Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ


Pərdə Milli Kitabxana 227 YENİ HƏYAT



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə96/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   92   93   94   95   96   97   98   99   ...   196
Pərdə


Milli Kitabxana

227


YENİ HƏYAT

Bir pərdəli pyes

İŞTİRAK EDƏNLƏR

U s t a İ m a n - 50 yaşında bir papaqçı.

S ə l i m ə - onun arvadı, firqəçi.

A l l a h q u l u - onun oğlu, komsomol.

S ə k i n ə - onun qızı, pionerka,

N a z l ı - onun bacısı qızı.

M ə h ə m m ə d R ə h i m - Nazlının əri, Usta İmanın dükan şəriki.

A x u n d R ə h m ə t u l l a h - molla.

H a c ı İ s m a y ı l - tacir.

Səhnə Usta  İmanın  qonaq  otağını  göstərir.  Otaq  səliqə ilə bəzənmiş.  Sağ  tərəfdə

Allahqulu  Lenin  guşəsi düzəltmiş,  divardan  Lenin və başqa  rəhbərlərin  şəkilləri  asılmış.

Masa  üstə kitablar,  qlobus,  insan  qafası  və qeyri  tədris ləvazimatı. Sol  tərəfdə Səkinə öz

masasını pioner tərzilə bəzəmiş. Nazlı otağı səliqəyə salarkən Usta İman daxil olur.

U s t a İ m a n. Ay qız Nazlı, Səlimə evdədirmi?

N a z l ı. Xeyr, dayı can, evdə heç kəs yoxdur.

U s t a İ m a n. Qırılmışlar hara getmişlər?

N a z l ı. Səlimə Jenotdela iclasa getmiş.

U s t a İ m a n. Nəmən? Cinatdel?

N  a  z l  ı. Belə,  o  urus  kilsəsinin  qabağında  bir  böyük  ev  var  ha,  ora  jenotdel

deyirlər. Orada arvadları oxudurlar. Onlara tamaşa göstərirlər. Klubları da var.

U s t a  İ m a n. Demək, Səlimə Cinatdel olmuş?

N a z l ı. Bəli.

U s t a  İ m a n. Mənim bu mürtəd oğlum Allahqulu özü komsomol olduğu bəs

deyil idi, arvadı da yoldan çıxarıb cinatdel elədi.

N a z l ı. Bəli, dayı can, yoxsa Səlimə elə yerləri haradan tanırdı?

U s t a  İ m a n. İndi ehtiyatlı olmalı. Yoxsa kafir qızı məni tutdurar.

N a z l ı. Doğru deyirsən, dayı. O günü mənə deyirdi ki, bir də hünəri var mənə

bir çırtma vursun o saat həbsə saldırram.



Milli Kitabxana

228


U s t a  İ m a n. Gözəl şəriəti bu dinsiz bolşeviklər gör nə günə saldılar? Ərin

arvada ixtiyarı yoxdur, uşağa ixtiyarı yoxdur, bəs bu külbaşın nəyə ixtiyarı var?

N  a  z  l  ı. Dayı, mən  istəyirdim  sənə deyəm,  amma  qorxdum.  İndi  ki iş  açıldı

qoy o birisini də deyim.

U s t a İ m a n. Daha nə var?

N a z l ı. Allahqulu Səkinəni o küçələrdə "curavəy-curavəy" oxuyan uşaqların

dəstəsinə yazdırıbdır.

U s t a  İ m a n. Nə? O baldırları açıq, əllərində dəyənək küçələri dolaşan, qarğa

kimi qağıldaşanların dəstəsinə?

N a z l ı. Bəli, bəli onlara piyanerkə deyirlər.

U s t a  İ m a n. Vay sənin zatına lənət, a belə oğul. A kişilər, az qalmışam mən

də dindən  çıxam. Əgər  allah  var  niyə bu  şəhəri  alt-üst  etmir? Əstəğfürulla.  Lənət

şeytana. (Hirsli gəzinir.)

N a z l ı. Ay dayı, sən allah, sakit ol. Hər şeyi ürəyinə salma.

U s t a  İ m a n. Axı mən necə sakit olum? Görmürsənmi bu dinsiz oğlu mənim

başıma  nə həngamə getirib?  Arvad - cinatdel,  oğul  komsomol,  qız  pənirkə.  Niyə

partlayıb gəbərmirsən, Usta İman?

Allahqulu qoltuğunda kitab daxil olur, masa dalında oturub kitabın vərəqlərini kəsir.

U s t a  İ m a n. A bidin oğlu bidin...

A l l a h q u l u. Kaş dediyin sözlər doğru olaydı.

U s t a  İ m a n. Bəs doğru deyil?

A l l a h q u l u. Xeyr, doğru olsaydı mən elə ata ilə fəxr edərdim.

U s t a İ m a n. Adə, sərsəm olmusan nədi? Hansı ata ilə fəxr edərdin?

A l l a h q u l u. Sən deyən bidin ata ilə.

U s t a İ m a n. Səsini kəs, mürtəd oğlu mürtəd.

A l l a h q u l u. Elə atanı da şadlıq ilə qəbul edərdim.

U s t a  İ m a n. Hansı atanı?

A l l a h q u l u. Mürtəd atanı.

U s t a  İ m a n. A biiman oğlu biiman, sən mənim ürəyimi partladacaqsan.

A l l a h q u l u. Doğrudur, mən sən İmanın oğluyam, ancaq əfsus ki, "bi"siz.

U s t a  İ m a n. A qız, Nazlı, tez ol su ver içim. Yoxsa, doğrudanda, bu bidin,

biməzhəb mənim bağrımı çatladacaqdır.





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin