Milli Kitabxana
219
Z ö h r ə. Fələyin işini bilmək olmaz. Bir az bundan irəli, dünya mənim üçün
bir cəhənnəm idi, indi isə istəyirəm, onu qucub öpəm.
Ç i n g i z. Məncə, səadət ibarətdir məhəbbətdən. O olarsa, dünya bir cənnətdir,
olmazsa, yaşamağın mənası yoxdur.
Z ö h r ə. Mən də o fikrə şərikəm.
Ç i n g i z. Hazır etdik, indi sən dur get yat. Guya mənim gəlməyimdən xəbərin
yoxdur. Görək Qəmər nə edəcəkdir. Yəqin gedib səni oyadacaqdır. Sən oyandıqda
mənə məhəl qoyma.
Z ö h r ə. Yaxşı deyirsən.
Q ə m ə r. Cəbi lələ au-u-u..
Ç i n g i z. Zöhrə, tez ol, yat.
Zöhrə gedib ağacın dalında uzanır.
Q ə m ə r. A-u-u-u...
Ç i n g i z. A-u-u-u...
Şəmsi bəylə Qəmər gəlir.
Q ə m ə r (Çingizi görməyib). Ay sağ ol, Cəbi lələ, hər şeyi hazır edibdir.
Ç i n g i z. Siz də sağ olunuz, ay mənsiz seyrə çıxan cavanlar.
Q ə m ə r. Çingiz! (Atılıb boynuna sarılır, buraxmaq istəməyir.)
Ç i n g i z. Bacım, qoy Şəmsi ilə də görüşüm.
Q ə m ə r. Doğrudan sən Çingizsən?
Ç i n g i z. Xeyr, mən Çingizin kölgəsiyəm. (Şəmsi ilə öpüşürlər.)
Qəmər Şəmsini kənara çəkib pıçıldaşırlar.
Ç i n g i z. Orada nə pıçıldaşırsınız?
Q ə m ə r. Çingiz, sənə bir xəbər verəcəyəm, amma deməyə qorxuram.
Ç i n g i z. Qorxma, bacım, de.
Q ə m ə r. Bax ürəyini bərk saxla, qorxma... Belə... Zöhrə sağdır, ölməyibdir...
Ç i n g i z. Ah, ürəyim! (Əllərini ürəyinə qoyur.) Yox, sən məni aldadırsan.
Q ə m ə r. Vallah, aldatmıram, bu saat gətirim, gör. (Gedib Zöhrəni durquzur.)
Zöhrə, dur, kabab hazırdır.
Milli Kitabxana
220
Z ö h r ə. Mənim xatirim kabab istəmir, qoy yatım.
Q ə m ə r (onun əlindən tutub qaldırır.) Belə sənə kababdan şirin şey
verecəyəm. O da sevgilin Çingizin ağuşu. (Onu çəkə-çəkə gətirir.) İndi gördünmü,
doğru deyirəm.
Z ö h r ə. Çingiz?
Q ə m ə r. Zöhrə, Zöhrə, oyan, belə yuxu deyil ey, doğrudan da Çingizdir,
görürsən?
Z ö h r ə. Çingiz, xoş gəlmisən. Salamatmısan?
Ç i n g i z. Teşəkkür edirəm, xanım, salamatam.
Ş ə m s i. Bacım, Zöhrə, nə edirsən? Üç ildən bəri ayrılmış sevgilin ilə beləmi
görüşürsən?
Q ə m ə r. Çox gözəl dedin. Ey bunun eşqindən məcnun olan qardaşım, bu
hissiz, qurumuş cəsədə bənd olmusan?
Ç i n g i z. Bəli, bacım, əfsus ki, bu bivəfa Leylaya bənd olmuşam.
Zöhrə və Çingiz gülürlər...
Q ə m ə r. Aha, bunlar bizi ələ salıblar, çoxdan görüşüb, öpüşüblər.
Bu halda Cəbi lələ daxil olur.
Cə b i. Vay, Çingiz! Çingiz! (Gah gülür, gah gözlərini silir.) Mən gedim,
xanımları muştuluqlayım.
Ç i n g i z. Yox, lələ, hələ kababı bişirək yeyək, sonra bir yerdə gedərik. Sənin
haqqın bizim boynumuzda çoxdur. Səni lazımınca razı edəcəyik.
C ə b i. Allah sizi salamat etsin. Mənə də o qədər ömr versin ki, Qəmər xanımın
uşaqlarına lələlik edim.
Ç i n g i z. Cəbi lələ, burada üzgörəlik etdin ha. Bəs mənim uşaqlarıma?
C ə b i. Sənin uşaqlarına da edərdim, ancaq qorxuram verməyəsən.
Ç i n g i z. Nə üçün?
C ə b i. Sən abrazonnısan. Uşaqlarına da rus dayəsi tutacaqsan. O da məni
yaxına qoymayıb deyəcək: ey birit basqa, barançuq netorqay.
Gülüşürlər.
Q ə m ə r. Cəbi lələ, netorqay nədir?
C ə b i. Yəni uşağa dəymə.
Milli Kitabxana
221
Ç i n g i z. Yox, Cəbi lələ, elə iş olmaz. Necə məni saxlamısan, elə də
uşaqlarımı saxlayacaqsan. Görürəm rusca yaxşı bilirsən. Ona görə səni öz yanımda
feldşer edecəyəm.
C ə b i. Oturunuz, bu saat kababınızı bişirim, gətirim.
Əyləşirlər. Cəbi lələ kabab gətirir, onlar da şişdən çəkib yeyirlər.
Ş ə m s i. Çingiz, nağıl et görək harada qalmışdın və nə səbəbə bizə məktub
yazmayırdın?
Ç i n g i z. Şəmsi, başım çox bəlalar çəkmişdir. Buradan gedən zaman əhvalım
çox pərişan idi, ona görə də üç ay əcnəbi vilayətləri səyahət etdim ki, bəlkə qəm və
qüssədən bir qədər azad olam. Sonra Almaniyada tibb fakültəsinə girib təhsilimi
bitirdim.
Q ə m ə r. Ah, sən nə daş ürəkli qardaşsanmış. Məni heç yad edirdinmi?
Ç i n g i z. Necə etmirdim. Şəklinə baxdıqca hər zaman səni qarşımda
görürdüm.
Q ə m ə r (Zöhrəni göstərərək). Bəs bu xanımın rəsmini?
Ç i n g i z. O xanımın rəsmi ürəyimin ən dərin bir guşəsində məskən etmiş, onu
buradan çıxarmaq qeyri-mümkündür
Q ə m ə r. Demək, indi sən həkimsən?
Ç i n g i z. Bəli.
Q ə m ə r. Onda qulağını ürəyimə qoy, gör nə səbəbə belə çırpınır.
Çingiz baxır. Qəmər onun başını qucub öpür.
Q ə m ə r. Ha-ha-ha... tapa bildinmi?
Ç i n g i z. Tapdım, bacım, xəstəliyin çox yamandır. (Cəbi lələ kabab gətirir.)
Gərək pəhriz saxlayasan. Ələlxüsus, Cəbi lələnin gətirdiyi bu kababdan.
Gülüşürlər.
Q ə m ə r. O həkimliyi bu xanıma elə.
Ç i n g i z. Biləks bu xanım gərək hər səhər çay əvəzinə bir şiş kabab yeyib,
üstdən bir stəkan qırmızı şərab içsin ki, hala gəlsin.
C ə b i. Yenə kabab gətirimmi?
Q ə m ə r. Yox, lələ, bəsdir, al bu çörəyi də, kabab bişir ye.
Cəbi alıb səhnənin dalına gedir.
|