Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə107/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   103   104   105   106   107   108   109   110   ...   196
Milli Kitabxana

255


- Yox,  oğlum,  Gülbənd əmioğlungildə qalacaqdır,  Tamam  da əmiqızının

uşağını saxlayacaqdır. Budaq baba ilə emioğlun belə sözləşmişlər.

- Bəs Məmmədrza nədir? Qoy əmiqızımın oğlunu o saxlasın. Tamam da bizdə

qalsın, - deyə anamdan rica etdim.

- Kişi  xaylağı  körpə uşaq  saxlaya  bilməz,  bu  arvad işidir.  Sən  darıxma,

hamımız bir həyətdə oluruq, hər saatda da Tamamla görüşəcəksən, o da sənə gözəl

nağıllar söyləyəcəkdir, - deyə anam məni sakit etdi.

Qızlar yeməklərini bitirib ayağa qalxdılar. "Sağ olun", - deyə anamdan getməyə

izin istədilər.

- Gedin, qızlarım, mənzilinizi səliqəyə salın. Bu gün rahat olun, sabahdan da işə

başlarsınız.

Qızlar çıxdılar, mən də onların arxasınca. Həyətdə Tamama yaxınlaşıb dedim:

- Tamam, doğrusunu de, yenə nağıl deyəcəksənmi?

- Deyəcəyəm,  hələ sənə yaxşı  oyunlar  da  öyrədəcəyəm, - deyə məni  arxayın

etdi. Sonra əlini çiynimə qoyaraq, məsumanə bir təbəssümlə:

- İndi de görüm, sənsən göyərçin, ya mən?

- Əlbəttə, sənsən. Mən paltarımı dəyişsəm, heç göyərçinə bənzəmərəm, - deyə

mən cavab verdim.

- Doğrusu,  göyərçini  sevirəm,  adım  göyərçin  olsaydı,  artıqca  xoşlanardım.

Anam  mənə dağkeçisi  deyərdi,  çünki  qayalara  keçi  kimi  dırmaşardım.  Tamam

adını mənə atam qoyub.

- Tamam, bundan sonra mən sənə Göyərçin deyəcəyəm, razısanmı?

- Razıyam, indi gedim bacıma kömək edim, sonra söhbət edərik, -deyə Tamam

qaçaraq komalarına getdi.

Meyvə bağları  ilə əhatələnmiş  güllü,  bağçalı  böyük  həyətimizdə bizdən  başqa

iki əmioğlumun da ailəsi yaşayırdı.

Kiçik əmioğlum hərçənd evli deyildi, lakin dul bacısı və onun iki yaşında oğlu

ilə bir  ailə kimi  ayrıca  yaşayırdılar,  Tamam  da  bunlarda  işləyəcəkdi.  Kürdüstan

dağlarında bəslənmiş bu iki çiçək bu ailələr içərisinə girməklə onlarda bir yenilik,

şadlıq vücuda gətirdisə də, digər tərəfdən nifaqa və ondan törəyən faciəli hadisələrə

də səbəb  oldu;  lakin  burada  onlardan  bəhs  etməyib  hekayəmizin  qəhrəmanı  olan

Tamam qızcığazın ürəkdeşən faciəsini yazacağam.




Milli Kitabxana

256


* * *

Yazın  qızğın  günləri  idi.  Biz  uşaqlar  vaxtımızın  çoxunu  meyvə bağlarında

keçirərdik.  Gah  yetişmiş  meyvələri  dərib  yeyərdik,  gah  quş  yuvalarından  bala

düşürüb  oynardıq.  Gah  da  cələ qürub  ana  quşları  tutardıq. Bu  pis  hərəkətləri  bizə

tərk etməyə Tamam, səy və qeyrət edərdi. Bunların əvəzində bizə cürbəcür oyunlar

öyrədib məşğul edərdi.

Heç  unutmaram.  Bir  gün  bibim  evinə getmişdim.  Onların bağında,  gözümə

ağac  deşiyində qayrılmış  bir  alacəhrə yuvası  sataşdı.  Cəld  ağaca  dırmaşıb əlimi

yuvaya soxdum və tüksüz ətcə balaların üstündən ana alacəhrəni tutub sevincək bir

halda  ağacdan endim.  Daha  bibimə görünməyib  evimizə qaçdım.  Həyətimizdə

Tamama rast gəldim.

- Bibin sənə nə verdi? – deyə Tamam soruşdu.

- Heç zad vermədi, - deyə cavab verdim.

- Yalan  söyləyirsən,  bibin  səni  çox  istəyir,  yəqin  yenə də ciblərini qənfet ilə

doldurubdur. Bax, onun üçün də əllərini cibindən çıxarmayırsan, heç qorxma, mən

səndən  zor  ilə almayacağam.  İstərsən verərsən,  istəməzsən verməzsən.  Ancaq

sözlərimin yalan olduğunu bu gün mənə sübut etdin, - deyə Tamam məni utandırdı.

Mən  həqiqətən  Tamamı  çox  istəyirdim və heç  bir  şeyi  ondan  müzayiqə

etməzdim.  Bunu  özü  də bilirdi.  Lakin  bu  sözlərdən  məqsədi  nə olduğunu

anlamadım. Sol cibimdən əlimi çıxarıb dedim:

- İndi özün bax, gör, cibimdə bir şey varmı?

- O biri əlini cibindən çıxart, qənfet oradadır, - deyə Tamam təklif etdi.

Əlacsız  qalıb  mən  alacəhrəni  çıxarıb  ona  göstərdim və nə üsul  ilə tutduğumu

söylədim.

- Mən bunu əvvəldən bilirdim. İndi mən sənə o anasız qalmış balaların halından

bir neçə kəlmə söyləyəcəyəm, qəlbin yanarsa, balaca quşcığazlara yazığın gələrsə,

analarını buraxarsan, - deyə Tamam elə bir  maraqla, elə bir qəlbyandırıcı sözlərlə

anasız  qalmış  quşcığazların  halını  təsvir  etdi  ki,  mən  ixtiyarsız  ovcumu  açdım  və

quşcığaz da şad bir səslə uçub getdi.

Tamam mənim gözlərimdəki yaşı görüb, "indən sonra bir daha quşlara əziyyət

verməyəcəyəm", sözlərini eşidib məni qucaqlayıb öpdü.

Bu ittifaqdan sonra mən bu pis adəti tərk etdim. Belə üsul ilə, əsla zor etmədən,

Tamam, bir çox çirkin hərəkət və adətləri mənə tərk




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin