Milli Kitabxana
222
Z ö h r ə. Bilmirəm Çingizin gəlmək xəbərini anama nə tövr verəcəyik. Axır
zamanlarda ürəkgetmə azarına düşübdür, gecələr oyanıb bizdən gizlin "Çingiz,
Çingiz" - deyə ağlayır.
Q ə m ə r. Mənim anam ondan geriyə qalmaz. İndiyə kimi mən onu
aldatmışdım ki, Çingizi İstambulda görən olubdur, orada oxuyur; qurtaran kimi
gələcəkdir. Yaxşı oldu ki, sözüm yalan olmadı.
Q ə m ə r. Gedək, zavallı analarımızı şad edək. Cəbi lələ, Cəbi lələ.
Ş ə m s i b ə y. Cəbi lələ, au-u-u-u-u-u...
Q ə m ə r. Cəbi lələ, au-u-u-u-u...
Z ö h r ə. Nahaq yerə boğazınızı yırtmayın. Cəbi lələ yəqin evə qaçmışdır ki,
Çingizin müjdəsini versin.
Ç i n g i z. Haydı, gedək.
Q ə m ə r. Gedək.
Z ö h r ə. Bəs bu boşqabları kim aparacaq?
Q ə m ə r. Sən indi də mənə naz edəcəksən? İstədiyin bu idi, o da gəlib çıxdı.
Ç i n g i z. Bəhs etmək lazım deyil, hamısını mən apararam.
Q ə m ə r. Sən allah, sən bunu xarab eləmə, qoy işləməyi öyrənsin. Yoxsa, bu
tənbəldən sənə nə arvad olacaqdır.
Ş ə m s i b ə y. Canım, hamısını aparıram, bəhsiniz bitsin.
Q ə m ə r. Can! Bax, ər belə olar... (Gülüşürlər.) Şəmsi, tüfəngi mən
aparacağam, boşqabları sən.
Ş ə m s i b ə y. Eybi yoxdur, apararam. Mənim kimi ovçunun gərək sənin kimi
arvadı olsun.
Gülüşürlər. Qəmər boşqabları bağlayıb Şəmsiyə verir, özü də tüfəngi çiyninə salır,
Zöhrə xanım da Çingizin çamadanını götürür.
Q ə m ə r (əl çalaraq Zöhrəyə). Ha beləcə, görünür, sözüm, sənə təsir etdi.
Ş ə m s i b ə y. Qəmər elə ki, qarşına siçan çıxdı, güllənin ikisini də təpəsindən
çax...
Gülüşürlər.
Q ə m ə r. Hazır ol! İrəli arş!..
Gedirlər.
Pərdə
Milli Kitabxana
223
İKİNCİ ŞƏKİL
Səhnə dördüncü pərdənin mənzərəsini göstərir. Həcər xanımla Yasəmən skamyada
əyləşib dərdləşirlər.
H ə c ə r x a n ı m. Yasəmən, Qəmər ilə Şəmsi necə bəxtiyar oldular. Onlara
baxdıqda ürəyim şad olur. Fəqət Zöhrəni elə pərişan, qəmgin, şikəstədil gördükdə
ürəyim paralanır. Zavallı qızcığaz, Çingizin eşqindən şam kimi yanıb əriyir.
Y a s ə m ə n. Yazıq Çingiz, Zöhrənin ölüm xəbərini eşidib cəlayi-vətən oldu.
Kim bilir, başına nə fəlakət gəldi. Sağ olsaydı indiyə kimi sədası bir yerdən çıxardı.
H ə c ə r x a n ı m. Atası Nadir bəyin macərası oğlu Çingizdə təkrar etdi.
Bilmirəm bu çərxi dönmüş fələk bizdən nə istəyir, məgər bu iki bədbəxt ailədən
aldığı intiqam kifayət etməyir ki, yenidən bizə bəla hazırlayır. Zöhrə Çingizin
fəraqına dözə bilməyib vərəmləyib.
Y a s ə m ə n. Həcər xanım; Çingizin təvəllüd sirrini açıb Zöhrəyə
söyləməlisiniz. Taki sakit olub, axırda başqasına ərə getməyə razı olsun.
H ə c ə r x a n ı m. Yox, yox, onda övladlarımın ikisıni də qayib edəcəyəm.
Onlar mənə lənət, nifrət edib küçələrə atacaqlar.
Y a s ə m ə n. Onda bəs nə etməli?
H ə c ə r x a n ı m.Özüm də bilmirəm.
Y a s ə m ə n. Səhərdən ürəyim iztirab içində çırpınır, gələcək bəlanı hiss edir.
Cəbi lələ təngnəfəs daxil olur.
H ə c ə r və Y a s ə m ə n. Nə var, nə olmuş?
C ə b i. Qorxmayın, yaxşı xəbər gətirmişəm, Çingiz gəldi.
Y a s ə m ə n. Ah, xudaya sənə şükür, oğlum gəldi.
H ə c ə r. Bəs hanı?
C ə b i. Bulaq üstə kabab yeyirlər, çoxdan gəlmişdi, mən istəyirdim qaçıb sizə
xəbər verim, Çingiz qoymadı. Dedi, Cəbi lələ, kababı bişir yeyək, sonra bir yerdə
gedərik. Mən dözə bilmədim, onları qoyub gizlincə qaçdım.
Y a s ə m ə n . Çox sağ ol, Cəbi lələ, həmişə belə xeyirxəbər olasan. Hər nə
istəsən verəcəyəm.
C ə b i. Çingizin sağlığı mənə hər şeydən artıqdır.
Çingiz, Zöhrə, Qəmər və Şəmsi daxil olurlar.
|