Milli Kitabxana
233
U s t a İ m a n. Arvad günah etdin, əstəxfar et. Mən ağamın qulluğuna gedirəm.
S ə l i m ə. Xeyr, sən ağanın yava kənizlərini siğə etməyə gedirsən.
U s t a İ m a n. Arvad nə sarsaq-sarsaq danışırsan? Əgər mənə etibar etmirsən
bismillah buyur səni də aparım.
S ə l i m ə. Al ey, kül başına. Sən elə fikir edirsən ki, mən qısqanclıq edirəm?
Bəli, sənin gül camalına, sərvi-qamətinə aşiqəm.
U s t a İ m a n. Aşiq olsaydın gedib cinatdel olmazdın.
S ə l i m ə. Əlbəttə, siz məşədi-kərbəlayılar jenotdeli sevməzsiniz; çünki
arvadlarınıza etdiyiniz zülmün qarşısını o alır.
A l l a h q u l u (ayağa qalxaraq). Ata, mən yaçeykaya gedirəm.
Səlimə o biri otağa gedir.
U s t a İ m a n. Bəs məni ötürməyə getməyəcəksən?
A l l a h q u l u. İclasımız tez qurtarsa gələrəm.
U s t a İ m a n. Sənin o sabrannm mənim ziyarət səfərimdən əfzəldir ki, qalmaq
istəmirsən?
A l l a h q u l u. Əlbəttə, min qat əfzəldir. Biz yeni dünya, yeni həyat qururuq.
Sən və sənin yoldaşların da əski dünyadan bərk-bərk yapışıb bizə mane olursunuz.
U s t a İ m a n. Siz yeni dünya tikmirsiniz, insanları əski bütpərəstliyə, daha
doğrusu, dinsizliyə dəvət edirsiniz.
A l l a h q u l u. Sənnən mübahisə etməyə vaxtım yoxdur, get imama yalvar ki,
tezliklə bizi yıxsın. Yoxsa siz sadiq bəndələri də yoldan çıxardacayıq. (Çıxır.)
U s t a İ m a n (yalqız). Arvad - cinatdel, oğul - komsomol, qız -pənirkə, heç
bilmirəm imam həzrətləri mən günahkar atanın taqsırından keçəcəkdirmi?
M ə h ə m m ə d R ə h i m (əlində bir dolu xurcun daxil olur.) Usta əmi,
tapşırıqlarının hamısını əmələ gətirdim. Lakin malları sən deyən qiymətə ala
bilmədim. Dükançılar malın qiymətini artırmışlar.
U s t a İ m a n. Vay, allahsizin insafınızı kəssin. Bidin uşaqları bidin. Elə
kommunxoz yaxşı eləyir ki, bu alverçiləri sıxır. Beş köpüyə aldıqları malı bir
manata satırlar.
M ə h ə m m ə d R ə h i m. Puldan da bir az kəm oldu. Məşədi İbrahim yüz
manat əvəzinə altmış manat verdi, dedi: əldə pulum ancaq budur. Usta İman
ziyarətdən qayıdınca yerdə qalanı da hazırlayıb evə verərəm.
Milli Kitabxana
234
U s t a İ m a n. Eybi yoxdur. O düz adamdır. Ancaq alanda özündə saxla, evə
vermə. Cümlətanı neçədir?
M ə h ə m m ə d R ə h i m. Altı yüz əlli manatdır. (Cibindən çıxarıb sayır.)
Nazlı daxil olur.
N a z l ı (Məhəmməd Rəhimə). A kişi, dayıma pul ver, Xorasandan mənə ipək
yaylıq alsın.
M ə h ə m m ə d R ə h i m. Pulum yoxdur. Bunlar dayının puludur. İrandan mal
alacaqdır.
N a z l ı. Bəs mənim başım yaylıqsız qalsın?
M ə h ə m m ə d R ə h i m. Hələlik köhnəsilə dolan. Sonra alaram. (Pulları
Usta İmana verir.) Buyurunuz, düz altı yüz əlli manatdır.
U s t a İ m a n (pulları sayarkən). Bacı qızı, sənə yaylıq da alacağam, başqa
sovqat da. Ancaq bu evdən, eşikdən muğayat ol. Yoxsa o dinsizlər mən gəlincə evi
soyacaqlar. Bir də mənim arvadıma qoşulub cinatdel olma.
N a z l ı. Dayı can, doğrudur, məni də yoldan çıxarmaq istəyirlər, lakin arxayın
ol, mən elə iş etmərəm ki, sizə binamusluq gəlsin.
M ə h ə m m ə d R ə h i m. Elə bir balaca o yan-bu yan elədin, o saat kəbinini
verib evdən qovacağam.
U s t a İ m a n. Nazlı mənim namuslu bacımın qızıdır. O pis iş etməz.
Çöl qapı döyülür.
M ə h ə m m ə d R ə h i m. Nazlı o biri otağa keç. Yəqin axund Rəhmətullah
ilə Hacı İsmayıldır.
Nazlı yan qapıdan, Məhəmməd Rəhim orta qapıdan çıxırlar, sonra Axund Rəhmətullah,
Hacı İsmayıl, dallarınca Məhəmməd Rəhim daxil olurlar.
R ə h m ə t u l l a h. Səlamünəleyküm.
U s t a
İ m a n. Vəəleyküməssəlam. Çox xoş gəlmisiniz, buyurunuz,
buyurunuz.
Otururlar.