Y a s ə m ə n. Cəbi getdi, dedi ki, Çingizi bu saat gətirəcəyəm.
Y a s ə m ə n. Cəbi Çingizi çox istəyir. Doğrudan da onun xilası üçün özünü
ölümə verecəkdir.
cümləmizi çox istəyir.
P i r i b a b a. Demədimmi nahaq yerə özünü güdaza verəcəkdir, qoy gedim
Q ə m ə r. Yox, baba, qoymaram, səni də öldürərlər.
Ə l i m ə r d a n. Əmi ölü dirilməz, Əlimərdan dirilər.
Milli Kitabxana
214
Q ə m ə r. Ata, Çingizin bacısına sataşmaq olmaz. Ah, ata, kaş bir az tez gəlmiş
olaydın, Çingizimi məğrur düşmənin əlindən alaydın.
Ə l i m ə r d a n. Qəm etmə, qızım, məğrur düşmən cəzasına çatdı. Qardaşın bu
saat gələr.
Çingiz, İbad və Cəbi lələ daxil olur.
Q ə m ə r. Çingiz gəldi (gedib boynunu qucaqlayır.)
İ b a d. Qəmər, məni tanımırsan?
Q ə m ə r. Ah, İbad dayım. (Onu qucaqlayır.)
Y a s ə m ə n. İbad, qardaşım! (Boynunu qucaqlayıb ağlayır.)
İ b a d. Bacım, nə üçün ağlayırsan?
Y a s ə m ə n. Necə ağlamayım. Sizin ikinizin də ölüm xəbəri gəlmişdi. İndi
bizim üçün yenidən dünyaya gəlmisiniz.
İ b a d. Bacım o sizə yalan xəbəri çıxaran Səfi bəy də, bizi bu bəlalara salan
Şahbaz bəy də cazalarını aldılar. Bacım, görməli idin Şahbaz bəy necə ayaqlarıma
düşüb yalvarırdı ki, məni öldürmə, onsuz da mən bidərman azara düşmüşəm, bu
gün sabah öləcəyəm. Dedim, onda qoy səni bu əziyyətdən xilas edim. Tüfəngimin
beş gülləsini də onun ürəyinə boşaltdım. Ruhun şad olsun, ey qeyrətli nişanlım
Qəmər, İbad intiqamını düşməndən aldı.
Ç i n g i z. Qəmər, hərgah Cəbi lələ tez atamgilə xəbər verməsəydi, indi məni
burada sağ görməyəcəydin.
Q ə m ə r. Sağ olsun, Cəbi lələ.
P i r i b a b a. Məgər sizin gəlməyinizi Cəbi bilirdi?
İ b a d. Bilirdi, ancaq Əlimərdan tapşırmışdı ki, hələ xəbər verməsin.
Ə l i m ə r d a n. Topal, al bunu! (Pul verir.)
C ə b i. Sağ ol, sahib.
Ə l i m ə r d a n. Kürd qızı, mən gəlmişəm sizi aparmağa, tez ol hazırlaş, bu
ittifaqdan sonra sizi burada qoymaq olmaz.
Y a s ə m ə n. Bizi haraya aparacaqsan?
Ə l i m ə r d a n. İrana, Arazın o tayına. Yoldaşlarım bu saat bizi meşədə
gözləyirlər. Gərək sübh açılınca İran torpağında olaq. Daha durma, cəld ol! Bir
dost paltardan və dəyişəcəkdən savayı heç bir zad götürmə. Uşaqlar, siz də gedin
üst paltarlarınızı götürün.
Çingiz və Qəmər gedirlər.