yanıb  kül  olsun,  istəkli balan  da  tezliklə əlindən  getsin,  indi  səndən  cavab

gözləyirəm.

Yazıq qadın seyidin ayaqlarına düşüb yalvarmağa başladı:

- Ağa,  səni  and verirəm  o  cəddinin  pak  olan  ruhuna,  mənim  namusuma

toxunma, mənim balamı əlimdən alma.

Seyid Qızxanımın şalını başından dartıb yerə atdı və onu qucaqlayaraq dedi:

- Görürəm, sən öz ixtiyarın ilə mənim xahişimi əmələ gətirməyəcəksən.

Namuslu  qadın  həyasından  qışqırmırdı  ki,  səsini  qonşuları və oğlu  eşidər.

Ancaq öz gücü ilə seyidin əlindən xilas olmaq istəyirdi. Bu halda Mərdan oyandı.

Yuxulu  uşaq  dəhlizdən  gələn  işığı  görüb  səhər  açılmışdır  sandı.  Cəld  dəhlizə

çıxdıqda  həyətdə çılpaq  anasını  seyidin  qucağında  çapalayan  görcək  qan  qeyrətli

uşağın başına sıçradı. Tez içəri girib tüfəngi qapdı və həyətə çıxdı.

- Nə edirsən, binamus kişi?

Bunu eşitcək seyid Qızxanımı buraxdı. Mərdan onu qarovula götürüb tüfəngin

çaxmağını cəkdi. Seyid şimal ruzigarından qopan qocaman ağac kimi yerə sərildi.

Bunu görcək Qızxanım qışqırdı:

- Nə etdin, oğlunu, seyid qatili oldun, evimiz tarmar olacaqdır.

- Bəs  sən  istərdin  ki,  mənim  anamın  namusuna  toxunanı  sağ qoyum.  Məgər

mən  Mehdiqulunun  oğlu  deyiləm?  Sən,  ana,  qorxma, hamıya  cavabı özüm

verəcəyəm, - deyə Mərdan anasına təsəlli verdi.

Tüfəngin  səsinə və Qızxanımın qışqırığına  yaxın  qonşular  tökülüb  gəldilər.

Əhvalatı biləndən sonra dedilər:

- Əhsən sənə igid və namuslu oğlan, lənət olsun belə binamus seyidə.




Milli Kitabxana

268



Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin