Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə105/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   101   102   103   104   105   106   107   108   ...   196
ÜMİD ÇIRAĞI

İlk baharın son gecəsi idi. Əlvan çiçəklər və otlar ilə bəzənmiş, buludlara qədər

yüksəlmiş  dağ  bəşında  düşən  Ş...  şəhərinin əhalisi  dərin  yuxuya  dalmışdı.  Yalnız

iki  balaca  otaqdan:  yalnız  yanında  özü  kimi  balaca  bağçalı  bir  evdən  işıq  gəlirdi.

Pencərədən  çırağın  zəif  şöləsi  bağçaya  düşərək  oranın  zəngin  böcək  və

pərvanələrini  öz  tərəfinə çəkirdi.  Masa  başında  oturmuş,  mütaliəyə məşğul,  zəif

əndamlı,  sarımtıl  bənizli,  qıvırcıq  saçlı  bir  gənc,  çənəsinə dirsəklənərək  kitab

oxuyur, ! ara-sıra yorğun qara gözləri biixtiyar qapanaraq rahatlıq edirdi. O zaman

uzun, ox kimi kirpikləri çöhrəsinə kölgə salır, başı masa üzərinə əyilir, bir müddət

belə mürgüləyirdi,  sonra  diksinərək  başını  qaldırır, gözlərini  ovcalayır,  qalxıb

pəncərəni  açır,  başını  dişarıya  çıxararaq  bağçanın saf  havasını  dərindən  tənəffüs

edirdi.


Qaranlıqda  qalmış  pərvanə və böcəklər pəncərənin  açılmağından  istifadə

edərək  otağa  soxulur,  çırağın ətrafında  uçuşurdular.  Gecənin  dərin  sükutu  və

zülməti gəncin qəlbinə xof buraxır, onu diksindirirdi.

- Bu  nə uşaqlıqdır? - deyə gənc  pəncərəni  qapayır  və sonra əvvəlki  yerini

tutaraq,  özlərini şöləyə atan  pərvanələrə baxır: - Bu  heyvancıqlar  qaranlığı

sevməzlər. Gör necə özlərini oda atırlar? Nə qədər işığa məftun bir məxluq, - deyə

söylənirdi. Bu zaman nəzəri masanın üstə durmus cib saatına sataşır.

- Ah,  gecə yarıdan keçmiş, lakin  mən hazır deyiləm.  Sabah son imtahanlarımı

verəcəyəm.  Orta  təhsilimi  bitirmək  bu  gecə ki  səy  və qeyrətimə bağlıdır.  Atam

yox, mənə yardım edəcək kimsəm yox, öz nicat və səadətim öz əlimdədir. Səy və

qeyrət lazımdır. Sabah orta məktəbi bitirib ali məktəbə girəcəyəm. Orada bir neçə

il  təhsil  alıb  həkim  olacağam,  vətənim  üçün  mənfəətli  bir  üzv  olacağam.  Zavallı

anamı məişətin bu ağır zəhmət və əziyyətindən xilas edəcəyəm.

Əlilə o biri otağa işarə edərək:

- Yat,  anacığım,  rahat  ol və gələcək  səadətimizə də inan, - deyə yenə də

mütaliəyə başlayır.

Gəncin zənni yanlış idi, zavallı qadın bir neçə saat işlədikdən sonra rahat olmaq

istədisə də yata  bilmədi.  Gözlərini  oğlunun  qapısına  dikərək  uzun  və dərin fikrə

getmişdi.  Ağır,  qara  günlü  məişəti  birir-birir  gözlərinin  önündən  gəlib  keçdi.

Budur, on səkkiz yaşında bir qız




Milli Kitabxana

251


ikən özü kimi bir zəhmətkeşə arvad oldu. İçərisində yaşadığı evə sahib oldu. Övlad

arzusu çəkərək bir gözəl oğula ana oldu.

Ah, nə böyük bir səadət. Lakin rəhmsiz fələk tezliklə bu səadəti yasa döndərdi.

Bir  il  bəxtiyar  yaşadıqdan  sonra  istəkli əri  xəste  düşüb  vəfat  etdi.  Onu  bir  yaşlı

uşaq  ilə sahibsiz  qoydu.  O  gündən  bədbəxt  ana  çalışır,  sel  tək  göz  yaşları  tökür,

lakin körpə oğluna baxdıqca ağır məişətini unudur, beşiyini yırğalarkən deyirdi:

- Yat,  oğlum,  yat,  yat  ümid  çırağım,  yat,  cəmi  səadətimi,  cəmi ömrümü  sənin

uğrunda sərf etməyə and içirəm.

Qeyrətli  ana  bu  müqəddəs  vəzifəsini  çox  gözəl  ifa  etdi.  Oğlunu  böyütdü,

oxutdu,  bu  yaşa  yetirdi.  İndi  təhsilini  bitirmək üçün  övladı  belə çalışır,  zəhmət

çəkir.  Onun  incə ana  qəlbi  sıxılır,  övladının əziyyətinə razı  olmayır,  onun

zəhmətlərinə dözə bilməyirdi.  Lakin  bu  zəhməti  ona  səadət  qapısını  açacağını  da

gözəlcə düşünürdü.

Ən artıq sıxılacaq bir şey varsa, o da oğlunun  məktəbə getmək  məsələsidir ki,

bir  neçə il bir-birindən  ayrı  düşəcəklərdi,  bu  isə ona  qeyri-mümkün  bir  imtahan

görünürdü.  Yazıq  ananın  qəlbini  hər  dəqiqə deşən,  onu  rahat  buraxmayan  bir

məsələ vardı.  O  da  bir  il  bundan əqdəm ərinin  qohumlarından  biri  dalaşarkən  bir

cavanı  öldürməsi  idi.  Düşmənləri qatilin  həbsə alınıb  sürgün  edilməsinə iktifa

1

etmək  istəməyirdilər.  Qana  qan  etmək  fikri  bəsləyirdilər.  Bu  səbəbdən  zavallı



qadın  bu  ili  daima  qorxu  içərisində yaşayır,  oğlunu  gözlərindən  iraq  buraxmaq

istəməyirdi.

Gecə keçər,  oğlu  yatmaz,  ana  axır  buna  səbir  etməyib  qalxar,  şala  bürünər,

oğlunun otağına girər, övladının başını qucub qıvrıcıq saçlarından öpər.

- Ana, nə üçün durdun?

- Oğul,  yata bilmədim. Qəlbimdə bir qorxu, bir iztirab hiss edirəm. Qorxuram

sənə düşmən tərəfindən bir xətər toxuna.

- Anacığım,  xof  və iztirabın əsilsizdir, öz  otağımda,  gözünün  önündə dərs

oxuyuram. Mənə nə ola bilər? Mən bir  məktəbliyəm,  kimsə ilə də düşmənçiliyim

yox, arxayın ol, mənə heç bir kimsə tərəfindən xətər toxunmaz, get, ana, rahat ol.

- Bəs sən oğlum, yatmayacaqsan? Oxuduğun yetər, dur, sən də rahat ol, çırağı

söndür.


Kifayətlənmək


Milli Kitabxana

252


- Yox,  ana,  səhəri  açsam  da,  sabahkı  imtahanlarımı  hazır  etməliyəm.  Maraq

etmə, bir gecəni yatmaqla mənə heç bir şey olmaz, lakin bir ilimi qayib etmək, hər

ikimiz üçün fayda verməz. İndi daha mənə mane olma, - deyə gənc kitab oxumağa

başlayır, anası da otağına çəkilir.

Bir  saat  belə keçir.  Qəflətən  bir  tüfəng  açılıb  dağlara  səda  salır,  dərin  sükutu

pozur.  İkinci  bir  qadın  çığırtısı  bu  sədayə cavab verər,  yatmış  qonşuları oyadır.

Gənc tələbə yerə sərilir. Bir saat bundan əqdəm böyük ümidlər bəsləyən gənc, bir

qəddar düşmənin, rəhmsiz düşmənin gülləsinə qurban oldu.

Sahibsiz  ananın  ümid  çırağı  söndü...  Yenə zülmət,  yenə dərin  sükunət...  lakin

balaca otaqdan:

- Yox,  oğlum,  sən  ölməmisən,  ancaq  yatmısan. Yat,  ümidim,  rahat ol,  sabah

yenə duracaqsan, imtahanlarını verəcəksən, anacığını bəxtiyar edəcəksən... Həzin,

qəlbləri oxşayan oxşama sədası gəlirdi.



Milli Kitabxana

253



Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin